Novruzda yaşadıqlarım - Lola_Maya_ (3)

Novruzda yaşadıqlarım - Lola_Maya_ (3)
Qadınlar.Co
10.09.2017 10
Gözəl
bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir.
:ponpon: Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan
yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı
adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və
s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun.
Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi 
bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz
var.
 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün
keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir
layihə hazırlamaq fikrinə gəldim. :komp: ,,Novruzda
yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında
yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  
 
 Baxın görün Novruzda gülməli və maraqlı
hadisələr yaşayan hansı bacımız bu dəfəki qonağımdı...
 

Novruzda yaşadıqlarım - Lola_Maya_ (3)  Lola_Maya_  Novruzda yaşadıqlarım - Lola_Maya_ (3) 

 

Salam olsun saytmızın gözəl xanımlarına. Türkan bacı
təşəkkür edirəm belə gözəl bayram abu havalı lahiyə hazırlayıb məni də
dəvət etdiyin üçün. Hamınızın Bayramı mübarək olsun. Allah hər zaman
ruzili, bərəkətli, sevinc dolu günlər nəsibimiz etsin. :128: Keçək
Novruzda mənim başıma gələnə.

Deməli belə, hardasa 5-6 yaşım olardı, həyətdə ocaq
qalamışdıq qonşularla yığışmışdıq. Bir neçə nəfər məndən 1-2 yaş böyük
qızlar da var idi. Balaca idik deyə hoppanmağımızın çətin olmaması üçün
balaca tonqal qalamışdıq. Mən tonqalın bir tərəfində hazır durmuşamki,
:ates: hamı tullansın sonra mən. Düz mən tonqaldan tullananda o biri
tərəfdən də qız tullandı toqquşduq, mən düşdüm tonqalın üstünə o da
mənim üstümə, ona heçnə olmadı yanan mən oldum :18: elə düşmüşəm ki,
əlim də qalıb altımda, ən çox əlim yanmışdı. Şəkillərdə də qalıb əlimi
üflüyə-üflüyə qalmışam. :09: 

Bir dəfə də 2-3 il bundan qabaq qızlarla qulaq
asdıya çıxmışıq :dans: ağzımıza su almışıq, getdik qulağlarımızı qapıya
dirədik, heç qulağımızı qapıya qoya bilmədik qapının açılmasını görüb
paramparça olduq hərə bir tərəfə qaçır :ihi:

 Çox olub Novruzda başıma gələn maraqlı hadisələr,
amma bu qədəri bəs olar məncə. Hər birinizə təşəkkür edirəm vaxt ayırıb
oxuduğunuz üçün. :01:

 

Novruzda yaşadıqlarım - Lola_Maya_ (3)  Novruzda yaşadıqlarım - Lola_Maya_ (3)   Novruzda yaşadıqlarım - Lola_Maya_ (3)

 

 
Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri
bol olsun .... AMİN!...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!