“Mançester Yunayted Futbol Məktəbi"nə növbəti seçim başlanır

“Mançester Yunayted Futbol Məktəbi
Qadınlar.Co
10.09.2017 2
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası
(AFFA) "Mançester Yunayted Futbol Məktəbi"nin istedadlar qruplarına
qəbul prosesinin başlanmasını elan edir.

Seçimlər 2005, 2006,
2007-ci il təvəllüdlü uşaqlar arasında 15 mart 2016-cı il tarixində,
saat 15:00-da, Bayıl Arena stadionunda keçiriləcək.

Bu seçim
prosesi nəticəsində istedadlar qruplarında mövcud olan boş yerlərə
uşaqlar cəlb olunacaq. Seçimlərdə iştirak etmək üçün, http://manutd.az/muss/ keçidindən istifadə edərək qeydiyyatdan keçmək və
aşağıda göstərilən sənədlərlə yaş qrupuna uyğun olaraq qeyd olunan
tarixdə Bayıl stadionuna gəlmək lazımdır:

- Şəxsiyyəti təsdiq edən sənəd

- Sağlamlıq haqqında arayış



Seçim prosesi ilə bağlı suallar üçün üçün əlaqə vasitələri:

+994 55 511 33 03 – Ramin Həsənov [email protected]



Qeyd
edək ki, "Mançester Yunayted Futbol Məktəbi”ndə məşqlər İngiltərədən
ezam olunan məşqçi Mick Bennet və yerli məşqçi assistentlər- Cahangir
Həsənzadə və Samir Ələkbərov tərəfindən keçirilir. Məşqlərdən əvvəl
uşaqlara intensiv şəkildə həftədə iki dəfə İngilis dili dərsləri
keçirilməklə yanaşı, sürət testləri, yoldaşlıq oyunları da təşkil
olunur. Eyni zamanda, istedadlar qrupunun üzvləri "Mançester Yunayted”
tərəfindən forma və digər idman avadanlıqları ilə təmin olunurlar.
Hazırda "Mançester Yunayted Futbol Məktəbi”ndə 3 istedadlar və 2 ilkin
hazırlıq qrupu mövcuddur.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal
olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində
lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar
vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet
xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The
Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan
edilib.

1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin
80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə
satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri
Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti
göstərilir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!