Novruzda yaşadıqlarım - VIP (12)

Novruzda yaşadıqlarım - VIP (12)
Qadınlar.Co
10.09.2017 10
Gözəl
bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir.
:ponpon: Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan
yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı
adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və
s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun.
Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi 
bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz
var.
 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün
keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir
layihə hazırlamaq fikrinə gəldim. :komp: ,,Novruzda
yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında
yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  
 
 Baxın görün Novruzda gülməli və maraqlı
hadisələr yaşayan hansı bacımız bu dəfəki qonağımdı...
 

Novruzda yaşadıqlarım - VIP (12) VIP  Novruzda yaşadıqlarım - VIP (12) 

 

Saytdan istifadə edən bacıları salamlayıram. Türkan bacı sizə də təşəkkür edirəm. Mənə də bu layihədə yer vermisiniz.

Keçim novruzda başıma gələn hadisəyə, elə şıltag
uşag olmamışam. Bacılarım getdilər tonqal hazırlamağa, mən də getdim.
Onlar tonqalı yandırdılar  :ates: Hər kəs ocağın üstündən tullandı.
Mənə növbə gəldi. Elə tullandım ki, ağzı üstə yıxıldım yerə, yerdə də
bir az torpağa batmış çubuq var idi. O da batdı gözümün altına,
ağlayıram qorxaq idim :uzulen: . Bu novruzum belə keçdi. 

Gəlin gələndən sonra da başıma novruz vaxtı hadisə
gəlib. Baldızım məndən dörd yaş balacadır. Onun o zaman 13 yaşı vardı.
Mənə dedi ki, gedək qulaq asdıya, mən də uşaglıg edib qoşuldum
baldızıma, getdik yoldaşımın əmisi gilə, bu vaxt gördük ki, əmi
oğlanları bayramlaşmaga gəlir. Səslərini eşidən kimi qaçıb girdik
həyətmizdəki ayagyoluna, gördüy səs kəsildi. Elə biz ayagyolundan
çıxırdıq ki, gedək evə, qulag asdı lazım deyil. Əmi oğlanları girdilər
bizim həyətə, onlar bizdən biz də onlardan qorxduq. Hələ də o hadisə
yadıma düşəndə :blush_mini: utanıram.

Bax belə bu da başıma gələn hadisələr... Sağ olun..

  

Novruzda yaşadıqlarım - VIP (12)    Novruzda yaşadıqlarım - VIP (12)    Novruzda yaşadıqlarım - VIP (12)

 

Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri
bol olsun .... AMİN!...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!