Qadınlar.biz'in bayram təbrikləri (1. hissə)

Qadınlar.biz'in bayram təbrikləri (1. hissə)
Qadınlar.Co
10.09.2017 27
Salam əziz Qadınlar.bizin şirin şəkər userləri. Bu dəfə ki xəbərimdə sizlərə Qadınlar.biz bacılarımın təbriklərini; Bu gözəl bayramda ən çox nəyi arzuladıqlarını öyrənəcəyik;    bizə arzularını təbriklərini   biləcəksiz.  Buyurun başlayaq. 

 

           




 

arzum-aysum 

 

 ay mənim əzizlərim, canım bacılarım, sevdiyim bayramı sevdiyim saytımda keçirmək mənə sonsuz sevinc bəxş edir  elə bir sevinc ki, heç bir kəlimə ilə bunu sizlərə çatdıra bilmərəm... sadəcə çox xoşbəxt və sevincli hiss edirəm...  artıq iki ildir olduğu kim, bu bayramda başqa bir fərəh dolub qəlbimə....  çünki
bu gün doğmalarımla bərabər virtualda da mənim ailəm olan sizləri
təbrik etmək və bu günün sevincini sizlərlə bölüşmək imkanım var...
bunun üçün  bu xəbəri hazırlayıb bizə bayramlaşmaq imkanı yaratdığına görə Gülər bacıma sonsuz təşəkkürümü bildirirəm...  və başda adminlərim Məmmədov V.C, Məmmədov Anar Və sevimli Signorina xanımımız  olmaqla hər birinizin bu gözəl bahar bayramınızı təbrik edirəm....  qoy bu bahar gəlişi ilə hər birinizin evinə bol bol sevinc,  xoşbəxtlik və səadət gətirsin... hər birinizin ocağında qazanlarınız daima qaynar, süfrələriniz bol ruzi bərəkətli olsun... mehriban,
firafan günlər həyatınızın ayrılmaz hissəsi olsun... və ən əsası bütün
bu gözəllikləri ürək dolusu yaşaya bilmək üçün özünüzün və bütün
sevdiklərinizin canı daima sağlam olsun... amin... öpürəm mənim canım
bacılarım

 

Antikvar

 

Salam saytımızın gözəl qızları,məni lahiyəsinə dəvət edən canım gülərimə təşəkkürümü bildirirəm
Çox
sevdiyim bayramlardan ən birincisi ən özəli deyərdim mənim üçün,Çünki
indi əvvəl ki,kimi olmasada o zamanlar qonşular yığışıb evdə bişirilən
şirniyyatlar ,birlikdə əziyyət çəkməklə bərabər deyib gülmələr,söhbət
etmələr o şirniyyat bişirməyi dahada maraqlı edərdi,bununla bərabər evdə
aparılan iməcliklər hərəmizə bir otaq düşərdi o zaman amma mən hələ
balaca olduğumdan ancaq şkafların tozunu almaqla kifayətlənirdim,daha
sonra mamam onu bunu gətir dediklərini gətirirdim:)Amma indi özüm öz
evimin xanımı oldum hər novruz bayramı yaxınlaşdıqca keçmiş günlər
yadıma gəlir sizlərə təbrik sözlərimi yazarkəndə bir an o günləri qısada
olsa sizlərlə bölüşmək istədim.Saytın gözəlləri sizlərin Novruz
bayramını təbrik edirəm,can sağlığı xoşbəxtlik arzu edirəm sizlərə,kimin
nə arzu diləyi varsa (Ana olmaq istəyənlər,iş istəyənlər,ailə qurmaq
istəyənlər,sevgilisinə qovuşmaq istəyənlər,uniyə girmək istəyənlər,ev
istəyənlər )hər birinin arzularının həyata keçməsini diləyirəm
rəbbimdən.Düzü belə çox təbrik sözlər yağdırmağı bacarmıram,amma əsas
odu şablon sözlər deyil içdən gəlmiş sözlərdi bunlarıda sizlərə arzu
etdim.Bir daha bayramınız mübarək Allah rüzi bərəkətli eləsin süfrənizi.

 

 

BARBI

 

Evvela
her kese salam.. Novruz bayramınız mübarek . Arzum budur ki bu bayramda
qüsse qeminiz yox olsun küsülüler barışsın en xoş günler sizinle olsun.
Bol ruzili bereketli il arzu edirem.

 

aziz a

 

Canım bacım güler.çox sağol layihende menede yer verdiyin ücün.
Tebriklere
geldıkde men saytımızın bütün userlerını admınlerı ürekden tebrik
edirem.Arzu ediremki ,heyatiniz yaz fesli kimi rengareng , gözeler
etirli olsun

 

Fialka

 

Salam
saytın bütün üzvləri, hər kəsi Novruz bayramı münasibətilə təbrik
edirəm , inşAllah hər kəs bu milli bayramı doğmalarıyla birlikdə öz isti
evində qeyd etmək nəsib olar. Kimin nə arzu, diləyi varsa xeyirlisiylə
gerçək olsun inşAllah. Bir daha hər kəsin bayramı mübarək olsun.

                                                                                          

rəmsə

 

Salam.Müsəlmanların
bayramı Novruz bayramınız mübarək.Sizlərə və bizim millətə arzum budur
ki,bolluq içində yaşayaq,korluq nədir bilməyək.Müsəlman təqviminə əsasən
yeni il Novruz bayramında girir.İnşaallah bu yeni ildə kimin nə arzusu
varsa həyata keçər.İnşaallah bu il evi olmayan ev,uşağı olmayana
uşaq,ərə getmək istəyənə ər:),uniyə qəbul olmaq istəyənə uniyə qəbul
olmaq qismət olar.

         

 

[center][/center]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!