Qadınlar.Biz-li xanımların elçilik günü - arzum-aysum (6)

Qadınlar.Biz-li xanımların elçilik günü - arzum-aysum (6)
Qadınlar.Co
10.09.2017 5
Salam saytımızın şirin şəkər qızları. :03: Sizlər üçün yep yeni
bir layihə hazırlamaq fikrinə gəldim :girl_in_love: Layihəm qızların
həyatının ən həyacanlı günü olan elçilik günüdür layihəmin qonağı isə arzum-aysum nikidir  :11: :11:

həə, sevimli bacılarım, bu bahar ətirli, Novruz təravətli gözəl
gündə hər birinizi xoş gördük. Bu görüşə vəsilə olduğu üçün qonaqa
bacıma xüsusi təşəkkür edirəm.



Deyirəm burda virtual da olsa, bir
birimizə o qədər yaxın olmuşuqki, doğum günündən tutmuş ən özəl
günlərimizə qədər bilirik. Bilmədiklərimizi də, qızlar sağ olsun,
maraqlı layihələri vasitəsilə öyrənirik. Artıq 2 ildən çoxdur ki, saytda
qeydiyyatdan keçmişəm və demək olar ki, bu günə qədər yayımlanan bütün
layihələrdə iştirak etmişəm. Buna görə də artıq çoxunuz bidənəmin xalam
oğlu olduğunu, bizim dillərə dastan sevgi hekayəmizi bilirsiniz. Onu da
bilirsiniz ki, biz qovuşmaq üçün nə qədər çox əzablar çəkmişik, nə qədər
göz yaşları axıtmışıq. Başladığımız yol, birgə addımlamağa qərar
verdiyimiz yol çox enişli-yoxuşlu oldu, çox maneələr aşmaq
məcburiyyətində qaldıq. Amma sonunda biz, bizim saf sevgimiz qalib
gəldi. Hər şeyə və hər kəsə rəğmən sevgimiz qələbə çaldı. Bilirəm
mətləbə keçənə qədər yazım uzun oldu, amma içimdən gələnləri yazmaq
istədim. Uzun uzadı bu girişimin ardından qayıdıram lap əvvələ,hər kəsə
qarşı tək qalan sevgimizə görə mübarizəyə başladığımız o günə.

Soyuq və qarlı fevral günü idi. Artıq beş ay idi ki, biz bir yerdə idik.
Sevirdik və xoşbəxt idik... Önümüzə çıxacaq maneələrdən xəbərsiz... Bir
gün atamın əmisi qızı bizə zəng edib bir qohumumuzun bizə elçi gəlmək
istədiyini dedi. Mən o zamanlar böyük bir tibb idarəsində kadrlar
müfəttişi işləyirdim. Bunlar da neçə dəfə işə düzəlmək adı ilə gəlibMənə
baxıblar, nəsə elçi gəlmək qərarına gəliblər. Anam bu məsələni mənə
deyəndə dünya başıma yıxıldı. Həm atamın qohumu, həm də çox imkanlı yer.
Yüz faiz bilirəm ki, gəlsələr atam verəcək. Oğlanın əmisi adın
deməyəcəm o vaxt nazirlərdən biri idi, özü gömrükdə işləyirdi. Həm də
mədəni, tərbiyəli ailə. Kim qızını belə yerə vermək istəməz ki. Mənim
bidənəm də şofer oğlu, oxumayıb, özü də rayonda qalırlar. Yəni
anlayacağınız işimiz çoxxx çətindi. Tez bidənəmə zəng eliyib məsələ nə
yerdədir dedim. Üstündən heç iki saat keçməmişdi baxdım xalam gəldi.
Bidənəm yazıq zəng eliyib ki, bəs qıza sabah elçi gələcək durma gəl.
Atam evdə yox idi, xalam nə qədər gözlədi gördü hələ gəlmir anama hər
şeyi danışıb getdi. Atam gec gəldi evə, anam məsələni açıb danışanda
atam əvvəlcə dinmədi. Bircə kəlimə dedi ki, nə qədər olmasa xalasıdı,
yəqin qıza yaxşı baxar. Amma hələ birinci elçidən xəbəri yoxdur. Anama
demişdim ki, onlara yox de, de ki, qız istəmir heç gəlməsinlər. Anam
atamla danışıb gəldi otağa, dedi ki, o biri elçi məsələsini atandan
gizləyə bilmərik. Öz qohumlarıdı, sabah bir gün kimdənsə eşidəcək, onda
di gəl. Nə qədər yalvardım anam məni eşitmədi. Açıb hər şeyi atama
danışdı. Bu məsələ evdə bir müddət belə qaldı. Amma mən əmim qızı ilə bu
biri elçilərə söz göndərmişdim ki, gəlməsinlər, mənim öz istədiyim var.


Bi xeyli vaxtdan sonra, indiki kimi yadımdadır, aprelin ikisi idi. Xalam
yoldaşı ilə gəldi bizə. Söz açdılar, atam Nuh dedi peyğəmbər demədi,
olmaz vəssalam.Xalamgil dilxor çıxıb getdilər. Bidənəm də fikirdən dəli
olub daha. Bir iki gün keçəndən sonra, böyük dayımı da götürüb yenə
gəldilər. Dayım söhbəti açmaq istəyirdi ki, atam söhbəti bağlayıb, bir
də bu məsələ ilə bağlı gəlməmələrini dedi. İnanın həmin an ürəyim
dayanacaq sandım. Bütün dünyam alt üst oldu. Xəyallarım, arzularım
darmadağın oldu.

Hamı bidənəmin üstünə düşüb, ayrılın deyib. Bir daha bura
gəlməyəcəklərini, ancaq atam razı olarsa nişan gətirəcəklərini deyib.
Bidənəm Aləmi dağıdırmış, əsəbdən ağlayırmış. Hamı indi bunu deyib
bidənəmi ələ salır. Amma mən bu cür sevildiyimə görə çox xoşbəxt idim.
Bidənəm qaçaq dedi, razı olmadım. Atamı yerə vurub heç hara gedə
bilməzdim. Nə qədər sevsəm də, xəyalım ağ gəlinliklə çıxmaq idi atamın
evindən. O məni çırağın başına fırladacaq, xeyir dua verəcək. Bunlar
olmadan mən necə xoşbəxt ola bilərdim. Bidənəm qaçmaq söhbətini hər
açdıqca mən fırladırdım. Bir az da dözüb səbr edək deyirdim. 8 ay Göz
yaşlarımız axsa da, hər günümüz əzab və həsrət içində keçsə də dözdük,
sevgimiz üçün, bu günümüz üçün... Sonda çəkdiyimiz əzablar böyük bir
xoşbəxtlik olaraq özümüzə geri qayıtdı. Atamı bibim yola gətirdi, daha
elçilik olmadı, nişan oldu və nişan üzüklərimiz böyüklərimin xeyir duası
ilə bizi ömür boyu xoşbəxt etmək üçün barmaqlarımıza taxıldı.

Əzizlərim, bilirəm çox uzun oldu, amma nə qədər qısaldıram alınmır ümid edirəm ki, heç olmasa maraqla oxuduz.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!