Mənim toy günüm - Happiness lady (29)

Mənim toy günüm - Happiness lady (29)
Qadınlar.Co
10.09.2017 9
:toy: ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın  Happiness lady-dı..

bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə
bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın
cavablarını oxuyaq

 

Mənim toy günüm - Happiness lady (29)

 

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Biz heyat yoldaşımla qaynanam vastəsilə tanış olmuşuq, belə ki, mən
qaynanamla eyni yerdə calışıram. Sən demə bir il mənə göz qoyub. Sonra
həyat yoldaşım gəlib baxdı, göz-gözə baxdıq və film kimi başladı  



2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

əvvəl iki həftə danışmışdıq ki, danışdığımız yerdə dedi ki, yanvarın
15-də mamamgil sizə gəlmək isdiyir, gəlsinlərmi, dedim hə. Yəni
filmlərdəki evlilik təklifi olmadı və 27.01.2013




3. Neçə müddət nişanlı qaldınız?

 1 il 8 ay nişanlı qaldıq




4. Toy hazırlıqları necə irəlilədi?

Demək olar ki, yaxşı, hər şeyin ən yaxşısını
maraqlanıb alırdım, saç ustalarını hər şeyi maraqlanırdım ki, ən gözəl
toy mənim toyum olsun. Yəni nisbətən uzun muddət nişanlı qalmağın
faydası




5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?

Demək olar ki, isdədiyimdən də çox vaxtım varıydı




6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

cehiz alış-verişi və gəlinlik seçimi




7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

Yox həyat yoldaşım elə şeyləri sevmir




8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

Qaynanam dəb dəbəni sevir, ona görə də ən dəbli şənlik evlərindən birində oldu toyumuz




9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?

şənlik evində özləri çəkirdi



10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?

Toy günündən əvvəl etdirmişdik, çünki toyda şəkillərdən klip yığdırmıışdıq




11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?

Tam o gəlinlik olmasa da ona bənzər gəlinlik geyindim




12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

Yox elə də çox çəkmədi, əvvəlcədən nəzərimdə olan bir iki yer varıydı həmin yerlərdən birindən getdik və götürdük




13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

yox demək olar ki, gəlinlik seçimində sərbəst idim



14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?

seçmişdim, amma usda tam əksini etmişdi



15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

Yox, heç isdədiyim kimi olmamışdı

 

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Yox bir, daha nələr 




17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

Yox yadda qalan gündü  10.10.2014



18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?

Hə, toyumda bəyin dayısı oynayanda yer sürüşgən idi sürüşmüşdü

 

19. Toy günü unutduğunuz bir şey oldumu?

deyəsən yox, indi yadıma düşmür




20 Toyunuzun ən gözəl anı nə idi?

ilk rəqsimiz




21. İlk rəqs parçanız hansı idi?

röyanın səninəm mahnısı



22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

o mənə qalsın




23. Bir tərslik yaşandımı toy günü?

bəzi tərsliklər oldu ən əsas da aşağı mərtəbədə dava düşdü deyə bizim toy da tez qutarmalı oldu




24.Ən çox nə vaxt həyəcanlandınız?

toyun sonunda



25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

yox

 

26. Bal ayınızı harada keçirdiniz?

evdə çünki hər ikimiz dövlət işində calışdığımız üçün heç yerə gedə bilmədik




27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?

siz hesablayın




28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?

heç bir şeyi əvvəlcədən planlaşdırmayın, onsuz da ən gözəl toy sizin toy olacaq

 

Mənim toy günüm - Happiness lady (29)

 

ay
canım, dildə demək nə qədər asan olsa da, bu həyatı bərabər yaşamaq
sevdiyinlə və sevəninlə, çoxxxxx böyük xoşbəxtlikdi... sevdiyin və
balanla, yaxınların və əzizlərinlə uzun və xoşbəxt həyat yaşamağını
diləyirəm, bacı...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!