Novruzda yaşadıqlarım - lale.veliyeva19 (8)

Novruzda yaşadıqlarım - lale.veliyeva19 (8)
Qadınlar.Co
10.09.2017 12

Gözəl
bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir.
:ponpon: Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan
yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı
adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və
s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun.
Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi 
bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz
var.
 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün
keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir
layihə hazırlamaq fikrinə gəldim. :komp: ,,Novruzda
yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında
yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  
 
 Baxın görün Novruzda gülməli və maraqlı
hadisələr yaşayan hansı bacımız bu dəfəki qonağımdı...

Novruzda yaşadıqlarım - lale.veliyeva19 (8)  lale.veliyeva19  Novruzda yaşadıqlarım - lale.veliyeva19 (8)

  

Axır çərşənbədə həyətə tonqaldan tullanmağa düşdüm.
Hamı həyətdə idi, dostlarımın hamısı tullandı axıra mən qaldım. Mənim də
o vaxt 10 yaşım olardı, nəysə qaça qaça gəldim birdən necə oldusa
ayağım daşa ilişdi, düz tonqalın içinə düşdüm. :122: Ən sevdiyim
paltarım tonqalda yandı, amma özümə heç nə olmadı, məni tez çıxartdılar.
Bundan sonra heç vaxt tonqaldan tullanmadım.

Sonra aradan bir neçə il keçdi yenə bayram gəldi.
Mən papaq atmağa düşdüm. Qızlarla gəldik qonşumuzun qapısına. Qapını
döydük heç kim çıxmadı. Nə qədər döydüksə, axırda ev yiyəsi bezdi açdı
qapını. Biz də tez qaçdıq, papaqların içindən bir dənəsini, mənimkini
götürdü. Mən də həvəslə durub gözləyirəm ki, indi qəşəng şeylər
qoyacaqlar. Nəysə qapı açıldı, papağı qoydu yerə. Tez getdim papağın
yanına. Bir də gördüm ki, papağın içinə dovğa qoyublar :122: Qızlarla
ölmüşük gülməkdən. Odu budu bir də papaq atdıya düşmürəm.

Bu da mənim Novruz xatirələrim. Çox sağ ol lahiyəndə mənə də yer verdiyin üçün. :heart:
 
 

Novruzda yaşadıqlarım - lale.veliyeva19 (8)     Novruzda yaşadıqlarım - lale.veliyeva19 (8)     Novruzda yaşadıqlarım - lale.veliyeva19 (8)

 

Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!