Novruzda yaşadıqlarım - Tomris Müslümova (5)

Novruzda yaşadıqlarım - Tomris Müslümova (5)
Qadınlar.Co
10.09.2017 16

Gözəl
bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir.
:ponpon: Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan
yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı
adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və
s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun.
Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi 
bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz
var.
 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün
keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir
layihə hazırlamaq fikrinə gəldim. :komp: ,,Novruzda
yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında
yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  
 
 Baxın görün Novruzda gülməli və maraqlı
hadisələr yaşayan hansı bacımız bu dəfəki qonağımdı...
 

 Novruzda yaşadıqlarım - Tomris Müslümova (5)  Tomris Müslümova  Novruzda yaşadıqlarım - Tomris Müslümova (5)

 

Saytda bizi öz layihələri ilə  sevindirən, hər
bayramın, hər fəslin müjdəçisi olan Türkan bacıma dəvəti üçün təşəkkür
edirəm. Sizləri də bahar təravətli, yaz nəfəsli bu gözəl gündə
salamlayıram. :03: Yəqin ki, bir neçə şərhdə mənim qışa nifrət etiyimi,
yazı, baharı necə səbrsizliklə gözlədiyimi oxuyub xəbərdar olmusunuz!
Novruzu çox böyük həvəs, sevgi, səbrsizliklə gözləyənlərdənəm. Açıq
etiraf edirəm ki, əvvəlki bayramların ləzzəti qalmayıb artıq. Əvvələr
daha maraqlı keçirdi, bayram abu-havası hər tərəfdən hiss olunurdu. Hər
çərşənbə tonqal qalanırdı indi artıq biganə yanaşılır. Əvvəl papaq
atanlardan bezirdik, indi papaq atanda hamıdan çox biz sevinirik :26:
Bilmirəm bəlkə də mənim yaşadığım yerdə belədir. Uzun sözün qısası nə
yaşamışamsa uşaqkən yaşamışam. Heç unutmadığım bayram isə 9-cu sinifdə
məktəbdə keçirdiymiz bayram idi. Onda məktəb tədbiri idi və mən də
aparıcı idim. Tək deyildim tərəfdaşımda "O" idi :09:  

O tədbir bitənnən sonra sinif uşaqları bizə gəldi və bayramı bizdə qeyd
elədik. Bizim evdə keçirilirdi deyə ən çox işliyib yorulanda mən
olmuşdum... O günnən xatirə videomuz da var şəkillərimiz də.

Hələ də getməyə can atdığım papaq atmaq isə məndə yarımçıq olurdu. Mən
qapıya qədər gedirdim ordan o tərəfə uşaqlar gedirdi. Mən itdən qorxanam
deyə canımın qədrini bilirdim getmirdim qabağa :08: Şəhərdə yaşayan
bibim gildəydik bir dəfə bibim oğlu, qızı bir də biz 3 uşaq getdik papaq
atmağa. Sən demə şəhərdə də papağı qoyub qaçmırsan elə əlində tutub
gözlüyürsən :23: Nə bilim a mən belədi şəhərdə. Elə utanmışdım ki.
Onnan sonra dedim qələt eliyərəm mən bunlarla harasa gedərəm. :125: 

Novruzun fallarını da sınamışam hətta :09: Bir dəfə bir sinif
yoldaşım yumurta falı dedi mənə. Düyü, soğan qabığı, yumurta, kasa filan
ancaq tam dəqiq necə edildiyini unutmuşam. Bunu eliyirsən guya üstünə
hərif yazılır :23: Mənnəndə nə gedir? Gətirdim elədim. Amma həqiqətən
də üstünə hərf yazılmışdı. Yumurtanı düz tutanda Z oxunurdu köndələn tutanda N Mənə də N sərf
elədiyinə görə yumurtaya köndələn baxırdım :08: Kişinin qızı ağıllı
çıxıb bu yumurtanı saxlamaq istədi yadigar. Apardım qoydum şkafıma. Bir
müddət keçdi gördüm şkafımnan şəhər kanalizasiyalarının iyi gəlir. :26:
Ha axtardım, ya eşələdim əmələ gəlmədi. Bir müddət keçdi elə bil o
kanalizasiyə mənim oatığımnan keçir iydən girmək mümkün deyildi. :06:
Axırda şkafı boşaltdım. Çoxdan eləməli idim ancaq tənbəl Tomris :09:
Bir də baxıram bu yumurta qırılıb qoyduğum qutunun içində o iydə bunnan
gəlirmiş. Çıxartdım tulladım hələ də o iy burnumdadı :24: 


Bu qədər. Bir daha dəvət üçün və zaman sərf edib
oxuduğunuz üçün təşəkkür edirəm. Bayramınız mübarək olsun. :20: Bu
Novruz sizlərə, bizlərə sevinc, ruzi-bərəkət, xoşbəxtlik, uğur, sevgi,
səadət, sağlıq, firavanlıq gətirsin!

 

Novruzda yaşadıqlarım - Tomris Müslümova (5)   Novruzda yaşadıqlarım - Tomris Müslümova (5)   Novruzda yaşadıqlarım - Tomris Müslümova (5)

 

Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri
bol olsun .... AMİN!...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!