Qadınlar.Biz-li xanımların elçilik günü - gülər19 (4)

Qadınlar.Biz-li xanımların elçilik günü  - gülər19 (4)
Qadınlar.Co
10.09.2017 27
Salam saytımızın şirin şəkər qızları. :03: Sizlər üçün yep yeni
bir layihə hazırlamaq fikrinə gəldim :01: Layihəm qızların həyatının
ən həyacanlı günü olan elçilik günüdür :etir: layihəmin  qonağı isə gülər19 nikidir :kiss3:   :kiss3:

 

Bütün bacılarımı salamlayıram. Əslində hekayəmizi çox
paylaşmışam Biraz qısa yazacam.Mənim 3 yaşım vardı Atam məni məktəb
şənliyi vardı ora aparmışdı. Mənimdə əynimdə qəşəng gəlinlik qəşəng ağ
ayaqqabım vardı Sən demə yoldaşım da o şənlikdə imiş. Mənim qaynatam
anamın dayısıdı qaynanam məni gördü atama nə qəşəng qızın var dedi.
Oğlunda çağırdı yoldaşımda uşaq idi. Əynində ağ köynək qara şalvar vardı
Qaynanam əlimə gül verdi Qolumu da saldı yoldaşımın qoluna. Yoldaşımda
məndən 6 ay böyükdü. İkimizin şəklini çəkdilər Bəy gəlin şəkli kimi. və
illər keçdi biz böyüdük yoldaşım bir gün şəklə baxar və anasından bu qız
kimdi soruşar. Qaynanam da başlayar yuxarıda yazdıqlarımı danışmağa.
Sora bir qohum xəstələndi anamla mən ona dəyməyə getdik. Təsadüfən
yoldaşımla anası da orda imiş Bular başladı söhbət eləməyə Gördüm
yoldaşımın fikri qalıb məndə. Getdim mamama dedim gəl gedək. Gəldik
evimizə. Artıq yoldaşım məni ürəyinə atmışdı. Hər gün küçəmizdən
keçirdi. Qonşular da bir yerə yığılanda danışırdırki bu oğlan qalıb bu
aralığda yəqin istədiyi var. Bizimdə ağlımıza hardan gələr mənəm. Sonra
yoldaşım anasına deyər. Anasıda gündə 5 6 dəfə zəng edirdi. Artıq evdə
hamı bezmişdi bu gündə niyə zəng edir. Sora yavaş yavaş başa düşdük.Bir
gündə maqazinə gedirdim birdən qarşıma çıxdı. Məni sevdiyini və mənimlə
evlənmək istədiyini dedi. Şoka düşmüşdüm heçnə demədim elə gəldim evə.
Valideynlərimdə razı idi.

Bizim bir qonşumuz var anamgilə kim gedecəksə o adamdan tez özün
çatdıracaq. Təxminən 65 filan yaşı olar ama çox gümrahdı. Qaçış yarışı
olsa məni ötər o dərəcədə)) Qaynanam indi bizə gəlib məni istəməyə
istiyir ağzın aça bir də gördük gəldi. Qaynanam dedi sora gelib
istəyərəm. Belə qaynanam 2 3 gün gəldi gördü bu qoşu əl çəkən deyil elə
onun yanında istədi :122:

Atam dediki mənim qızım hələ uşaqdı iş güc bilmir qaynanam dediki onun
işi mənə lazım deyil. Oğlumla mehriban olsun besimdi. Sora dediki
uşaqdılar toyu 2 ildən sora etmək istəyirəm. Atam da dediki əgər elədisə
razıyam ama biraz narazılığı vardı. Sora qaynanam dediki siz deməklə
deyil qız görün razıdı. Məndən fikrimi soruşanda məndə dedimki atam nə
desə odu. Atam da gördü razıyam verdilər məni. Sora böyüklərimiz gəldi.
Qaynanam mənə bir hədiyyə qutusu verdi dedi xəbərim yoxdu oğlum verib.
Qutunu açıb baxdım gördüm bir telfondu bir ətirdi bidə məktub. Çox gözəl
sözlər yazmışdı. Yoldaşım qaynanama baxanda yalan idi. Qaynanam bəlkə
ondan çox sevinirdi gündə qalmışdı bizdə. Qızlar yoldaşım 13 ildən sora
dünyaya gəlib evin də tək uşağıdı. Tək gəlinəm qaynanam ona göre çox
sevinirdi. Maqazində nə varsa alıb gətirirdi. İndidə elədi. Gilas
ağacları vardı. Kalfason derib gətirmişdiki nübarın gəlinim yesin. :122:
Nə qədər gülmüşdük kal gilasa)) Sora bu 1 2 gün gəlmədi. Yoldaşımla
danışanda dedim maman niyə gəlmir bizə oda dediki gündə getdiyinə utanır
:122: deyir biraz ara verim elə gələcəm))İndi şükür evliyik çox
mehriban ailəmiz var.Canım həyat yoldaşımı çox sevirəm. ALLAHdan istəyim
bizi bir ömür boyu xoşbəxt etsin və ürəyimizdə bir arzumuz var onu
gerçək etsin inşALLAH amin.

Oxuduğunuz üçün çox sağolun.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!