Ona sevgi məktubum - Glamira (18)

Ona sevgi məktubum - Glamira (18)
Qadınlar.Co
10.09.2017 7
Dəyərli Qadinlar.biz ailəsi indi "Ona sevgi məktubum" adlı
layihəmlə sizin qarşınızdayam. Ona eşqinizi ən qözəl və romantik
sözlarlə izah edən məktubunuzı yazın. Bu layihəyə hər kəs qatıla bilər.
Həyət yoldaşınıza, sevgilinizə, nişanlınıza və hətta sözlünüzə eşq
məktubunuzu şəxsi mesajla mənə yazaraq bu layihəyə qatıla bilərsiz.
Qonağımız Glamira

  

salam

Sevgi... Beş herflik sözdür. Amma uğruna canlar verilen,
dağlar delinen, her cür meşeqqetlere dözülen. Nedir sevgi? Elle
tutulmur, gözle görülmür. Onu hiss eden yegane varlıq – qelbdir...



Gözlerde başlar ilk sevgi. İlk baxış, ilk görüş. Başındakı tükden
ayağındakı dırnağa qeder titreyişdir sevgi. Qelbinin süretle vurması,
dilinin ise ona inad susmasıdır. İçinde tufanın qopması, vulkanın
püskürmesi, üzünde ise sadece mesum bir ifadedir sevgi...



Gözlerde başlayan qığılcımın sinelerde tutuşdurduğu kiçik bir alov,
sonra ise böyük bir tonqaldır sevgi. Hem yandıran, hem de canlandıran.
Bezen gözden axan iki damla yaşdır, istek ve hesret dolu. Bezen dodaqdan
çıxan iki kelime söz, bezen elindeki siqaretde közdür. Sen elindekini, o
da seni bitirir...



Her gece yatağına uzandıqda qurduğun xeyallardır, yaşatdığın ümidler ve
etdiyin dualardır. Herden uğrunda ölmek, herden uğruna yaşamaqdır.
İstide donmaq, soyuqda yanmaqdır. Her an onunla yaşamaq, onsuz olsan
bele onunla olmaqdır sevgi...



Sevgi beş herfe bütün dünyanı sığdırmaqdır. Güneşi bir elinde, ayı bir
ovcunda tutmaqdır. Sevgi, qelbine yalnız "onun" möhrünü vurmaqdır.
Gözlerine dağ basıb, ondan başqasına kor olmaqdır sevgi...



Baxdığın her yerde onu görmek, qulaq verdiyin her sesde onu dinlemekdir.
Könlü xoş olsun deye onunçün gülmek, içinde sakit-sakit inlemekdir.
Baxışlarınla, "seni sevirem..." deye bilmekdir. Kömür kimi közersen de,
hirsini boğub sakitce sönmekdir. Köksünde bir ürek kimi döyünmekdir
sevgi...



Sevgi laldır, sevgi sessizdir. Sevgi hem damladır, hem de denizdir.
Bilmirem nedir sevgi. Amma bildiyim odur ki, sevgi hem senle hem de
sensizdir. Qelbimde qoyduğun bir izdir. Sevgi, sadece bize aid olan ve
heз bir riyazi mentiqe uymayan "1+1=1" hellidir, deyişmezdir. Bilmirem
nedir sevgi...



Birce onu bilirem ki, sevgi sensen, sevgi menem ve sevgi "biz"dir..
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!