Mənim toy günüm - Aysun2014 (32)

Mənim toy günüm - Aysun2014 (32)
Qadınlar.Co
10.09.2017 18
:toy: ..Mənim Toy Günüm...  :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın  Aysun2014-dı..[/b]

[b]

bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə
bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın
cavablarını oxuyaq

 
Mənim toy günüm - Aysun2014 (32) 
 

Salam canım. çox sağ ol ki, layihəndə mənə yer  ayırdın, təşəkkür bildirirəm, keçək əsas məsələyə , amma çoox xahiş edirəm canım bacılarım, oxuyanda məni qınamasınlar


1. Canım mənim,
ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

bu sirri heç  kimə açmasam da qadinlar.biz xanımlarından gizlətməyəcəm, biz internetdə tanış  olmuşuq, saytların birində təsadüfən hər hansı bir xəbərə şərh yazarkən dəqiq yadımdadı, xəbər də vətənpərvərliyə aid idi, və bir az mübahisə etdik (elə belə) və sonra dost olduq ve dostluğun axırı da belə

2.
Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

Dediyim
kimi biz dost idik deyə hiss edirdm ki, mənə qarşı sevgi hissi də var, bəli bir
iki dəfə  gəldi  iş yerimə (amma mən rayonda yaşayırdım işləyirdim,
o isə burda bakıda ) dost kimi və  elə
orda da evlənmə təklif etdi ,  sonra
elçilərini göndərdi
 
3. Neçə
müddət nişanlı qaldınız?

Canım biz
nişanlı olmadıq, elçiləri gəldi,  atam
bir az narazı idi, təbii ki, birincidən verməyəcəkdi,  onlar getdi,  1 həftə sonra yenə  gəldlər  və  hazırlıqlı
gəlmişdilər,  üzüy,  şirniyatlar, eh atam yenə  vermədi, necə deyərlər qız  evi naz evi,  sonra qaynanam dedi ki, üzük gətirmişəm geri
qaytarmaram versən də verməsən də üzük  qalacaq, nə isə qaldı getdlər.  bir az keçdi atam qəti şəkildə dedi ki, vermərrəm
vəssalam e, gəlin üzüyünüzü  aparın,  nə aparmaq, hərə  bir yandan dedlər ayıbdı eləmə  etmə,  atam dedi yox ee nuh dedi peyğəmbər demədi,  gəlin aparınn e,  aparmaq ee ağlamaqdan bir təhər olmuşdum, həqiqətən
də dəli kimi sevirdik bir birimzi, həyatım dedi gəl qacırım dedim yoo olmaz,
xeyli vaxt belə yubandıq,  amma atam dediyini tutmuşdu ki,  vso amma arada qaynanam gəlib gedirdi, aparmırdı
ki, bəlkə  yola gələ,  nəsə gördük ki,  yox atam dönən deyil,
həyatım dedi da belə şey olmaz, gəl qaçaq mən də razılaşdım,  başqa çıxış yolu yox idi,  atam onlara vaxt qoymuşdu ki,  gəlin üzüyü aparın, üzükdən əvvəl özüm getdim:-):-):-):-)

4. Toy
hazırlıqları necə irəlilədi?

Qaçdığıma
görə təkcə oğlan toyu olub, şükür Allaha yaxşı oldu hazırlıqlar, qaçandan bir
ay sonra toyum oldu
 
5.
Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var
idimi?

Bəli,


6. Bütün
hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

Toy dəvətnamələrini
özüm yazmağım və gəlin otagının bəzənməsində özüm iştrak etməyim (təbii  ki, mama cer cehiz göndərmişdi və xalamgil bəzəməyə
gəlmişidlər)

7. İndi dəb
halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

Xeyr 

8. Adını
çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

Qaynatamgil
bəyənmişdi
 

9. Toy
fotoşəkillərinizi kimə çəkdirdiniz?

Restoranın
fotoqrafı  vardı

10. Toy
günündən əvvəl fotosessiya etdirmişdiniz?

Elədə yox

11. Bilirəm
ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə
sahib ola bildinizmi?

Bəli
 
12. Gəlinlik
axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

Yox, elə də çətin olmadı,  qaynanamla getmişdik tez tapdıq

13. Bəs
nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Bəli,  dedi elə də açıq saçıq olmasın

14. Əvvəlcədən
gəlin saçı və makiyajı seçmişdiniz?

Demək olar ki, xeyr,  salonda qərar verdim

15. Saçınız
və makiyajınız ürəyiniz istəyən kimi idimi?

Xeyr

16. Biz tərəflərdə
belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Yox,  bizdə o adət yoxdu, bəylik səbəti hazırlayırlar,  mama da hazırlayıb göndərmişdi

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin
ki, ömür boyu unutmarsınız...

əlbət ki o günü unutmaq olarrr  - 29.07.2011

18. Toy
günü başınıza gələn komik bir hadisə oldumu?

Bəli oldu,  salondan çıxanda dalımca göndərməyə maşın tapılmadı,  biz də taksi tapıb gəldik padruqamla, qalmışdıq salonda

19. Toy
günü unutduğunuz bir şey oldumu?

Bəli, həyacandan duvağı üzümə örtməyi  yaddan çıxmışdı,  bəy gəlib gülü  verəndə  gəlinimiz duvağı örtdü :-):-):-)


20
Toyunuzun ən gözəl anı nə idi?

Ilk rəqsimiz

21. İlk rəqs
parçanız hansı idi?

Mətaneə isgəndərlinin mahnısıydı,  amma yadımda deyil hansı

22.
Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

...

23. Bir tərslik
yaşandımı toy günü?

çoxx şükür ki, xeyr

24.Ən çox nə
vaxt həyəcanlandınız?

Qohumlarım , atamgil hamısı birdən çıxıb gedəndə özümü çox tək hiss elədim

25. Toy
üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

Bəli,  atamgilin toya gəlməyi böyük bir sürpriz idi, axı demişdi gəlməyəcik

26. Bal
ayınızı harada keçirdiniz?

Xeyr,  bal ayımız olmayıb, yoldaşımın işilə əlaqədar

27. Artıq nə
qədər vaxtdır ki, evlisiniz?

Artıq beş il olacaq




28.
Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?

Sevib evlənsinlər, sevgilərinin qədrini bilsinlər və mübarizə aparmğı bacarsınlar
 
Inanıram ki,  maraqlı olar yormaram sizi
 
Mənim toy günüm - Aysun2014 (32)

 
Canım mənim,
Allah sizi o qədər xoşbəxt eləsin ki, heç bir zaman heç kəsin yanında dili gödək
olmayasız, sevginiz və səadətiniz hər kəsə nümunə olsun inşallah... öpürəm....
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!