Novruzda yaşadıqlarım - ulduz (4)

Novruzda yaşadıqlarım - ulduz (4)
Qadınlar.Co
10.09.2017 7
Gözəl
bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir.
:ponpon: Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan
yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı
adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və
s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun.
Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi 
bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz
var.
 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün
keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir
layihə hazırlamaq fikrinə gəldim. :komp: ,,Novruzda
yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında
yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  
 
 Baxın görün Novruzda gülməli və maraqlı
hadisələr yaşayan hansı bacımız bu dəfəki qonağımdı...
 

 Novruzda yaşadıqlarım - ulduz (4)  ulduz  Novruzda yaşadıqlarım - ulduz (4) 

 

 

Əvvala salamlayiram saytımızın şirin qızlarını. 
:03: Türkan bacıma da təşəkkür edirəm layihəsinə məni dəvət etdiyi
üçün. Belə ki, qızLar mənim ən gözəl maraqli novruzum uşaqlığımda qaldi.
məhlə evində olduğumu üçün hər il qonşularla küçəmizdə tonqal
yandırardıq  :ates: Demək hər kəs qapıdan bir qom çırpı gətirərdi,
təsəvvür edin o tonqal nə boyda idi. Kişi, qadın, uşaq, qoca hamımız
yığılırdıq ətrafına. Torba atardıq qonşu uşaqlarla. topa topa uşaq hücum
edirdik bir qapıya. Yalan olmasın teştimiz dolurdu evdə.

 Hələ bir dəfə demək bacım, mən, qonşu qız qurupdan
ayrilib bir qapıya torba atdıq, qonşu torbamızı pəncərədən atıb
piləkəndən də üç çürük alma uzun da piləkən, tak tak düşdü ayağımızın
altına. Biz də o yerdə qalmayıb qapını açıb almaları üstlərinə atıb
qaçdıq.

Ən maraqlısı isə :cadu:  etdiyimiz fallar. Demək
məndə nə cıxdısa hamısı gerçək oldu. Yoldaşımın baş hərfindən tutun da 4
uşaq olduqlarına qədər. Novruzun vazgeçilməz falları. İndi həmin maraq
qalmayıb, hələ Azərbaycandan qıraqda olursansa lap həvəsin ölür.

Mənim gözəl bacılarım hamınızın bayramını təbrik
edirəm. Evinizdən ruzi bərəkət əskik olmasın. Həyatınız şəkərbura kimi
şirin, paxlava kimi dadlı, qoğal kimi yaglı, problemləriniz də fındıq
boyda olsun. Novruz bauramınız Mubarak olsun.. :123: Öpürem canlarım
hamınızı..

  

Novruzda yaşadıqlarım - ulduz (4) Novruzda yaşadıqlarım - ulduz (4)  Novruzda yaşadıqlarım - ulduz (4)

 

Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri
bol olsun .... AMİN!...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!