Mənim sevdiyim mahnım - lale.veliyeva19 (17)

Mənim sevdiyim mahnım - lale.veliyeva19 (17)
Qadınlar.Co
10.09.2017 26
Qadınlar.biz xanımlarının hər birini salamlayıram.Sizə ilk layihəmlə qonaq gəlmişəm inşaALLAH bəyənərsiz. Layihəmin adi "Mənim Sevdiyim Mahnım"dır.Bu
layihəni yaratmaqda məqsədim xanımlarmızın ən sevdiyi mahnısıyla bağlı
hər hansı bir xatirəsi varmı kiməsə xitab edirlərmi, maraqlı bir layihə
olacağına inanaraq təbii ki, sizlərin köməkliyi ilə yaratmaq qərarına
gəldim.Layihənin bu dəfəki qonağı lale.veliyeva19 -dır.Layihə də iştirak etdiyi üçün təşəkkürümü bildirirəm.

 
 

Çox sağol canım mənim.Mənim sevdiyim mahnı çoxdur,amma həyatımı,hislərimi ifadə edən mahnı bir dənədi.Bu mahnı "onunla"  mənim mahnımdı  .İlk
dəfə onu tanıyanda eşitmişdim.Ramal İsrafilov-"mən səni bu qədər
sevməməliydim" Bu günə qədər çox mahnı eşitmişəm,bu mahnını heç yanda
eşitməmişəm.Özümdən asılı olmayaraq bu mahnı çalanda üzümə gülücüklər
gəlir  Deməli mahnı belədi:



Mən səni bu qədər sevməməliydim,

Bilirdim cəzası ağır olacaq.

Mən səni bu qədər sevməməliydim,

Bilirdim bu sevgi çox ağladacaq.



Mən səni bu qədər sevməməliydim,

Sevgin qənim oldu,mənə-qəlbimə.

Mən səni bu qədər sevməməliydim,

Ağrısı tuşlandı yenə qəlbimə



Mən səni bu qədər sevməməliydim,

Göylərdə qısaqandı,yerlərdə,inan.

Bilirdim alacaq,qəddardır həyat

Bilirdim qəlbimi qoyacaq viran



Bilirdim bu dünya əzəldən budur,

Səni də alacaq taleh əlimdən.

Səni başqaları oxşayacaqdır,

Mən dəli olanda xatirələrdən.



Mən səni bu qədər sevməməliydim,

Sevgin qənim oldu mənə-qəlbimə

Mən səni bu qədər sevməməliydim

Ağrısı tuşlandı qəlbimə.



Və bu qədər oxuduğunuz üçün təşəkkürlərrrr
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!