Xoşbəxtdir ona görə ki... - gulər19 (31)

Xoşbəxtdir ona görə ki... - gulər19 (31)
Qadınlar.Co
10.09.2017 19
Salam gözəl xanımlar! Layihəmin bu səfər qonağı gulər19 :11: nikidir Gəlin görək o nəyə görə xoşbəxtdir  :03:
 



Xoşbəxtdir ona görə ki... - gulər19 (31) Xoşbəxtdir ona görə ki... - gulər19 (31)

 

Mən xoşbəxtəm ona görə ki,

Ürəyim nə arzu edirse RƏBBİM onu tez gec mənə qismət edir. Gözəl ailəm
canımdan çox sevdiyim həyat yoldaşım var. Onun hörməti sevgisi məni çox
xoşbəxt edir. Elim qolum yerindədi isti evim xoşbəxt yuvam var.
Valideynlərim böyüklərim başımın üstündədi. RƏBBİM mənə çox gözəl
qaynana qismət edib. Mən çox xoşbəxtəm. və hər dəyqəmə hər saniyəmə şükr
edirəm.



Mən həyatı sevirəm ona görə ki,

Bu həyatda insanın pis günü də olur yaxşı günüdə hər insan kimi məndədə
belə hallar olur. Önəmli olan bundan da pisi ola bilərdi deyib RƏBBİNə
şükr etmək yaxşı gündə isə ALLAHa təşəkkürü unutmamalıyıq.



Dinimi sevirəm ona görə ki,

ALLAH məni yaradandır. Qurani Kərim kitabımdır. Kəbə mənim
qibləmdir.MƏHƏMMƏD (s.a.s)-Peyğəmbərimdir. İslam mənim dinimdir. Bütün
bunlar insanı doğru yola çağırır



Sevgi gözəl hisdir ona görə ki,

Mənim fikrimcə sevgi dostluqdur yaxşını pisi paylaşmaqdır. Onun başına
nəsə bir iş gələndə yuxularını fəda etməkdir. Sevginə sahib çıxmaqdır.
Yeri gələndə qısqanacaqsan yeri gələndə onun üçün çox darıxacaqsan. O
güləndə onun gülüşü səninçün elə belə bir şey olmayacaq o güləndə sən
ondanda xoşbəxt olacaqsan daim gülməyini istəyəceksen. Bir yerə gedəndə
biraz gec gələn kimi heçnədən narahat olacaqsan boğazından bir tikə belə
keçməyəcək onunçün dualar edəcəksən Onun hər zaman başının üstündə
olmağını istəyəcəksən. O evə gələndə isə Tanrına şükr edəcəksən onu elə
qucaqlayacaqsan ki elə bil neçə ildi görmürsən.Bunların hamısı başıma
gəlib Mən həyat yoldaşımı çox sevirəm.



Anamla mübahisə edirəm bəzən ona görə ki,

deyir oturma elə iş gör)))



Bəzən məni başa düşmürlər ona görə ki,

Çünki mən düzgün danışıram çox vaxt qəbul etmirlər ama sora mən dediyimin üstünə gəlirlər



İşlərimi çatdıra bilmirəm ona görə ki,

Bəzən özümdən artıq işlər çıxardıram))



Bəzi gecələr ağlayıram ona görə ki,

Arzularımın gerçək olmasını istəyirəm. Həyat bizi imtahana çəkir hərdən
naşükür oluram və sora günahımı başa düşüb gecələri ağlayıram.



Bəzən hər şeydən yoruluram ona görə ki,

Hərdən heç bir şey istədiyin kimi olmur buda insanı yorur



Gözəllik qurban tələb edir ona görə ki,

Gözəllik xəstəsiyəm istəyirəm özüm, gördüyüm iş hər bir şey gözəl olsun. Və bunun üçün nə lazımdırsa edirəm.



Darıxıram ona görə ki,

Həyatın sınağları bitmək bilmir



Heyvanları və bitkiləri çox sevirəm ona görə ki,

Çünki çox gözəllər. Heyvanları bəsləməyi bitkilərə su verməyi nazları ilə oynamağı sevirəm



Qısqancam ona görə ki,

Mənim olan mənim olmalıdır.



Sevdiklərimi heç kəslə paylaşa bilmərəm ona görə ki

Çünki onlar mənim ürəyimdi



Bəzən hər şeydən uzaqlaşmaq istəyirəm ona görə ki,

Darıxıram Hərdən bəzi insanların yersiz hərəkətlərindən ikiüzlü
olmalarından bezirəm sora vaz keçib geri qayıdıram guya harasa getmişdim
kimi. Çünki onların cəzasın RƏBBİM verəcək olar oturub fikir çəkməlidir
mən niyə uzaqlaşıram



Məni nə sevindirir bilmirəm ona görə ki,

Çünki deyib gülən birisiyəm. pis bir şey olsa da öhtəsindən gəlməyi bacarıram.



Arzularım, xəyallarım, ümüdlərim bir gün gerçəkləşməyəcək deyə qorxuram ona görə ki

Arzularım xəyallarım çoxdu arzumun biri həyata keçsin o birilər olmasa da olarскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!