Mən və O - Narın Yağış ilə maraqlı müsahibəm

Mən və O - Narın Yağış ilə maraqlı müsahibəm
Qadınlar.Co
10.09.2017 50
Salam saytımızın gözəl,şirin,sevimli qızları.Yenidən çox gözəl lahiyə
ilə sizlərnəyəm.Demək lahiyəm haqqında sizlərə qısada olsa məlumat
verim.Saytda müsahibə tərzli lahiyələr ,suallar çox olub həmçinin
iştirak edənlərdə ,amma bu dəfə fərqli , daha düşündürücü dolğun suallar
olacaqdır.Lahiyəmdə iştirakını istədiyim unsurleri mən özüm seçim edib
ismarıc göndərəcəm suallarla bərabər.Bu dəfəki iştiraçkım mənim dolğun
düşüncəli Narınım yəni Narın Yağışdı.Buyurun oxuyun.



1.Salam Narınım necəsən?)İlk müsahibəmiz sənin əhvalından aslıdı bu səbəbdən soruşdum)


Salam canım şükür bu günümədə normalam :) yaxşı olasan



2.Əslində
yaşını soruşmayacaqdım ,amma saytımızdan yeni qediyyatdan keçənlər üçün
müəammalı qalmasın deyə bir yaşınıda burdan bilməyənlər üçün qeyd
etməyini istəyərdim.


Şok şok şok 17 yaşım var niyə elə dedim çünki 17 yaşımın olmasına çoxu inanmır



3.Keçək
əsas suallara,çox fikirləşdim sualımı hansı mövzudan başlayım ,sonunda
bir qərara gəldim (mənim gündəliyimi)günlük sevgi əzabı çəkib ürək
sözlərini yazan buda azmış kimi sevgi xəbərləri hazır edən)) narınımdan
soruşmaq istərdim sevgi necə hissdi,insana nələri etməyə vadar
edir?bizlərə bir neçə cümlə ilə fikrini bildirə bilərsənmi?
Hm maraqlı sual vermə tərzi oldu sevdim antikəməxsus başqacür deyəcəkdim yaxşıki əlimdən kaymadı antik) bir neçə cümləmi?
yok ben dayanamam başlıyıram cavab yazmağa qısalda-qısalda.Sevgi mənim
üçün qaranlıq dünyanı rəngarəng edən yeganə hissdi. Xahiş edirəm düzdü
hər biriniz fikirlərinizi yazmaqda azadsınız ama məni qınamıyın ki nə
yaşın var bu qədər sevgiyə bağlısan və s. tipli sözlər unutmuayaq ki
məndə fikirlərimi bildirməkdə azadam.Fikirlərimizə hörmət edək. Sevgi
elə bir hissdirki insan sevib-sevildiyini bildikdə özünə olan inamı 1-ə 5
artır.Mən demiyim siz deyin kim istəməzki ən yaxşı günündə sevincini
bölüşəcək sənin sevincinlə xoşbəxt olacaq ən pis günündə üzünü
güldürməyi bacaracaq bir cümləsiylə bir kəlmə sözü ilə səni göylərə
uçuracaq hər zaman arxanda duracaq ən azından səninlə bərabər üzüləcək
biri olmasın onun həyatında? Hər səhər günə onu düşünərək başlamaq hər addımda onun varlığını səni
sevdiyini bilibdə o üzündə özündən asılı olmadan yaranan təbəssüm inanın
mükəmməl hisdi. (mənim üçün) Səni sevən birinin olması nəyi pisdiki?.
Bir şeyidə qeyd edim təkcə sevilməklədə xoşbəxt olmaq olmur gərək sevgi
qarşılıqlı olsun məsələn mən. Məni sevən var mən onu sevmirəmsə xoşbəxt
olacam? Yaxud sevən çoxdu ama sevdiyim bir nəfərdi yada bir nəfər idimi
deməliydim nəsə mən məni sevənlərin varlığını düşünübdə xoşbəxt olacam? nç nəyimə gərək.Heç gün ərzində ağlımın ucundan belə keçmir kimsə.Sevgi
gözəl hisdi gərək yaşayıb-yaşada biləsən.İndiki sevgilərin 90 faizi
başqa şeylərdən ibarətdi.Və əldə edənə qədər yaşıyır. Heç inanmıram
indiki sevgilərə mən. Hamısı yalandan ibarətdi.Saxta səmimiyyət saxta şirinlik saxta deyilən sözlər bunlar o "sevgi" dediyimiz hissin
içində varsa sizcə biz bu gözəl hissi istədiyimiz kimi yaşaya bilərik? incitmədən sevmək lazımdır.Bir cümlə oxudum bu yaxınlarda "Bir birini
sevən insanlar nədənsə nə qədər çalışsalarda yola gedə bilməzlər". Boş
sözdü düzdü sevənlər bir-birini daha çox incidir ama sevən insan hər
xırda şey üstündə o dərəcə sevdiyinin qəlbini qırmaz "sənin göz yaşına
görə dünyanı dağıdaram" deyərək öyünərək hər gün onu ağladıb onun
dünyasını dağıtmaz. Gedib sevdiyinin arxasıycan orda -burda danışmaz Sevgi dediyimiz iki insan arasında yaşanılır və bu yaşanılanlar iki
insanın arasında yaşanılırsa problemlərinidə öz aralarında həll
etməlidirlər.Çox çirkinləşib sevgi bircə həqiqət var indi "Heçkim onu
sevəni sevmir sevməyən üçün vaxtını özü istəməsə belə hədər edir göz
yaşı tökür".Sevgi əldə etdikdən sonra belə onu sevməyə davam etməkdir.Bu
qədər bəsdi hələ içimdə qaldı mən yazsam-yazsam nöqtəmi qoya bilmərəm
 4.Həyata olan baxışın desəm necə cavablayarsan?

Ehh eh indi deyəcəm yenə deyəssiz yaşı azdı nə yaşıyıbki bu belə danışır)
nələrisə demək üçün yaşamağım önəmli deyil.Həyat mənim üçün yalanlardan
ibarət olan bir sınaq evidir sadəcə. Hər kəsin həyata baxışı fərqlidir
biz həyata necə baxırıqsa elədə yaşıyırıq.Bəzən olur çalışıramki məndə
bu həyatı sevim bir neçə gün başlıyıram özüm özümə ətrafımda olan
gözəllikləri görməyə çalışmağa. Amma alınmır vAllah elə şeylər görürəm
ətrafımda iyrənirəm bu həyatı yaşamaqdan.O pisliklər çirkinliklər imkan
vermir gözəllikləri görməmə.Gərək necə deyərlər arsız olasan ki hərşeyə
pozitiv baxa biləsən heçnəyə üzülməyəsən.Oda məndə yoxdu. Hər şey
yalandı hərkəs bir-biriylə nəyəsə görə səmimidir.Hər zaman qeyd edirəm
şərhlərimdədə müsahibələrimdədə nifrət etdiyim 2 şey var yalan və
xəyanət.Yalan və xəyanət artıb hamı bir-birini aldadır xəyanət edir
inanın həyatı yaşamağa insanda həvəs qalmır.Bilirsiz mən daha həyatı
necə yaşayıram? sadəcə özüm üçün məqsədlərimi reallaşdırmaq üçün.Ən
azından öz əlimdə olan istəklərimə çata bilərəm düşüncəsi ilə davam
edirəm. Özümdən aslı olan daha doğrusu.Həyata baxışımda qeyd etdiyim
kimi sadəcə sınaq evi kimi baxıram. Hərkəs bu sınaqdan fərqli keçir
kimisi çirkin işlərin qulu olur kimisi də Allahın.



5.Az
eşitməmişik bəlkə səndə böyüklərimizin dilindən eşitmiş olarsan,(Ömür
Qatarı)bu iki sözə neçə cümlələr qoşub demişik,sevgi qatarı,ömrümüzün
qatarı,sən bu qatar sözünün ilk sırasına öz həyatına uyğun hansı sözü
əlavə edib cümlə olaraq tamamlayarsan?


Ahaaa Bu
suala istədiyim tərzdə yazsam vso hamı şərhdə yazacaq hələ 17 yaşı var
belə bədbindi 27 yaşında necə olacaq?) həyatın qabaqdadı.Əzizlərim məndə
bilirəm hələ yaşım azdı məndə bilirəm mənim yaşayacaqlarım hələ
qabaqdadı məndə bilirəm bəlkədə hələ həyatımın 4də 1ni yaşamışam. İnsanı
ayaqda tutan birşey varsa oda ümiddir.Ümidin bitdisə artıq istəyindən
vazkeçirsən.Məni qınasanızda deyəcəm "sevgi qatarım" getdi Sevgiyə aid ümidlərim qırılıb. Çox mübarizə apardım ama alınmadı.Sevgi
tək tərəfli mübarizə ilə sevgi olmaz nədəki yaşanmaz.Mən elə biriyəm ki
antik sən özün də bilirsən canım istədiyimi edən biriyəm.Dedimsə bu
olacaq etməliyəm mütləq edirəm dedimsəki "ölsəmdə bunu etmərəm" iki
dünya bir olsa da boynuma ilan sarsalarda o işi etmərəm.Ama bu elə
olmadı dedim "ölsəmdə bağışlamaram""nifrət edirəm bu dəfə bitdi" yenə
bağışladım ilk dəfə idiki özümə əngəl olma bilmədim.Ama
dəyməzmiş.Həyatımda ilk dəfə mənə dəyər verənləri incitdim onların
sözünü qulaqardına vurdum.Qulaq ardına vurdum deyəndə bunu istəmədən
etdim sənin o qədər dastanlarına özümə verdiyim sözlərə rəğmən və məni
ən çox yandıran ətrafımdakıların "onsuzda mümkünsüzdü" və s tipli
sözlərinə fikirlərinə inad dəfələrlə yıxıldım ama o insanı bağışladım
üzüləcəyimi bilə-bilə yenə ona şans verdimki ona inanım.Bilə-bilə özümü
yalanlara inandırdım bəlkədə ən böyük axmaqlığım idi bu mənim.Düzdü
yaşım azdı gələcəkdə bəlkədə elə birisi çıxacaqki mənə keçmişi
unutduracaq əvvəl deyiridm yox heç vaxt olmaz elə şey ama düşünürəm
demişdim heç vaxt onu sevmərəm sevdim buna görə bu dilimdəki "heç vaxt
...." sözünü azaltmağa çalışıram.Ola bilər gələcəydə mənə dəyər verən
biri ama mən ilk dəfəki kimi ola bilmərəm vALLAH ola bilmərəm insanlara inamım itib mənim qaldıki oğlanlara yada
sevgiyə. Ona qarşı hiss etdiyim o hissi heçkimə qarşı çox güman o tərzdə
hiss etmərəm.Sadəcə bilirsiz necə olacaq? vaxtı gələndə hə məndə birini
sevməliyəm məni sevəni sadəcə sevməyə çalışacam dəyər verəni qırmıyıb
dəyər verəcəm Birdə özümdə sevmədiyim bir xüsusiyyət varsa oda istədiyimi əldə
etdikdən sonra onu istəməməyimdir.Birşeyi çox istəyirəm onun üçün
mübarizə aparıram əldə etdikdən sonra maraqsızlaşır.Onda anlıyıramki mən
sadəcə olaraq həmin şeyin xəyalını sevmişəm yada onun üçün apardığım
mübarizəni.Ama bu elə olmadı əksinə o yanımda olduğu müddətcə yaşama
həvəsim artırdı güclü edirdi məni bu hiss sevdiyimdən bezmirdim.Bilirdim
o insan həmişə yanımda olmaz elə buna görədə hisslərimə sərhəd qoyurdum
ki sabah canım çox yanmasın."O sənə layiq deyil" cümləsiylə razılaşaq
istəmədim yoruldum inanın çox yoruldum.SEvdiyimdən yox əsla sadəcə özümü yalanlara inandırmaqdan hər dəfə haqlı çıxmaqdan daha
doğrusu hər dəfə ətrafımdakıların onun haqqında dediklərinin haqlı
çıxmasından "o belə etməz" dediyim nə varsa hamısını mükəmməl dərəcədə
etməsindən göz görə-görə onu itirməmək üçün yalanları dinliyibdə
inanırmış kimi davranmaqdan yoruldum və vazkeçtim.Bilirsiz necə pis
şeydi bir insanı çox sevirsən ama o səni incidir ona nifrət etmək üçün
onun sənə etdiklərini düşünüb ona nifrət etməyə çalışırsan eyvahlar olsun ağladım ya ağladım ona görə bu məsələni bağlıyım ən yaxşısı bu sualada cavab bu qədər


5."Bir dəfə yıxılanı bir neçə dəfə vurmaq"-bizim millətə xas xarakter,nədən irəli gəlir bu tərz davranışlar? Bizim millətin peşəsi budu.Yıxılana əl tutan çox azdı onlarında
dəyərini bilmir insanlar. Yıxılanı birazda əzib keçirlər hamı
bir-birinin bəhsinə çıxır sanki həmin insanı daha da çox qınasınlar əzib
vursunlar deyə.Amma heçkim özünü o insanın yerinə qoyubda düşünmək
istəmir.Bircə dil dil ötüb mən bunu heç vaxt etmərəm deməyi bacarır
qınamağı bilirlər.Nədən irəli gəlir bu tərz davranışlar? Sadəcə
ətrafındakılar və yaşananlarla uyğunlaşıb edirlər məncə.Oda düşüncəsiz
insanlar.Öz fikirləri olmadığı üçün ətrafındakılara ayaq uydurub onların
yolu ilə gedib yıxılana balta çalırlar.Buda bizimkilərin adətidir.



6.Son
zamanlar tv-lərdə ,sosial şəbəkələrdə izləmiş olarsan yeniyetmə
qızların və yaxud oğlanların bir çox faizi intahara əl atırlar sevgi
hisslərinin ucbatından ,sən bir yeniyetmə dövründə olan gənc qız kimi nə
düşünürsən bu barədə?Dəyərmi belə addım atmaq sevgiyə görə?Və
həmyaşıdlarına öz düşüncələrindən azda olsa bir məsləhət verməyini
istərdim .
Dəyməz təbiiki dəyməz qətiyyətlə deyirəm özüdə.Oğlanda bir Allah bəndəsi məndə özümü ona görə
niyə öldürüm? niyə ona görə günah qazanım? niyə o məni sevmədi deyə
bunu edim? bunu etməklə əlimə nə keçəcək ? onun gözündə yüksələcəm ya
məni sevmirsə ürəyində mənə aid sevgi yaranacaq birdən birə? ya deyəcək
yazıqdı mənə görə intihara əl atıb qoy bunu sevim gözümün qabağında bu yaxınlarda bir qız 8-də oxuyur öz sinifyoldaşıma
qorxu gəldi biləklərini kəsməklə.Etdi sonrada oğlana göstərdi bax
ayrılsan mənnən özümü öldürəcəm anamı gözü yaşlı qoyacam özüvü
bağışlıyarsan?.Oğlanda çoo..x yaxşı uşaqdı həqiqətən xətrini çox
istiyirəm heç bir qızı ağlatmağa qıymaz indiyə qədər bir qıza yalannan
ümid vermiyib bəziləri kimi gündə biriylə fırlanmıyıb.Bircə bu qız odakı
sevirdi onu qız ona layiq deyildi bunu gördü sakitcə günahı öz üstünə
götürüb uzaqlaşırdı.Qızın bu addımı onun ürəyini yumşaltdı.İndi elə
bilirsiz o qızı dəlicəsinə sevir? elə əlaqəni davam etməkdənsə davam
etməməsi daha yaxşıdı birincisi qız hələ 8də oxuyur ikincisi qıza sadəcə
yazıq gözü ilə baxır halına acıyır.O qıza məəttəl qaldım necə öz
qüruruna sığışdırdı o hərəkəti anlamıram.Sevmir sevməsin özümə daha niyə
zərər verim? hələ bu gündə sevgiyə görə intihar edənlərdən heç
danışmıyım desəm? hər dəfə xəbəri açanda əsəb keçirirəm.Leyli Məcnun heç
belə olmuyub ya serial çəkirlər neynirlər anlamıram birdə var onu bir zamanlar sevibdə hal-hazırda ona nifrət etdiyi üçün intihara əl atanlar onlar sadəcə öz canını yandırır başqa kiminsə yox vAllah sadəcə
özlərini incidirlər ama bunada dəyməz.Nə səbəblə olur olsun intihar
günahdı.Səhvdi etmisən olub keçib.Aldadılmaq aldatmaqdan daha
yaxşıdı.Çünki sən şərəfsizlik etmiş olmursan.Hələ belə şeylərə görə
vapşe intihar etmək nəbilim.Əxlaqsız öz əxlaqsızlığını edir özünü
öldürmür bir sevgiyə görə özünə qəsd etmək? çatmır mənə bu nəsə. düzdü hirsli olanda o bir söz vare hirsli başda ağıl olmaz ama hirsli
olsan belə hisslərini əsəbini gərək azda olsa cilovlaya biləsən.
 7.Dön arxana bax ,baxdınmı?))Və bir anda ən çox sevdiyin şəxsi
gördün(təbii sevgi dedikdə oğlan nəzərdə tutmuram)yaxınlarından
kimlərisə gördün ,ona ilk sözün nə olar ,o kəlmələri dedikdə geriyəmi
getmək istərdin ya irəlliyəmi?Bu sualıvın cavabında eqoist olub
olmadığını bilmək olar,kimi gördüyünüdə qeyd elə qoy gizlin qalmasın:)


Döndüm arxama baxdım məktəbdə çəkdirdiyimiz kollektiv şəklimizi gördüm gözümdə pramoy bilirsən kimiə sataşdı? bildin day nəysə nəysə sora fırlandım divardan asılmış böyük yarımkürələr xəritəsini gördüm ən sonda mamanı gördüm qoğal bişirir. İrəliyə gedib canım anam səni nə qədər incitsəmdə
çooooooooo...x sevirəm məni danlamaların mənə bəzən kobud
davranmağlarınla bərabər öz həyatıvı bizə həsr edirsən.Körpəlikdən
indiyə qədər bizim üçün yuxusuz gecələr keçirib bir dəfədə olsun of
deməmisən.Körpəlikdə yata bilməmisən xəstə olanda bütün gecəni başımın
üstündə olmusan bu gündə səhərə kimi bizim üçün əziyyət çəkəcək mənə noldu aa birdən neynədin antik mən sevgimi dilə gətirməyi düzü
elədə sevmirəm elə mamayada elə.Sadəcə kefimə düşəndə vp-sına xoş sözlər
yazıram işdə olanda sevindirirəm onu
  8.Deyirəm Narınım

El bilirki sən mənimsən:)

Yurdum yuvam məskənimsən

Anam doğma vətənimsən

Ayrılarmı könül candan

Azərbaycan Azərbaycan

Çox
gözəl şeirlərinin bir çoxunu əzbərə bildiyim ən önəmli ilk sıralarda
yer alan bu şeirin müəllifi məncə hər birimizə məlumdu kimdi,Səməd
Vurğun'a aiddir.Bu şairimiz haqqında məlumat istəmirəm sadəcə bu şeirin
davamının bir bəndini qeyd etməni istəsəm ?mənimlə bərabər
uşərlərimizində qəlbi fərahlansın)


Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana,

Hanki səmtə, hanki yana

Hey uçsam da yuvam sənsən,

Elim, günüm, obam sənsən!

Buyur
canım sənə görə) şeiri yazdın sən yazdığın misranı oxuyanda sinifdə bir
oğlan yadıma gəldi o şeirin hər misrasının sonunda deyirdi
"müəllimə".Balaca olanda yani ibtidai sinifdə müəllimə heçnə
demirdi.Böyüdük 9-cu sinifdə müəlliməmizin əri xəstə idi bir cavan qız
gəldi katibə idi bizə dərs keçdi həmin gün oğlan deyəndəki El bilirki
sən mənimsən müəllimə heç yadımdan çıxmaz dərsədə az uşaq gəlmişdi müəllimə sözünü kəsdiki ay
oğlan o cümləni elə demə sonra bir dastan danışdı həyatı başa saldı ona
o günnən bu yana o oğlanda şeirin sonunda "müəllimə" sevdasına son
qoyuldu düzdü day biz şeir falan danışmırıq ama yenədə)



9.Bəlkə birazda xarakterindən danışasan?

Hmm hərşeyi gözəl izah edərəm xarakterimdən başqa tanıyan tanıyır bilən bilir bu müsahibə nəticəsindədə userlər azda olsa
yəqin anlıyar necə bir xarakterə sahib olduğumu.Qısacada olsa kankret
olanları yazım dəyişkən əhvallı kinli kimi görünüb tez bağışlayan xəstəlik dərəcəsində qısqanc sulugöz bir söz deyilsin o dəqiqə ağlıyaram ama həmin insanın
qarşısında yox tez özümə yer edirəm tək qalım ağlıyıram.Göz yaşlarımı
Allahdan başqa kimsə görmür.Bidə canım rəfiqəm Z.... görür tez-tez i
vso)

soraamm hm səbrli ama səbrim daşdısa qarşımı kimsə ala bilməz hərkəslə səmimi olmağı sevməyən birisi əsəbləşdimsə dilimdən kobud
sözlər çıxar (sərt yani).Buna görə çalışıram ki əsəbi oldumsa
insnalardan uzaq durum əsəbim soyusun sonra müzakirə edim.Çoxu mənə
"çətin xarakterli qız" statusunu verib daha bilmirəm niyə



10.Dost
zərbəsi ağırdır,bir çoxları da bu zərbədən əziyyət çəkib amma bəzən
günahı qarşı tərəfdə görürük,səncədə günah kimdə olur ?niyə dost zərbəsi
alan günahın ən azı bir qismini özündə görmürdə dostunda görür?Bəlkə
haçansa bilmədən bir səhf addım atımda dostuna qarşı oda dözə bilməyib
əvəzini çıxmaq istəyir?Necə fikir bildirərsən fikrimlə razısanmı ya
deyirsən dostda olsa səhfdə olsam gərək elə etməzdimi?
Məndə çəkmişəm o dost zərbəsini.Yox antik elə deyil mən özümdən
götürürəm o qıza qarşı nə pislik etmişdim mənim üstümə şər atdı? əksinə
hər zaman onun səhvlərini örtməyə çalışmışdım yeri gələndə mamadanda
kömək istəmişdim ki yaxındı mənə o qız.Mənə vurduğu zərbə heç yadımnan
çıxmaz sadəcə insanlar murdarlaşıb tanımaq olmur heçkimi.Hamı üzüvə yalannan
gülür arxanca dastan danışır.Ama bilmirlərki bununla yaxşı insanı heç
vaxt ucuzlaşdıra yaxudda gözdən salmağı bacara bilməzlər.Sadəcə özlərini
alçaldırlar. O qədər şeyə rəğmən mən yenədə ona heçnə etmədime.Sadəcə
onnan aramda sərhəd qoymuşam artıq.Dostdusa təbiiki gərək etməsin.Səhv
hərəkətim olsada məni başa salsın.İndi deyəcəksiniz ki oda bəlkə səhvdi
edib peşman olub. Ama o səhv deyildi səhv bilmədən edilən birşeydi
yaxudda 1-cə dəfə edilən bişey o qız dəfələrlə mənə zərbə vurdu indidə
vurmağa davam edir.İstəyi sadəcə mənidə insanların içində özü kimi
göstərməyə çalışmasıdır.



11.Bu qədər suallarımın arasında
saytımızdan danışmasaq düzgün olmaz:)Onsuz ən yaxın dostun kimdi sualını
versəm bilirəm məni yazacaqsan))Kimin şərhlərini bəyənirsən desəm mənlə
Miss_Oxatan olacaq (bundan da xəbərim var))Bizdən başqa kimləri saytda
bəyənirsən ?


Hərşeydəndə xəbəri var birşeyidə bilməsən? canım bacışkam məni məndən yaxşı tanıyırsan bilməlisən təbiiki) sizdən
başqa Qlamurr və Fialkanın şərhlərini bəyənirəm hər zaman düşündürücü
şərhləri ilə diqqətimi çəkib bu 2 user.
 12.Ən sevdiyim həyat tərzlərimdən biri ulduzları izləməkdi ,hər
parıldayan ulduza baxarkən nələrisə düşünmək,bəs sən canım necə
ulduzlara baxarkən heç olubmu kaş məndə göydə olan ulduzlar olardım və
nələri kimləri düşünməvə nail olub?

Eh antik bürcümüz eynidi
bəlkədə buna görə xarakterimizdə oxşarlıq var deyə yola gedirik sənnən
yaxşı) məndə həddindən çox sevirəm ulduzları sora yağış yağsın sakitcə
izləyim.Sakitləşirəm sanki. O qədər olubki o qədər demişəm o kimi
sözləri. Düşündüyüm isə bu olub demişəm Allah məsləhət bilsə məni elə
yaradardı ama insan olaraq yaradıb.Bu həyatı mənə verib yaşıyım mümkün
qədər günah işlərdən çəkinim.Verdiyi hər şeyə şükr edim ama naşükürlük
etdiyim zamanlar olub. Sonra gələcəyimi düşünürəm.İndiyə qədər istədiyim
heç birşey ürəyim istədiyi kimi olmuyubdu.Bundan sonrasınnda heç ürəyim
istədiyi kimi olmasını ustəmirəm sadəcə xeyirli olan nədisə o olsun.Mən
ürəyim istədiyim bir neçə gün xoşbəxt edər amma Rəbbim mənə hər zaman
xeyirlisini verər xeyirlisiylə məni xoşbəxt edər.Bəlkədə həmin vaxt
üzülürəm ki kaş belə olmazdı ama düşünürəm bundada bir xeyir var.O qədər
şey düşünürəmki düşünməkdən dəli olacam bir gün



13.Birdən
bu sualları verən zaman uşaqlıq illərim yadıma gəldi əsasəndə ətrafın
uşaqlara ən sevdiyi sualları verməyi(Papanı çox istəyirsən ya mamanı)hər
kəsə verilən bu sual sənə verilməmiş ola bilməz,mən bu sualın cavabını
həmişə ikisinidə deyərdim,indidə verilsə ikisinidə deyəcəm,səndə necə
dəyişkənlik olubmu bu sualın cavabı ya səndə ikisinidə deyəcəksən?


O
qədər veriblər bu sualı)) mən uşaqlıda deyirdim papanı.Bir dəfə papa
demişdi ayıbdı elə demə de 2 sinidə istiyrəm.Mən qazanıb pulu mamaya
verirəm mən əziyyət çəkirəm mamada sənə o pulnan istədiyivi alır yeməy
bişirir oda əziyət çəkir adam elə deməz Onnan sonra elə deyirdim 2sinidə.Ama nə edimki papanın yeri ürəyimdə başqadı başqa.Bunu heçkim dəyişə bilməz canım atam
 14.Bilirəm universtetə hazırlaşırsan ,çətində olsa çox çalışırsan o
dərəcədə ki,gecə gündüzün bir birinə qarışıb,sənin kimi bir çox
qızlarımız var bəlkə burdan özünlə bərabər həmın qızlara dəstverici
sözlər yazasan ?azda olsa sizləri gümlahlandırsın.


Saytımızın
abituriyent qızları sizlərə ilk öncə bol bol şans arzu edirəm.Sonra
güclü olmağınızı tövsiyə edirəm.İnanın gecələr yatmıram məktəbdə gedib
yatıram sinif rəhbətim uje öyrəşib deyə məni qınamır buna görə.Yuxu
rejimim təmiz pozulub.Bilirəmki mən tək deyiləm.Hərdən yoruluram deyirəm
nə qədər oxumaq olar bezdim ama sonra özüm özümə başlıyıram tövsiyələr verməyə.Sizlərdə hər nə
qədər yorulsanızda əziyyət çəksənizdə türklər demiş pes etmeyin 2-3 il əziyyət çəkirsiz 2-3 il yuxu rejiminiz dəyişir yuxusuz qalırsız
yorulursuz ama düşünün gələcəkdə sizləri necə gözəl günlər
gözlüyür.Universitet həyatı daha sonra iş həyatı.Ən əsası sevdiyiniz
peşənin artıq xəyalını qurmursuz direk yaşıyırsız odurki güclü olun qızlar nə olur olsun hədəfinizə çatmaqdan imtina
etməyin bununla bərabər valideynlərinizin və müəllimlərinizin əziyyətini
yerə vurmayın
 15. Sona doğru yaxınlaşırıq suallarım çox olardı amma hamsını sənə
sərf etsəm iştirak etməsini istədiyim uşərlərə suallarım qalmazdı deyə
sonda necə bəyəndimi sualları?Və Qadınlar.biz saytına ,qızlarına balaca
bacısı olaraq ürək sözlərin.


Gözəl mənim biricik bacışkom
müsahibə tam ürəyimcə oldu.Layihəni isə hədsiz dərəcədə sevdim
həqiqətən.İlk iştirakçı kimi məni dəvət etdiyin üçün bir başqa sevindim suallar mükəmməl və düşündürücü cavablar necə oldu bax onu sən və userlər bilər.Mən ən əsası olduğu
kimi ürəyimdən gəldiyi kimi tam səmimiyyətimlə cavablandırdım hər birini
ümid edirəm sizlərdə bəyənərsiniz Layihəndə sənə uğurlar canım mənim qızlar gəlinlər mamalar sizlərə də oxuduğunuz üçün minnətdaram bəzi cavabları oxumuyub keçən varsa onlarıda qınamıram L... nin ürəyi açıldını vso getdi dır dır dır dır sonda isə bunu deyim hər nə olur olsun hər zaman üzünüz gülsün mənim
kimi ən azınnan insan içində Allah göstərməsin üzüntünüzü
göstərməyin.Çünki heçkimin vecimə deyil bizim pis olmamız sadəcə saxta
səmimiyyət var arada birdaha təşəkkürlərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!