Mənim toy günüm - Leylas (30)

Mənim toy günüm - Leylas (30)
Qadınlar.Co
10.09.2017 4
:toy:  ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın Leylas-dı..

bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə
bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın
cavablarını oxuyaq

  

 Mənim toy günüm - Leylas (30)

 

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Mənim papamın tanıdığı, amma mənim tanımadığım bir qohumumuzdu
yoldaşım.. Qaynatam bizə gəlmişdi mən tanımırdım.. Gedəndə özü özünə
,,kaş mənim belə gülərüz gəlnim olaydı,, deyib )).. Müəyyən müddətdən
sonra elçi gəldi..



2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

Elə bir evlilik təklifi olmamışdı.. Hətta qanım qaraydı deyə yoldaşım
üzüyü barmağıma taxmağa çəkindi.. Utana utana üzüyü qabıyla mənə verdi
..



3. Neçə müddət nişanlı qaldınız?

Elçi gəldikdən 1 həftə sonra mamamı itirdim, ona görə 1 il yarım nişanlı olduq



4. Toy hazırlıqları necə irəlilədi?

Mən tək olduğum üçün bir az çətin oldu



5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?

Bəli kifayət qədər zaman var idi.. Zamanla yavaş yavaş hər şeyi qaydasına saldıq..



6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

Nişanlımla keçirdiyim zaman.. Hər aldığımıza öz fikrini bildirirdi ))



7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

Bəli getmişdik, toya 1 həftə qalmış



8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

Mən o işə qarışmadım.. Atam, yoldaşım, qaynatam seçdi.. Hamının ürəyincə oldu..



9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?

Seçdiyimiz məkanın öz fotografı idi



10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?

əslində bizim vaxtda o qədər dəb deyildi, ona görə üstünlük vermədik



11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?

Ağlımda elə bir gəlinlik tutmamışdım.. Amma seçdiyim gəlinlik ürəyimcə oldu .. Tək mənim deyil hamının ))



12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

çox vaxt getmədi.. şükür istədiyimi tez bir zamanda tapdım



13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Elə də cox fikir bildirmədi... Amma gəlinlik seçməyə mənimlə gəlmişdi .. Gəlinliyin mənə necə yaraşdığına baxmağa )



14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?

Makiyaj yox, amma saç düzümü seçmişdim..



15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

Bəli, çox bəyənmişdim..



16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Bəli, bizdə də belə bir adət var..



17.Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

05.06.2011



18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?

Bəli oldu.. Maşınımızın gülü yolda düşdü ))



19. Toy günü unutduğunuz bir şey oldumu?

Xeyr olmadı



20 Toyunuzun ən gözəl anı nə idi?

Məncə hər anı gözəl idi ...



21. İlk rəqs parçanız hansı idi?

Burcu Guneş "Biz aşki meleklerden çaldık"



22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

Yoldaşımla keçiridyim hər bir an mənim üçün romantikdir ...



23. Bir tərslik yaşandımı toy günü?

Bəli.. Biz müəyyən səbəblərdən rəqsimizi edə bilmədik, bu indiyənə kimi mənim üçün xoş deyil.. 



24.Ən çox nə vaxt həyəcanlandınız?

Maşınlar həyətə siqnal verərək girəndə...



25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

Xeyr olmamışdı...



26. Bal ayınızı harada keçirdiniz?

Elə bir yerə getmədik, daha doğrusu müəyyən səbəblərə görə gedə bilmədik...



27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?

Inşallah 5 il olacaq..



28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?

Səbrli olmaqlarını tövsiyyə edərdim..

Layihədə iştirakıma görə sizə təşəkkürlər.. Bundan qabaqki layihələrdə
xanımlar qısa cavablarıma görə narazıçılıq etdilər.. Inşallah bu dəfəki
cavablarımı bəyənərsiz.. 

Arzum- aysum sizə təşəkkürlər...

 

Mənim toy günüm - Leylas (30)

 

Canım
mənim, Bir həyat boyu bir-birinizi sevməniz və həmişə sevinc içində,
xoşbəxt bir həyat sürməniz diləyirəm... Allahın rəhməti və bərəkəti hər
daim evliliyinizin üstündə olsun... amin...



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!