Novruzda yaşadıqlarım - Miss_Angel (2)

Novruzda yaşadıqlarım - Miss_Angel (2)
Qadınlar.Co
10.09.2017 7
Gözəl bacılarım,
qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. :ponpon:
Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan
yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və
maraqlı adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma
, fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri
yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi
çoxxx gözəl adətlərdi  bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı
çox gözəl xatirələriniz var.





 Ona görə bu il də
bayram ərəfəsində sizlər üçün keçən ilki ,,Mənim Novruz xatirələrim,,
adlı layihəmin davamı olaraq belə bir layihə hazırlamaq fikrinə gəldim.
:komp: ,,Novruzda yaşadıqlarım,,
adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  

 

 Baxın görün Novruzda gülməli və maraqlı hadisələr yaşayan hansı bacımız bu dəfəki qonağımdı...

  

Novruzda yaşadıqlarım - Miss_Angel (2)  Miss_Angel  Novruzda yaşadıqlarım - Miss_Angel (2)

  

bütün qızlara salam  :03: novruz bayrami münasibəti ilə hamını təbrik
edirəm. Noruz bayramı mənim ən sevdiyim
bayramlardan biridi. Çoxlu xatirələrim də olub, keçim əsas məsələyə :komp:
uşaq  olanda binada yaşayırdıq,  2 blokda,  mama icazə verirdi padruqalarım yığılıb
gedirdik papaq atdıya  :22: elə maraqlı gəlirdi
ki, papağın içinə qoyulan dadlı gəlirdi, mama deyirdi evdəki ondan yaxşıdı həvəsiniz
gəlir də  dəymirdi . bir də ki mama
qoymazdı uşaqlarla ocaqdan tullanaq, binada blokda kardonnan zaddan yandırırdı
deyirdi tullanın :ates: həyətdə mən olmaram yanarsız  :23:  
sonra
mamadan bir dəfə icazə aldıq binanın qarşısında həyət evləri vardı, onlar daha
maraqlı keçirirdi, küçədə  tonqal qalayıb :ates:
başında yallı gedirdilər,  mahnı oxuyub
oynuyurdular. mamadan icazə aldıq bizi dəvət eləmişdi uşaqlar,  getdik biz də qoşulduq onlara, maraqlı idi mənə.
bizim binada həkimlər , müəllimlər, iş adamları olurdu, mədəni idilər,  amma biz də oynamaq isdəyirdik axi, ona görə  bir dəfə onlara qoşulduq maraqlı keçdi.
sonra  bayramda axwam yeyib içəndən sonra ata nənəmgilə
gedərdik papaq atardıq,  uje
papaqlarımızı tanıyırdılar, pul atırdılar,  biz də deyirdik nənə nə yaxşı coxlu pul qoydun
hardan bildin bizik :122: uşaq ki uşaq . bayramda çoxlu pulumuz olurdu. sonra
bu evə köçdük baçqa şeylər öyrəndik, qulaq asdı, ayaqqabı tulladı, fallar  :cadu:  öyrəndim.
Deməli  günün birində padruqam gəldi bizə, mamanı da yolladıq bunlara, çünki mama evdə olsa qoymaz.  başımşza qırmızı şal adıq, işığı söndürdük əlimizdə
iki şam keçdik güzgünün qarşısına ki, guya gələcək nişanlımızı görəcik, birinci
mən keçdim bilmirəm düz idi ya  öz kölğəmiz  idi mən də o da eyni görrdük ki, hündür boy
dolu oğlandı . düzdü ikimizdə elə biri ilə evləndik sonra,  bu dedi siqareti çəkilən yerini  isladıb yandırırıq  yarıya kimi çəkəcik guya hərif yazılacaq,
dedi gəl atamın siqaretindən edək paçqani qoyduq birini  :keyif:  elədik,  ikisini elədik iki nəfərə, o çəkir mən çəkirəm bir də, gördük paçqa qurtarıb,  hərifdən xəbər yoxdu  :122: dedim atama nə cavab verəcəm, zapası idi, nə isə bu da elə getdi.
sonra ayyaqabı
atırdım hər dəfə də qapıya düşürdü amma hələ də evdəyəm  :122:
 bir də balışın altına birnə üzük,  birinə heç nə qoymurduq üzükdə oturan ərə  gedəcəkdi gələn il bayrama kimi, məndə həmişə üzük çıxırdı hələ də evdəyəm  :122: 2il olar eləmirəm fal  :24:  subay vaxdı kasada su doldurub nişan üzüyü  fırladmışdıq, mənə 18 çıxmışdı,  elə  18də də getdim, getməz olaydım. Belə mənim
başıma gələnlər yadıma düşənlər bu qədə,r oxuduğunuz üçün twklər  :20:
 
Novruzda yaşadıqlarım - Miss_Angel (2) 

 

Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!