Novruzda yaşadıqlarım - aLoNe AnGeL (6)

Novruzda yaşadıqlarım - aLoNe AnGeL (6)
Qadınlar.Co
10.09.2017 14
Gözəl
bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir.
:ponpon: Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan
yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı
adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və
s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun.
Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi 
bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz
var.
 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün
keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir
layihə hazırlamaq fikrinə gəldim. :komp: ,,Novruzda
yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında
yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  
 
 Baxın görün Novruzda gülməli və maraqlı
hadisələr yaşayan hansı bacımız bu dəfəki qonağımdı...
 

Novruzda yaşadıqlarım - aLoNe AnGeL (6)  aLoNe AnGeL  Novruzda yaşadıqlarım - aLoNe AnGeL (6) 

 

Salam canım, öncəliklə layihəndə mənə də yer verdiyinə görə çox təşəkkür edirəm. keçək xatirələrimə

Novruz bayramı lap uşaq vaxtından sevdiyim bayramdır :heart:

Hələ yumurtaları boyamaq, salat hazırlamaq, qoğal, badambura, şəkərbura
və s. hazırlamağımız məni lap sevindirir, dedikcə canım çəkdi :23: 

Novruz bayramında papaq atdıya getdikdə maraqlı hadisələr gəlib
başıma. bir dəfə ailəvi getdik nənəmgilə, axşam da papaq atmaq istədik,
atam dedi mən yorğunam gedə bilməyəcəm, bizdə darıxdıq. Əmim arvadı dedi
mən gedirəm gəlin gedək, hamımız yığışdıq əmim qızları, əmim oğlanları
getdik papaq atdıya, mən o qədər utanırdım ki, üzümə maska taxdım, tam
qapıdan gizlincə girəcəkdim ki, bir də gördüm qapı açıldı maşın üstümə
sürür, necə qaçdımsa izim-tozum da qalmadı :122: 

sonra digər qonşuya getdik, mən getdim bayram payımı götürməyə,
gedəndən sonra üzümdə də maska qadın deyir kimsən kimsən, əşi sənənə
kiməm düşüb arxamca gəlir :122: Qaçmaq istədim tam qaçıb aradan
çıxırdım ki, gördüm ki bir nəfər əksikdi, dönüb baxdım əmim qızı
eninə-boyuna uzanıb asfaltın ortasında bayram payı da tökülüb yerə :125:
baxam həmin qadın da qaldırır bunu, əsəbimdən bilmədim nə edim qadın da
bildi biz kimik onun sayəsində :126:

bir dəfə də planlı şəkildə guya papaq atacaqdıq,
qapını çalacağımız zaman gördük qapı açıldı :09: necə utanmışdımsa evə
dəvət etdilər qonşumuz oturduq çay içdik çıxıb getdik

Mən həmişə qapı pusmaq istəmişəm amma anam qoymayıb, səbəbini soruşanda
deyir sənin qonşularının ağzından bal damlayır get arzuların çin olacaq
(əks mənada deyib ha)

oxuduğunuza və vaxt ayırdığınıza görə sağolun :14: :20: 

 

Novruzda yaşadıqlarım - aLoNe AnGeL (6)   Novruzda yaşadıqlarım - aLoNe AnGeL (6)   Novruzda yaşadıqlarım - aLoNe AnGeL (6)

 

Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri
bol olsun .... AMİN!...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!