Bu gün İlaxır çərşənbədir... qızlar bu gün etdiyim falları oxumaq istəyiriz?....

Bu gün İlaxır çərşənbədir... qızlar bu gün etdiyim falları oxumaq istəyiriz?....
Qadınlar.Co
10.09.2017 11
Mənim gözəl,
şirin, şəkər bacılarım... :11: bu ilaxır çərşənbə günü sizləri xoş  gördük...
ilk öncə onu qeyd edim ki, bu gözəl, ən sevdiyim bayramı burda sizlərlə birgə
keçirmək məni dəhşət dərəcədə çox xoşbəxt edir... :ponpon: mən bura o qədər öyrəşmişəm
ki, sizləri o qədər çox sevirəm ki, nəsə əlamətdar bir gün olnada ilk öncə
saytımızı, sizləri düşünürəm ki, mütləq təbrik etməliyəm...

 
Artıq hər
kəs bu gözəl ilaxır çərşənbəni qeyd etməyə başlayıb yəqin ki... :127: hətta bir
çoxlarınızın evində bəlkə də dünəndən hazırlıqlar başlayıb düşünürəm... biz
tərəflərdə axır çərşənbə Bayram ədər təmtəraqlı və sevinclə keçirilir... :dancing: hətta
deyərdim ki, bayramdan çox bu gün daha əziz gün hesab edilir... niyə?... çünki
bu gün bütün qohumlar bir birini ziyarət edir, bayramlaşır... qonşular , yaxın
yaşayan qohumlar bir birinə bayram payı ilə dolu xonçalar gondərir... məhz bu
gün Novruzun ən gözəl adətlərindən olan papaq atdı olur... yenə bu gün gənc
qızlar yığışıb fala baxırlar... :cadu: niyyət edirlər... yəni anlayaçağınız bayramın
ən gözəl adət-ənənələri elə bu gün yerinə yetirilir...
 



Deməli hər kəs bilir ki, bu gün çoxxxx dadlı və ləzzətli paxlavalar,
şəkərburalar, qoğallar, badamburalar, şəkərparələr, mutakilər, İrəvan və
Qarabağ kətələri, hər yerin özünə xas Novruz şirniyyatları ilə xonçalar tutulub
süfrələri bəzəyəcək... Səməni belində qırmızı lent Novruz süfrəmizin tacı
olacaq... yumurtalar boyanacaq... plovlar, salatlar, dadlı yeməklər də öz
yerində... şər qarışan vaxtı tonqallar qalanacaq, :ates: böyükdən kiçiyə hər kəs bu
tonqalların ətrafında bayramlaşıb ağırlığım uğurluğum deyib tonqaldan
tullanacaq... boyanmış yumurtalar döyüşdürüləcək... və daha nələr nələrrrr....
 
Bütün bunları etmək Novruzun gözəlliyidir... :girl_in_love: Novruzun özəlliyidir...
 
Bundan əvvəlki çərşənbələrdə  :komp: hazırladığım xəbərlərdən fərqli olaraq bu
çərşənbə ilə bağlı xəbərimdə keçmişdə yerinə yetirilən adətlərdən, deyil də
məhz bu zəmanəmizə qədər qorunub saxlanılan və etməkdən zövq aldığımız
adətlərdən yazacam sizə... Mən sizə gənc qızların heç olmasa ömürlərində bir
dəfə də olsa həvəslə və maraqla yerinə yetirdikləri Novruz fallarından,  :cadu:
özü də şəxsən özüm baxdığım fallardan, onarın nəticələrindən danışım... 
 
Bu gün İlaxır çərşənbədir... qızlar bu gün etdiyim falları oxumaq istəyiriz?....

 
Deməli başlayım ilk dəfə Novruz falı etdiyim gündən... 11ci sinifdə
oxuyurdum... yəni artıq məktəbi bitirməyimə və universitetə imtahan verməyimə
çox az bir zaman qalmışdı... Axır çərşənbə günü qaş qaralan kimi qulaq falına
çıxmaq qərarına gəldim... :kovulan: ürəyimdə niyyət tutdum ki, bu il universitetə qəbul
olacam?... və getdim qonşunun qapısına... evlərində çoxlu qonaq var idi və görünür
əvvəlcədən nə barədəsə danışırdılar.... elə qapıya yaxınlaşan kimi gördüm
qonşumuz deyir ki, Allah qoysa inşallah...  :melek: inanin sevincdən göydə uçurdum... bu
sözü, uca Allahın adını eşitmək məni sakitləşdirdi, və bildim ki, inşallah
qəbul olacağam... 
 
 Bu gün İlaxır çərşənbədir... qızlar bu gün etdiyim falları oxumaq istəyiriz?....





amma rahat durmadım... həmin
gün bir fala da baxdım... :cadu: deməli bu fal necədi... yenə universitetə qəbulu
ürəyimdə niyyət etdim və boş, həm də bir birindən fərqli üş stəkan götürdüm...
verdim adət görməmiş ( yəni mensturasiya olmamış qız)  :miwka: balaca bacıma.... stəkanlardan
birini doldurub gətirməli idi... seçdiyim stəkan dolu gəlsə idi niyyətim yerinə
yetəcək... əgər yox boş gəlsə idi demək ki, niyyətim yerinə yetməyəcəkdi...
həyəcanla gözləyirəm ki, hansını dolduracaq... ahaaaa... gəldi vəəəəəə gördüm
ki, mən ürəyimdə tutduğum stəkanı doldurub... :dua:  və beləliklə həmin il Allahımın
köməyi ilə universitetə qəbul oldum...
 
Bu gün İlaxır çərşənbədir... qızlar bu gün etdiyim falları oxumaq istəyiriz?....

 
Sonra
universitetin 1ci kursunda oxuyuram, 17 yaşım var... məndən bir yaş böyük bacım
və 24 yaşlı qonşu qız buğda falına baxmaq qərarına gəldik... tavanı qoyduq
ocağın üstünə qəşəngcə qızdı... sonra hərəmizin adına bir buğda qoyduq .... nə
olsa yaxşıdı... qonşu qızın buğdası qoyan kimi hara uçdu bilmədik... bacımın
buğdası yerində başladı tullanmağa, hərlənməyə... ya mənim buğdam.... qaldı
dəmirin üstündə yandı... yandııııı kül oldu... :hh: yəqin başa düşdüz falın
nəticəsini... həmin qonşu qız elə həmin il gəlin köçdü, :toy: bacım həmin il
nişanlandı... :urek: və  mənnnnnnnnnnn.... buğdam kimi
qaldım yerimdə...  :ciyy: düz onlardan on il sonar gəlin köçdüm...  :122:
 
Bu gün İlaxır çərşənbədir... qızlar bu gün etdiyim falları oxumaq istəyiriz?....
 
 

Sonra artıq
aradan xeyli bayram keçmişdi... yenə qulaq falına çıxım dedim... hardasa 24 -
25 yaşımda olardım... hələ sevdiyim falan , ürəyimə yatan biri yoxdu... niyyət
elədim ki, bu il ailə quracam ya yox...  :toy: təbii ki, gənc qızların çoxunun
bayramda qulaq falına çıxarkən etdiyi niyyət... :bookiz: getdim bir qonşunun qapısında
dayandım... bunlarda da qonaq var idi... yenə nədən söhbət gedirdi bilmirəm, bu
söhbətdən mənim eşitdiyim o oldu ki, bu hardadı, gəlməyib... :girl_cray: yəni anlayacağınız
həmin il həyatımda heç bir dəyişiklik olmadı... iş... ev... iş... ev....  :hahahah:
 
Bu gün İlaxır çərşənbədir... qızlar bu gün etdiyim falları oxumaq istəyiriz?....
 
Vəəəə yenə aradan bir iki il keçib... həyatımda bidənəm var... sevirəm ... sevilirəm...
amma layihədən də oxuduğunuz qədəri ilə məni vermirlər.... kefim yoxdu...
həvəsim yoxdu heç nəyə... :hmmm:   baxdım bacılarım fala baxır... mən də təzə Novruz
falı öyrənmişdim... şam ilə, dedim gəlin baxaq... deməli bir kasa götürüb su
ilə doldurursan və təzə işlənməmiş bir şam götürürsən... şamı yandırıb başı
aşağı suya tutursan, şam yanıb əridikcə suya tökülür və tökülən damcılardan
hərif yazılır... etdim və nəticəsi sizcə necə oldu.... :zquestion: bidənəmin baş hərfi
çıxdı suyun üzündə,... kocmannnnnn bir R... fikirləşdim ki, inşallah Allahımın
köməyi   :ltfen: ilə gələcək yoldaşım bidənəm olacaq...
 
Bu gün İlaxır çərşənbədir... qızlar bu gün etdiyim falları oxumaq istəyiriz?.... 
 
Vəəə ən son
etdiyim Novruz falı... artıq nişanlı idim... amma hələ toyumuz olmamışdı...
amma toy tarıxımiz artıq bəlli idi... apreldə inşallah bidənəmlə
qovuşacaqdıq... :mucux: çərşənbə günü dedim bir ayaqqabı falına baxım... sağ ayaqqabımı
çıxarıb arxası qapıya tərəf durdum və başımın üstündən tulladım... çönüb gördüm
ki, nəəəə... ayaqqabım pilləkənin birinci pilləsində ağzı yola düşüb... dedim
həəəəə.... demək bu fal da doğrudu...
 
Bu gün İlaxır çərşənbədir... qızlar bu gün etdiyim falları oxumaq istəyiriz?.... 
 
Həəə... bax belə qızlar... bu da mənim çərşənbələrdə etdiyim fallar... siz də edin... çox marqalı olur...

 


sonda, əziz bacılarım, hər birinizin bayramını təbrik edirəm... İlaxır
çərşənbəniz mübarək! Qoy bu bahar gəlişi ilə evlərinizə bol ruzi
bərəkət, sevinc və xoşbəxtlik gətirsin. Can sağlığı, sevgi və səadət
gətirsin... bütün arzularınız gerçək olsun.... Tanrı hər şeyin ən
gözəlini sizlərə nəsib etsin... amin... öpürəm hamınzı...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!