Bu gün Yel çərşənbəsidir

Bu gün Yel çərşənbəsidir
Qadınlar.Co
10.09.2017 41
 Novruz yeni gün
deməkdir və yeni ilin başlanğıcıdır. Novruz bayramının mənşəyi, onunla
bağlı əsatirlər, miflər qədimdir . İnsan, kainat 4 ünsürdən - su, od,
torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün
bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlarımız da "Ab, atəş, xak,
baddan yarandım" deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə
bağlıdır insan. 

 

 Bu gün Yel çərşənbəsidir Bu gün Yel çərşənbəsidir Bu gün Yel çərşənbəsidir

 

Novruz
bayramının üçüncü və bu mərasimlərin içərisində mühüm əhəmiyyət kəsb edən
çərşənbələrindən biri də Yel çərşənbəsi adlanır. El arasında qədim zamanlarda
bu çərşənbə "Yelli çərşənbə”, "Külək oyadan çərşənbə” və
"Heydər” çərşənbəsi kimi də adlanır. Müasir zamanımızda isə Yel çərşənbəsi
xalqın arasında Külək çərşənbəsi kimi də çağrılır.
 Əlbəttə yelin insanların düşüncəsində havanın
mənasını kəsb edir və insanların həyatın yaranışından etibarən onunla nəfəs
aldığını vurğulayır. Lakin bəzən sadəcə yel, külək kimi də mənalandıran
tədqiqatçılar olmuşdur. Baharın gəlişi ilə havaların dəyişməsi, durmadan həzin
küləklərin və mehlərin olması insan aləmində də müxatəlif dəyişikliklərə yol
açır. Xüsusən rayonlarda və kəndlərdə yaşayan insanların əkin – biçinində,
onların zəmilərində həzin küləklərin olması torpağın yavaş – yavaş oyanmasına
işarədir.
 Xüsusən qeyd edək ki, artıq Novruz bayramına
yaxınlaşdıqca havada olan dəyişkənliklər də tam sezilməyə başlanılır. Bu da
əkinçilikdə və kənd təsərrüfatı ilə məşğul olan insanların həyatında mühüm rol
oynayır. Bayramın gəlişi özünü son çərşənbələrdə daha çox biruzə verməyə
başlayır.
 Üçüncü çərşənbə sayılan yel digərlərindən
insanlrın fəaliyyətlərinə və adət - ənənələrində əks olunan fərqliliklərə görə
seçilir. Məhz bu çərşənbə günü bütün evlərdə təmizlik işlərinə başlanılır.
Xüsusən qadınlarımız, qızlarımız evdə tam mənada təmizliyə riayət etməyə
başlayırlar. Hər bir xanım evindəki yorğan, döşəyi havaya atır və onun təzə
gələn bahar nəfəsilə yenilənməsini, çıxan günəşin təsiri altında daha da
təmizlənməsini istəyirlər. Həmçinin evlərdə hər tərəf silinib, təmizlənir,
palazlar, xalçalar çırpılır, şüşələr, pəncərələr silinməyə başlanılır. Əlbəttə
bu bayramında daha dərin adət - ənənələrini görmək üçün sizi Azərbaycanın müxtəlif
bölgələrində bu mərasimləi qeyd etməyə dəvət edirik.
 Bölgələrdə bayramın hər bir elementi özünü
daha yaxşı biruzə verir və daha dərindən qeyd edilir. Şəhərdə müəyyən qədər
müasirlik və şəraitin az olması baxımından bunlar unudulmuşdur. Lakin həmvətənlərim
qədim zamanlardan qalmış bu mədəniyyəti hələ də özlərində saxlamağa çalışırlar.
Dünya ölkələrinə nisbətən Azərbaycanda bu bayram daha böyük təntənə ilə
keçirilir.
 Bununla yanaşı xanımlar artıq bayramın özü
üçün tədarüklər etməyə başlayırlar. Onlar bişirəcəkləri şirniyyatlara lazım
olan məmulatları indidən hazırlayırlar. Həmçinin Novruz bayramının ən əsas xoşa
gələn tərəflərindən biri də həmin gün ərzində insanların əynindəki paltarların
təzə olmasıdır. Keçmiş zamanlarda məhz bu səbəbdən bütün qadınlar parçalar alar
və uşaqları, həmçinin evdəki şəxslər üçün müxtəlif paltarlar tikməyə
başlayardılar. Çünki onlar bayrama qədər hamının təzə paltarının hazır olmasını
istəyirdilər. |qalaktika.com|
 Evlərdə yenə də bütün çərşənbələrdə olduğu
kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına
yığışmalıdırlar. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin
keçməsinin əsas göstəricisi hesab olunur. Məhz bu səbəbdən insanlar hər çəşənbə
süfrədə şirin məmulatların qoyulması üçün cəhd göstərirlər.
 Ümumiyyətlə isə insanlar yelin yəni küləyin
insanlara xoş və şirin təsürratlar gətirəcəyini inanırlar. Yel çərşənbəsində
əsən küləklər bir gün ərzində bir neçə dəfə istiqamətini dəyişir. Hətta
küləklərin durmadan siti və soyuq olmasına da rast gəlmək mümkündür. Bu da
əvvəlki çərşənbə olan Od çərşənbəsində qeyd etdiyimiz Boz ayla əlaqədar olaraq
formalaşır. Bu çərşənbə də digərlərində olduğu kimi hamının qapısında,
həyətində tonqallar qalanır. Eyni ilə digər çərşənbələrdə olduğu kimi yenə insanlar
bu tonqalların üzərindən tullanırlar.
 Xanımlarımızın digər çərşənbələrdə qoyduğu
səməni də artıq böyümüş olur. Qeyd edək ki, səməni yaşıllıq, bol – bərəkət,
ruzi mənasını özündə birləşdirir. Onun yaşıl rəngdə olması isə baharın, yazın
gəlişindən xəbər verir. Həmçinin səməni buğdadan qoyulur bə onun böyüməsi üçün
həmişə xanımlar su verirlər. Əlbəttə bayramdan bir müddət əvvəl səməninin
qoyulması lazımdır. Artıq yel çərşənbəsində qismən böyümüş səməninin ortasına
qırmızı lent bağlanılır. Əlbəttə qədim zamanlardan qırmızı bizim adət -
ənənələrimizdə sevinc, ruh yüksəkliyi və xoşbəxtliyin mənasını ifadə etmişdir.
Bu bayram da məhz bütün Azərbaycanlılar üçün bu mənanını kəsb edir.
 
Bu gün Yel çərşənbəsidir Bu gün Yel çərşənbəsidir Bu gün Yel çərşənbəsidir 

 

Əziz
bacılarım, daha bir çərşənbə gəldi.... Bu deməkdir ki, bayrama lapppp
az qalıb... Yel çərşənbəniz mübarək qızlar... Qoy bütün dərd qəminizi,
çətinliklərinizi və problrmlərinizi külək özü ilə lapppppppppp
yzaqlara aparsın və sizlərə ancaq sevgi, xoşbəxtlik və səadət
gətirsin.... süfrələrinizin ruzisi hər zaman bol olsun... qazanlarınız
həmişə qaynar olsun.... ocağınız isti olsun.... amin.... öpürəm
hamınızı...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!