Qadınlar.Biz'li xanımların sevimli şeiri - Azəri Ledi (33)

Qadınlar.Biz'li xanımların sevimli şeiri - Azəri Ledi (33)
Qadınlar.Co
10.09.2017 11
Salam Qadınlar.biz-in sevimll.şip-şirin.nazlı. qızları .Sizə yeni (daha doğrusu) ilk lahiyəmi təqdim edirəm. 

Bu günkü qonagım   Azəri_Ledi   nikli usərimizdir 

 

Diz çöküb qarşında dua edirəm.

Ucalardan uca bilirəm səni.

Saxla öz yanında ruhumu,Allah,

Bir də bu dünyaya gətirmə məni.



Sirli röyalarım dağılacaqsa,

Arzum gözlərimdə boğulacaqsa,

Əzabım mənimlə doğulacaqsa,

Bir də bu dünyaya gətirmə məni



Namərdi mərdinən cox olacaqsa,

Alim ac, gəddarlar tox olacaqsa.

Yaranmışlar bir gün yox olacaqsa

Bir də bu dünyaya gətirmə məni



Bu yalan dünyanın tərs aynası var,

Sevincə bənzəyən cox bəlası var

Təkrar görməyimin nə mənası var?

Bir də bu dünyaya gətirmə məni



Gördüm bu dünyanı,quru qəfəsdir,

Sən bizə verdiyin ibrətli dərsdir.

Bir dəfə peşman olmuşam,Bəsdir!

Bir də bu dünyaya gətirmə məni...

N.Kəsəmənli
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!