“Bakcell”dən Facebook-a pulsuz çıxış! Novruz bayramı ərəfəsində yalnız...

“Bakcell”dən Facebook-a pulsuz çıxış! Novruz bayramı ərəfəsində yalnız...
Qadınlar.Co
10.09.2017 7
"Bakcell”dən Facebook-a pulsuz çıxış! Novruz bayramı ərəfəsində yalnız Bakcell abunəçiləri üçün xüsusi təklif



Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti Novruz bayramının gəlişi ilə əlaqədar Azərbaycanda ilk
dəfə olaraq öz abunəçilərinə nadir hədiyyəsi barədə elan edir. 1 martdan
başlayaraq 31 martadək, Bakcell şəbəkəsinə qoşulan hər bir yeni abunəçi
Facebook tətbiqinə 6 aylıq pulsuz çıxış imkanı əldə edəcək. Bunun üçün
onlar sadəcə əvvəlcədən ödənilmiş ("prepaid” ) Bakcell SİM kartını
almalı və *515*1#YES kodunu yığaraq bu kampaniyaya qoşulmalıdırlar. Bu
yeni kampaniya şəbəkədən istifadə edərkən pula qənaət etməyə imkan
yaradacaq.

CIN və ya Klass tarif paketlərinin hər hansı birindən
istifadə edən mövcud Bakcell abunəçiləri də sadəcə *515*1#YES kodunu
yığaraq bu kampaniyadan faydalana biləcəklər. Bu halda, nömrənin
balansından 0.99 AZN məbləğində birdəfəlik haqq çıxılacaq.

6 ay
ərzində Facebook-a pulsuz çıxış imkanı aylıq olaraq, nömrənin balansına
hər ay 3 AZN vəsait yükləmək şərti ilə təqdim edilir.

Facebook
-a pulsuz çıxış qaydası Facebook tətbiqinin və Facebook Messenger
tətbiqinin bütün istifadə növlərinə (o cümlədən, FB Messenger tətbiqi
vasitəsilə mesajlaşma, fotoşəkil və fayl paylaşma xidmətlərinə) şamil
edilir. Facebook tətbiqindən başqa səhifələrə yönləndirmə, eləcə də
Facebook Messenger vasitəsilə edilən səsli və video zənglərə görə adi
qaydada haqq tutulacaqdır.

"Novruz bayramı baharın gəlişini
təcəssüm etdirən son dərəcə gözəl bir ənənədir. Bu gözəl bayrama
hazırlıqlar bayram şənliklərinə hələ bir ay qalmış başlanır. Super
yüksək sürətli mobil internet xidmətindən faydalanan abunəçilərimizin
əksəriyyəti sosial şəbəkələrdən fəal şəkildə istifadə edirlər.
Azərbaycan Facebook-un fəal istifadəsinə görə dünyada ilk yerlərdən
birini tutur. Biz bu kampaniyaya qabaqcadan, ayın əvvəlindən başladıq
ki, insanlar öz hisslərini paylaşmağa indidən başlaya və bu təklifdən
tam faydalana bilsinlər”, deyə Bakcell şirkətinin baş marketinq
direktoru Maria Toyçeva bildirib. "Biz bilirik ki, bir çox insanlar üçün
Facebook əslində "internetdir”. Elə buna görə də biz inanırıq ki, bu
təklif Bakcell abunəçilərinin şəbəkədə məhdudiyyətsiz ünsiyyətdə
olmaları və öz doğmaları və dostları ilə daha yaxın olmaları üçün əlavə
stimul yaradacaq”, deyə xanım Toyçeva əlavə edib.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal
olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində
lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar
vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet
xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The
Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan
edilib.

1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin
80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə
satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri
Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti
göstərilir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!