Novruzda yaşadıqlarım - İnci (7)

Novruzda yaşadıqlarım - İnci (7)
Qadınlar.Co
10.09.2017 23
Gözəl
bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir.
:ponpon: Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan
yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı
adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və
s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun.
Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi 
bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz
var.
 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün
keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir
layihə hazırlamaq fikrinə gəldim. :komp: ,,Novruzda
yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında
yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  
 
 Baxın görün Novruzda gülməli və maraqlı
hadisələr yaşayan hansı bacımız bu dəfəki qonağımdı...
 

Novruzda yaşadıqlarım - İnci (7) İnci Novruzda yaşadıqlarım - İnci (7) 

 

Salam saytımızın gözəl göycək bacıları. deməli bir
dəfə papaq atmışdım, papağıma nə töksələr yaxşıdı, plov, 1 həftə
papağımı suya qoyduq sonra açıldı))))

 

1 novruzda da ocağın üstündən atlanırdıq, sən demə
ocaq uzaq imiş, mən də əvvəlcədən hoppp etmişəm, arxası üstə yerə
dəydim, hamı hələ də gülür.

 

1 dəfə də qızlarla yığışmışıq fala baxırıq, mən
balaca idim, 10 yaşım zad olardı, hamının falında 20 yaşında ərə getmək
çıxır, mən də 56 yaşında çıxdı))) yəqın 56 da qızım gedər))))

 

hər bayramda qulaq falına çıxmışam. kollecə qəbıl
olanda getdim qonşu qışqırırdı kı, hə hə hə, həqiqətən də qəbul oldum,
kolleci bitirib uniyə verdım, onda da getdım qonşu uşağı öyrədirdi ki,
nənənə nənə demə ana de, həmın ili yenə kollecə qəbul oldum, dedım yəqin
nənə uni imiş ana da ondan balaca olduğu üçün kollec imiş))))

 

 1 dəfəsində də qızlarla yenə fala baxırıq, başmaq
atmalı idik, mən atırdım arxamı qapıya çevirib, mən atanda bibim oğlu
qapını açıb içəri girib başına dəymişdi)))),




bir də duzlu kökə deyırlər, guya onu yeyib yatanda
kim sənə su versə, ona ərə gedəcəysən, mən də yeyib yatdım, yuxulu
yuxulu bacımı yollamışam ki, get mənə su gətır, o da gətirib amma yuxuda
görmüşdüm ki, bır dənə çirkin oğlan verir, elə qorxurdum ki, o uroda
gedərəm amma şükür elə olmadı, ərim gözəldi,

  

məndən bu qədər, hər kəsin bayramı mübarək....

 

Novruzda yaşadıqlarım - İnci (7)   Novruzda yaşadıqlarım - İnci (7)   Novruzda yaşadıqlarım - İnci (7)

 

Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri
bol olsun .... AMİN!...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!