Bu gün Od Çərşənbəsidir

Bu gün Od Çərşənbəsidir
Qadınlar.Co
10.09.2017 14
Bir çox türk
xalqları ilə yanaşı xalqımızın milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks
etdirən, ümumxalq səviyyəsində qeyd olunan, total bir şəkildə etnik təfəkkürdə
daşlaşmış  bayramdir  Novruz. Novruz
bayramının bütöv mifoloji semantikasında xalq meydan tamaşalarından tutmuş
ayrı-ayrı mövsümi, mətbəx atributlarına kimi bu mifoloji yolun izləri özünü
qoruyub-saxlayıb.
Məlumdur ki, Novruz bayramına kimi 4 çərşənbə - su çərşənbəsi, od
çərşənbəsi, yel çərşənbəsi, torpaq çərşənbəsi qeyd edilir. Bu çərşənbələr insanın dörd ünsürdən
yaradılması haqqında dini-mifik görüşləri simvollaşdırır.
 
Bu gün Od Çərşənbəsidir Bu gün Od çərşənbəsidir  Bu gün Od Çərşənbəsidir 
 
 
Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış
prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik
təzahürüdür:
Ta qədimlərdən bəri od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi
yaşayıb, bu rəmzilik günə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun ta qədimdən
müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə,
xeyirin qələbə çalacağına inam ifadə olunur. 
Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı" da
deyirlər. İnanclara
görə, odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Bu çərşənbədə Oda sitayiş
edilir, onun şərəfinə şənliklər təşkil olunur. Günəş istisini arzulayan ulu
babalarımız böyük bir tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə
nəğmələr söyləyərdilər.
İndi şər qarışanda hər həyətdə, yaxud məhəllədə tonqallar yandırılır və
tonqal başına toplananların hamısı növbə ilə 3 dəfə alovun üstündən
tullanarlar. Odla bağlı xeyli atalar sözü yaranıb: "Od imandır",
"Od düşdüyü yeri yandırar" və s. İnanclara görə, ocağa yaxınlaşanda
salam verərlər, od hisli olarsa, uzaqdan qonaq gələcəyinə işarədir. Əgər ocaq
yananda səslənirsə, deməli, kimsə səndən danışır. Od çərşənbəsi günü, gün
doğanda dünyaya gələn uşaq göyçək, pəhləvan olar. Oda sevgi, inam insanlarda o
qədər güclü olub ki, hələ qədim dövrlərdən ona and içiblər. Alqış və
qarğışlarda belə, odu köməyə çağırıblar. Məsələn, "Od haqqı",
"Oda düşəsən," "Ocağın odlu olsun", "Ocağın qazan
görməsin" və s.
 
Bu gün Od Çərşənbəsidir  Bu gün Od Çərşənbəsidir  Bu gün Od Çərşənbəsidir  

 
Əziz bacılarım, Od çərşənbəniz mübarək! Qoy bu
gözəl gündə və hər zaman ocağınız yansın, qazanlarınız qaynasın. Eviniz ruzili,
ocağınızın isti olsun.... Amin...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!