“Bakcell”in yeni Klass tarifləri ilə Whatsapp-a pulsuz çıxış və 3 dəfədən çox...

“Bakcell”in yeni Klass tarifləri ilə Whatsapp-a pulsuz çıxış və 3 dəfədən çox...
Qadınlar.Co
10.09.2017 9
"Bakcell”in yeni Klass tarifləri ilə Whatsapp-a pulsuz çıxış və 3 dəfədən çox internet trafiki

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti yeni Klass tariflərini istifadəyə verməklə, mobil
internetdən istədikləri qədər istifadə etmək üçün öz abunəçilərinə daha
çox mobil internet trafikini böyük məmnuniyyətlə təqdim edir. Bununla
yanaşı abunəçilər təqdim olunan bu beş yeni tarif sayəsində səs
xidmətlərindən istifadə edərkən vəsaitlərinə qənaət etmək və ünsiyyət
qurmaq üçün əlavə imkanlar əldə edəcəklər.



Bu yeni tariflərə qoşulan bütün abunəçilər Whatsapp tətbiqinə pulsuz qoşulmaq imkanına da malik olacaqlar.



Bu beş sərfəli Klass tarifinin hər birinin üstünlükləri aşağıdakı cədvəldə göstərilib:







"Biz öz müştərilərimizin sadiqliyini həmişə yüksək qiymətləndirir və
yeni məhsullar yaradarkən daim onların maraqlarını nəzərə almağa
çalışmışıq ki, onların gözləntilərini doğrulda bilək. Müştəri davranışı
göstəricilərinin müşahidəsi göstərir ki, data xidmətlərinə olan tələbat
getdikcə artmaqdadır. Bu faktı nəzərə alaraq, biz eyni aylıq ödənişin
müqabilində 3 dəfə artıq internet trafikini təqdim etməyə qərar verdik.
Müştərilərimizə Azərbaycanda bütün şəbəkələrə pulsuz zəng vurmaq
imkanının verilməsi də ünsiyyət prosesini onlar üçün daha münasib və
asan etmək üçün gördüyümüz səylərin nəticəsidir. Biz inanırıq ki, hər
bir Bakcell abunəçisi ay ərzində istifadə etdiyi həcmə daha uyğun olan
ən sərfəli tarifi asanlıqla tapa biləcək”, deyə Bakcell şirkətinin baş
marketinq direktoru Maria Toyçeva bildirib. "Müştərilərimiz üçün daha
bir xoş xəbər Whatsapp tətbiqinə pulsuz mobil çıxış imkanıdır. Artıq hər
bir Klass abunəçisi ödədiyi aylıq tarif haqqından asılı olmayaraq mobil
internet üçün pul ödəməyərək Whatsapp üzərindən ünsiyyətdə olmaq
imkanına malik olacaq. Müştərilərimizi daim ən sərfəli qiymətlər və ən
üstün keyfiyyətli şəbəkə

ilə təmin etmək üçün səylərimizi gələcəkdə də davam etdirəcəyik”, deyə xanım Toyçeva əlavə edib.



5 yeni Klass tarifi haqqında daha ətraflı məlumat üçün bu səhifəyə daxil ola bilərsiniz: http://www.bakcell.com/klass/az/klass



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti
göstərir.



5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti
öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən
yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in
3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin
93%-ni əhatə edir.



Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək
üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və
ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.



Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!