Canım mənim, ananın doğum günü mübarək olsun!...

Canım mənim, ananın doğum günü mübarək olsun!...
Qadınlar.Co
10.09.2017 97
Həəəə qızlar... bu gün yenə saytımızda şənlik var... doğum günü
var... kimin doğum günüdü men deyecəm siz də bilin... 
Bu gün saytımızın şirin qızlarından biri :zhappy%20birthday: qonaqa-nın anası Aynurə xanımın 35 -ci doğum günüdü.... :zhappy%20birthday:
 



 
Canım mənim, ananı bütün ailəmiz adından təbrik
edirəm... sizə ilk öncə can sağlığı diləyirəm... ömrünüz, həyatınız hər zaman
gözəlliklər içində keçsin... həyatda istədiyiniz hər şeyi Tanrı sizə nəsib
etsin inşallah... amin...  
 
 
 
Baxın şirin qızınız, bu gözəl günündə
anasına necə gözəl arzular diləyib...

 
ƏZİZ ANAM, ürəyim, həyatım, nəfəsim, hər şeyim ad
günün mübarək! sən bizim hər şeyimizsən... yaxşı ki, doğulmusan, yaxşı ki,
varsan. yaxşı ki Mədinə nənəm səni dünyaya gətirib. Əziz anam, sənin bu gün 35
yaşın olur. BU yaşa sənə nə arzulaya bilərəm? Atamla ömür boyu xoşbəxtlik.
bir-birinizə sevginiz daha da möhkəmlənsin. ALLAH səni bizim başımızdan heç
vaxt əksik etməsin. yoxsa mən ölərəm sənsiz ANA, səni çox sevirəm, mənim üçün
həyatda dəyərli şey - atam, anam, qardaşlarım və həyatımı sonuna qədər
bölüşəcəyim nişanlım, ANAM səni çox sevirəm, sənə 1000 il yaş etməyini
arzulayıram... Amma bizlərlə...  Dünyada ən müqəddəs varlıq ANA dır. Allah
heç kimi anasız qoymasın. Amin....
 
 
 
Canım mənim, ananı bir daha təbrik edirəm və həyatda
övladlarının ancaq xoş günlərini görüb hər zaman xoşbəxt olmasını diləyirəm...
Allah onun isti nəfəsini sizlərin üstündən heç bir zaman əskik etməsin....
amin...
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!