Bu günün SƏBƏBKARI - krisa

Bu günün SƏBƏBKARI - krisa
Qadınlar.Co
10.09.2017 6
Salam
gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə
qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün
SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan
deyirəm.... bu günün səbəbkarı saytımızın :zhappy%20birthday: krisa-dı.... :zhappy%20birthday:
buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın.... 
 
 
Bu günün SƏBƏBKARI - krisa 
 
1.
Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu
bilsin.

Mən
Azayeva Sabina Saday qızı

 
2.
Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum
tarixin nə vaxtdı?

1985-ci
il 21 Fevral.

  
3.Bir
yaşıni geridə qoyub yeni yaşına qədəm qoyursan bu gün. Necə hiss edirsən özünü
bu yaşda?

Özümü həm sevincli, həm də kədərli hiss edirəm.
 
4.
İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?

Gözəl
duyğu idi, 5il bundan əvvəl, amma indi yaşın üstünə yaş  gəldikcə, adam nə isə bir başqa olur.

 
5.
Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin
danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu
bilirsənmi?

Deməli
rəhmətlik babam mənə gəlincik alıb, papam ağ rəngli , ətəyi qırmızı rəngli
,naxışlı yun don və qırmızı rəngli batinka alıb. Həmin geyimdə şəklim də  var.

 
6.
Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?

Bu
günə  qədər bütün hədiyyələrim gözəl
olub. çünki sevdiyim insanların mənə  hədiyyələri
olub. Ona görə ayıra bilmirəm.

 
7.
Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?

Yox
olmayıb, çünki adi bir açıqca olurdu hədiyyə(atkritka) onun da üzərində sevimli
aktyor, aktrisa, müğənnlərimizin rəsmləri olurdu, arxasında da ürəkdən gələn
sözlər. Bax bu hədiyyəni niyə də bəyənməyəsən.

 
8.
Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə
hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə
sənə verilə?

Uşaq
vaxtı olub istəmişəm, dilimə də gətirməmişəm, amma hədiyyə olunmayıb həmin hədiyyə.
Həmin hədiyyə bir də  15-17 ildən sonra mənə  qardaşım tərəfindən hədiyyə olunub.

 
9.
Sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?

Bəli
xatırlayıram, öz boyunbağısını mənə hədiyyə etmişdi.

 
10.
Ailə həyatı qurduqdan sonra sevdiyinlə keçirdiyin ilk doğum günün yadındadırmı?

Ailə
qurduqdan sonra ilk ad günümü yoldaşımsız qeyd etmişdim. O məndən öncə Rusiyaya gəldiyi üçün. Bir həftədən
sonra mən Rusiyaya getdim, orada ikimiz qeyd etdik və onda o, oz boyunbağını mənə
hədiyyə etdi.

  
11.
Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini
xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?



Bəli
unudublar, nişanlı olanda. Nişanlım, qaynanam, baldızım.

 
12.
Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?

Bəli
elə yoldaşım tərəfindən. 28 Yaşımda. Deməli əvvəlcədən mənə bütün yeməkləri
hazirlatdırıb, mən də elə bilmişəm ki, evdə olacaq ad günüm. Nə isə hər şey
hazırdır, artıq istəyirəm özüm də hazırlaşam, bir də görürəm yoldaşımdan zəng gəlir,
hazırlaş bizi filan yerə qonaq cağırıblar, mütləq ora getməliyik. Sənin ad
günün səhərə qaldı. Nə isə mən də hazırlaşdım. Yoldaşım məni gəlib götürdü evdən,
gördüm bu başqa yerə maşını sürür, dedim biz hara gedirik, dedi filan yerə, sənə
demədim? Deməli evin açarın da qardaşına verib, o da gəlib evdən mən
hazırladığım yeməkləri götürüb , aparıb kafeyə. Nə başınızı ağradım, gətirib məni
düşürdü kafenin qarşısında, dedi bu da sürpriz.

 
13.
Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü
partisi ediblər sənə?

Bəli
yoldaşım edib, 28 yaşım tamam olanda.

 
14.
Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?

Nişanlı
olanda, nişanlım.

 
16.
Bilirəm ki, bu gün doğum günün olsa da çoxlu işləyəcəksən. Doğum günündə işləmək
necədi? Axı necə də olmasa doğum günümdür deyə insan bir az ərköyün olur.

çox
pisdir doğum günündə işləmək. Adamın heç nəyə həvəsi olmur. Bişir-düşür, yu-yığ, qonaqlar gələndə də, halsız
otur.

 
17.
Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin birinci doğum günündür.
Bu il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?

əslində
ikinci ildir artıq, doğma saytımızdayam. Amma birinci dəfədir ki, doğum günümü
bilmisiniz. Çox  gözəl hisslər yaradır, bəlkə
də ən maraqlı hədiyyə olacaq bu mənim üçün.

 
18.
Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?

Təbii
ki, kim məni virtual olsa da tanıyır, yəqin ki, onların təbriklərin görsəm çox
şad olaram.

 
19.
Bu yaşına qədər keçirdiyin doğum günlərində səni çox adam təbrik edib yəqin
ki.Bəs o təbriklərin içində sənə təəccüblü gələni, maraqlı, süpriz olanı hansı
olub?

Olmayıb
elə təəccüblü , maraqlı sürpriz.

 
20.
Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?

Bu
yaşımdan Tanrımdan ilk öncə can sağlığı və ana olmağı istəyirəm. Sənə də ay
Türkan bacım, çox sağ ol deyirəm, bu hissi mənə yaşatdırdığın üçün. çox  sağ ol, bu mənim üçün ən dəyərli  hədiyyələr sırasına daxil oldu. Təşəkkürlər.

 
Bu günün SƏBƏBKARI - krisa

 
Canım
mənim, doğum günün mübarək!... dilərəm Tanrıdan, bu yeni yaşında sənə
şipppp şirin, gözəl bir bəbiş verər və gələn il quçağından yerə düşməyib
səni ad günündə işləməyə qoymaz... amin...

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!