Evliliyin növləri - Müzakirə

Evliliyin növləri - Müzakirə
Qadınlar.Co
10.09.2017 11
Salam. Sizləri son vaxtlar aktual gördüyüm bir mövzu ətrafında
müzkirəyə dəvət etmək istəyirəm. Sevgi yoxsa məntiq evliliyi? Bu seçim
qarşısında daha çox qızlar qalır. Bir çox ailələr var ki, öz qızlarını
iş-güc qurmuş, evi olan, yaşı qızının yaşından ən az 5 yaş böyük olan
oğlanla ailə qurmasını məsləhət görürlər və çox vaxt bunun ən düzgün yol
olduğunu öz övladlarına başa salırlar. Oğlan valideynləri isə çox vaxt
öz seçdikləri qızı oğlanlarına məsləhət görür, filankəsin qızıdır,
tərbiyəli və əsl xanım kimidir, bunu al, deyə oğlanlarının fikrini
yönəltməyə çalışırlar. Valideynlər məntiq evliliyini qızlarının və
oğlanlarının universitetdə, məktəbdə və sair kimi digər yerlərdə tanış
olduqları biriylə evlənməsini yəni sevgi evliliyindən daha üstün
tuturlar. Öz sevgisinin ardınca gedib evlənənlər də var, amma
valideynlərinin sözündən kənara çıxa bilməyənlər, onların fikilərinə
hörmət edib əməl edənlər də var.



1) Yuxarı qeyd olunanlara münasibətiniz nədir?

2) Siz necə məntiq və ya sevgi evliliyi etmisiz ya hansını edərsiz?

3) Sizcə gənclərimiz son dövrlərdə daha çox hansı evliliyə üstünlük verir?

4) Sizcə məntiqlə yoxsa sevib evlənənlər daha çox xoşbəxt olur?



Səmimi fikirləriniz çox önəmlidir, əvəllcədən təşəkkürlər.

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!