Novruzda yaşadıqlarım - guler19 (1)

Novruzda yaşadıqlarım - guler19 (1)
Qadınlar.Co
10.09.2017 7
Gözəl
bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir.
:ponpon: Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan
yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı
adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və
s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun.
Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi 
bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz
var.
 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün
keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir
layihə hazırlamaq fikrinə gəldim. :komp: ,,Novruzda
yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında
yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  
 
 Baxın görün Novruzda gülməli və maraqlı
hadisələr yaşayan hansı bacımız ilk qonağımdı...
 

 Novruzda yaşadıqlarım - guler19 (1)    guler19     Novruzda yaşadıqlarım - guler19 (1)

 

"Bütün Qadınlar.biz bacılarımı Novruz bayramı
münasibəti ilə təbrik edirəm. Arzum budur Novruz bayramında bütün
qızların qüssə-qəmi yox olsun, sevgi dolu bir Novruz qarşılayaq, qoy bu
baharın qədəmləri xoş olsun hamı üçün amin. Bu bayramda bütün küsülülər
barışsın, hamının çaydanı isti, süfrələri bol, qazanları isti olsun...
Qoy bu təravətli Novruz bayrami süfrənizi ruzu, qəlbinizi isə xoş
hisslərlə doldursun. Sağlamlığımız möhkəm, arzularımız sonsuz,
umidlərimiz gərçək olsun! Novruz bayramınız mübarək olsun əziz
Qadınlar.biz bacılarım 



Bir gün bayrama az qalmış nənəmlə oturmuşduq nənəm başladı qonşulardan
başına gələn gülməli hadisələri danışmağa. Dedi bala bir gün babanla
oturmuşduq qonşu təzə gəlin idi. Nənəm bu təzə gəlini çağırıb deyib təzə
gelinsən bir şirinlik kanfetindən gətir çay içək Təzə gəlin də deyib
baş üstə gedib bir yekə qab kanfet gətirib birin açıb nənəmlə babamın
yanında yeyib o biriləridə veribki siz yeyin bu day gedib. Nənəm qəşəng
çay dəmləyib istəyib kanfetdən birin aça görüb birinin içində daşdı
birində kömürdü batdaqdı ölüblər gülməkdən :122: 

Nənəm danışıb qurtarandan sonra məndə uşağam ağlıma bir fikir gəldi.
Getdim zibillikdən kanfet kağızların yığdım qəşəng sildim təmizlədim
arasına daşdan palçıqdan yığıb getdim bulara gördüm təkdi. Dedim ala bu
kanfetləri nənəm gönderib verib :122: qaçdım. Buda açıb görüb birində
daşdı palçıqdı nənəmlə yaxşı dalaşdılar :122: sora bildilərki mən
eləmişəm uşaqdı deyib barışdılar :122:



Bir dəfə də məktəbdə qızların biri duzlu kökə gətirmişdi. Dedilər axşam
ye yat yuxuda qismətini görəcəksən məndə axşam yedim ölmüsdüm o günü
qismətimi görəcəkdim ama mən sudan birdə nənəmdən başqa heçnə görmədim
:122: heç yata bildimki hər dəyqədə su içirdim :122:




Çərşənbələrdən biri idi ... Qonşularla yığışdıq
böyük bir tonqal qaladıq. Hoppanmaqda növbə mənə çatanda elə hoppanırdım
ki, bir də gördüm qonşunun evinin üstü yanır. Tez qaça-qaça getdim
buları möhkəm çağırdım dedim bəs belə belə... Qonşu cavabıynan məni
yandırıb tökdü ki, nə var a gülər biz dedik hamı tonqalı yerdə yandırır"
bizdə dedik fərqlilik eliyək evin üstündə yandıraq tonqalı. :122:

 

Novruzda yaşadıqlarım - guler19 (1)  Novruzda yaşadıqlarım - guler19 (1)   Novruzda yaşadıqlarım - guler19 (1)

 

Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri
bol olsun .... AMİN!...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!