Mənim toy günüm - zezema (31)

Mənim toy günüm - zezema (31)
Qadınlar.Co
10.09.2017 11
 :toy: ...Mənim Toy Günüm.. :toy:  layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın zezema-dı..

bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı,
əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın
cavablarını oxuyaq

 

Mənim toy günüm - zezema (31) 

 

Əvvəlcə hər kəsi salamlayıram. Boşanan və artıq
həyatını bitmiş, özünü tənha hiss edən xanımlara bir stimul olmaq üçün
öz ikinci evliliyim haqqında yazmaq istəyirəm.



1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

çox qəribə tanışlığımız olub. Bir il idi ki, boşanmışdım. Işləyirdim.
Qızıma da evimdə dayə baxırdı. Bir gün anam zəng vurudu ki, get makler
gələcək evi (mənimlə qonşu digər evimizi) göstər. Mən də pol yuyurdum.
çıxdım pis gündə)) Makler də iri, kök, hündür bir kişi idi. Yanındakı
adama heç fikir vermədim. Ancaq səsini eşidirdim. Dedi ev tikdirirəm 2
ay qalacağam. Razılaşdıq getdilər. 

üstündən xeyli vaxt keçdi, bir dəfə blokda rastlaşdıq, reski yanan
lampa var idi blokda, işıq yanan kimi bir birimizi gördük – mən
qışqırdım, o da qorxdu))) 

Qiş oldu, qar yağdı, buz tutudu Bakını. Işə gedirdim. Düşdüm həyətə
gördüm taksi yox, avtobus işləmir. Bir də gördüm bir xarici bahalı maşın
saxladı qarşımda. Gördüm içində həmin adam. Dedi : axtarmayın, belə
buzda maşın yoxdu. Mən sizin kirayəyəm tanımırsız? Dedim yox hardan
tanıyım. ( kirə pulunu mağazaya qoyurdu deyə uzunu tanımırdım) Mindim
maşına. Apardı məni səssiz-səmirsiz düz iş yerimə. Məəttəl qaldım ki, bu
mənim iş yerimi hardan tanıyır. Izləyirmiş məni sonra bildim. 

Aylar keçdi. Yay oldu. Yenə səhər işə gedirdim. Gördüm, ahhaaa yenə
saxladı düz yanımda. Salam! Salam! Dedi, gəlin aparım mən də o tərəfə
gedirəm. Dedim çox sağ olun, daha qar yağmayıb özüm gedirəm! Elə hirslə
sürdü getdi yanımdan Vızzz elədi))))) 

Neçə gün keçdi, qonşum gəldi, padruqam, dedi daha bezmişəm, al buna
cavab ver, əl çəkmir məndən. Kimə? Sənin kirayənə!)) Aldım nömrəsini,
dedim, ver özüm danışaram. (o yalnız mamamın və xalamın nömrəsini
bilirdi) Axşam danışdıq. Və yapışdıq bir-birimizə. )) Mənə görə bizdə
kirayə qaldığını dedi. Mənimlə qonşu olmağın dərdindən. 7 il əvvəl
boşandığınə və 1 qızı olduğunu bildim. Yaxşı işi evi filan… bildim ki,
mən ona nəyəsə görə lazım deyiləm.



2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

Görüşdük işdən sonra axşam. Belə də dedi : Mənim Başqa şeylərə
ehtiyacım yoxdur, gəzmək filan mənlik deyil!!! Mən səninlə evlənmək
istəyirəm. Sən mənimlə evlənməyə razısan? Dedim, yox. Mən bir də qələt
eliyərəm. Bir müddət görüşdük. Hər gün dalaşırdıq o deyirdi elçi mən
deyirdim yox. Axırı qaçdım getdim rayona – ata evimə, dedim axtarma
məni, qorxurdum. Elə mən ora çatan, xalam zəng elədi ki, (xalama
demişdim), ay qız sevgilin elçiliyə gəlir zəng edib ki, evi göstər mənə.
Həəə… axşam gəlib xalamı xalamın ərini götürüb gəliblər bizə! Mamam da
bildi. Dedi, səni tanıyıram, uşaq deyilsən, amma valideynlərin gəlsin!
Gəldilər düz 3 dəfə elçiliyə! Elçilikdə oturmağa yer yox idi 8 bacı
qardaş, bir ton adamla gəlirdi hər dəfə!



3. Neçə müddət nişanlı qaldınız?

Bir ay nşhanlı qaldıq. 



4. Toy hazırlıqları necə irəlilədi?

 çox şeyə ikimiz birlikdə hazırlaşdıq. əlbəttə annemlərin hazırlıqları başqa idi))) 



5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?

Bir ayda hər şeyi həll etdik. Məncə zamanımız hər şeyə çatdı.



6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

Toyda geyinəcəyim paltarı. Onun kostyumunu ikimiz bir yerdə aldıq.
Hətta xonçaları və səbətləri də ikimiz aldıq. Gəzirdik, seçirdik! çox
yaxşı idi))



7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

Yox kursa filan getmədik, mənim Şrekim rəqs edə bilmir! özüm ona sora öyrətdim 8 il rəqslə məşğul olmuşam)) 



8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

Hər ikimizin ikinci evliliyi olduğuna görə Toyumuz (böyük banket) bizim
həyətdə oldu. Hər bir şərait olduğundan da əlavə, istədim ki, hər kəs
görsün ki, bu qapıda toydu. Sabah heç kim deməsin ki, aaa bu qız nə vaxt
getdi kimə getdi. Zaqs da orda oldu. O da mənimlə razılaşdı. 



9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?

Fotoqraf var idi. Amma bilmirəm hardan tutub gətirmişdilər onu))) 



10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?

Yox eləməmişdik. Qaça-qaçda yada düşməyib!! 



11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?

Artıq ikinci evlilik idi deyə gəlinlik istəmədim. Amma yoldaşımın
valideyinləri istəyirdilər ki mən gəlinlik geyinim. Mənsə razi olmadım.
Nar çiçəyi rəngdə qəşəng uzun libas aldım. Al da yaraşır şal da yaraşır
)))) 



12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

Həəəə… az getdik düz getdik – çox yerə getdik! Axırı ki tapdım! 



13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Nişanlı olanda hər geyimimə bir mızdan, qulpdan tapırdı. Bəlkə 30-40
dənə paltar primerka elədim. Axırı xoşuna gəldi. Elə mənimdə xoşuma
gəldi. 



14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?

əvvəlcədən bilirdim saçım sadə topuz olacaq. 



15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

Saçım istədiyim kimi oldu. Makiyajı isə həmişəki kimi özüm elədim. Xoşum gəlmir salonda olunan makiyajdan, yaraşmır mənə. 



16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Yox özü aldı. Toy paltarını alanda özünə də kostyum özü aldı. 



17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

 Həəə))) onu elə gözləyirdim ki)) 21.04.2012



18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?

Birincisi o oldu ki, salonda pulumu oğurladı əli qurumuşun biri. Iki qat xərcə düşdüm)) 

Ikincisi də o oldu ki, qardaşımın köynəyi ütüsüz qalmışdı, qardaşım evə
gələndə oğlan evi qapıda idi, dedi, ay bacı, mənim köynəyim niyə
ütüsüzdü! Tez ütünü qoşdum dedim ver köynəyi, dedi, axı gəliblər
həyətdədilər! Dedim heç nə olmaz gözləyər!! ))) Tez ütülədim, geyindi! 

üçüncüsü də o oldu ki, həmin oğru demə qonaqların arasında imiş, bir
neçə qonağın sumkası mənim ayağımın altında gizlədilmişhdi toyda))))) 



19. Toy günü unutduğunuz bir şey oldumu?

Heç nə unutmamışhdım, hər şeyim üstümdə idi! 



20. Toyunuzun ən gözəl anı nə idi?

Yoldaşım gəlib mənə gülləri verəndə, üzüyü taxanda, zaqsımız kəsiləndə
çox həyəcanlanırdım. Elə bil birinci dəfə idi onu görürdüm! 



21. İlk rəqs parçanız hansı idi?

O rəqs eləməyi xoşlamır! Mən rəqs edirdim, onu da dartıb aparırdım özümlə)) Elə yalandan yellənirdi)))))) 



22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

Romantik deməzdim, amma belə bir şey olmuşdu. Artıq axşam idi.
Dağılışmaq vaxtı idi! Nənəm, rəhmətlik, dedi, ay bala, adamın çoxdu,
qonaqlarını apar, səhər biri gün gəlib apararsan qızı)) Dedi : Nənə,
drujba-drujboy, slujba-slujboy – Biz elə bu gün gedək! ))) 



23. Bir tərslik yaşandımı toy günü?

Yox tərslik olmadı. Sadəcə ikimiz də istəyirdik ki, qızım olsun toyda.
Sonra fikirləşdik ki, qızım balacadı 3 yaşı var, birdən başa düşməz!
Qorxar. Amma tanıyırdı qızım onu artıq. Indi deyir, Paxıllar bəs mən?
Mən niyə yoxam toyda?)) 



24.Ən çox nə vaxt həyəcanlandınız?

həm həyəcanlandım, həm pis oldum, mamam ağladı o mənə üzüyü taxanda. Bimədim sevinim ya… 



25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

Yox əlavə sürpriz filan yox idi. Sürpriz mənə yox ona olmuşdu – gələndə təkəri partlamiışdı yolda))) yarım saat gecikmişdilər! 



26. Bal ayınızı harada keçirdiniz?

 Bal ayımızı öz evimizdə keçirdik! Işinə görə heç yerə gedə bilmədik.
Hər axşam işdən sonar ora-bura gedirdik. Səhərlər bulvarı dəli kimi
qaçırdıq o başa bu başa. Mən hamilə oldum ikinci ay, qızımı da gətirdik,
bir aylıq anamın yanında idi. Ikinci ay olduq çocuklu)) Ammaaaa bal
ayımız hələ də davam edir! 



27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?

Artıq 4 ildir evliyik. 



28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?


Qadinlar.biz-in nişanlı, evliliyə hazırlaşan
xanımlarına sevib-sevilməyi arzu edirəm! Xüsusən də, boşanmış
xanımlarına ikinci evlilikdən qorxmamalarını tövsiyə edirəm. Sadəcə
düzgün insanı ayırd edə bilsinlər! Biz artıq pisi görmüşük. Yaxşını da
tez başa düşə bilərik! Hər zaman özünüzə, və öz xoşbəxtliyinizə inanın!
Hər şey öz əlinizdədir! Xoşbəxt olun! Amin!

 

Mənim toy günüm - zezema (31)

 

Ay
canım, dilərəm çox amma çox xoşbəxt olarsan... arzuladığın və xəyal
etdiyin hər şeyi Tanrım sevdiyin və balalarınla yaşamağı nəsib etsin...
amin...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!