Mən və O - Admin ilə maraqlı müsahibəm

Mən və O - Admin ilə maraqlı müsahibəm
Qadınlar.Co
10.09.2017 23
1.Salam saytımızın ciddi ,bəzəndə yumor hissli Admini suallarımı
cavablandırmamışdan öncə özünüzü birdə təqdim edin , onsuz sizi
tanımayan yoxdu adətdəndi ilk sözə başladığımız zaman qarşı tərəfin
kimliyini öyrənmək)Buyurun söz sizindi indi.


- Salama salam) Təqdimata ehtiyac yoxdu deyirsiz, həm də təqdimat istiyirsiz?) Qərarsızlıq ən pis vərdişlərdəndi nəzərə alın)

Məmmədov Vüsal, proqramçı, 28 yaşdan gün alıram deyəsən)) Ünvana gərək yoxdu))



2.Şəxsi həyatınızdan sual vermək istəməzdim ,bütün bunları kənara
qoyub əsasən düşüncənizi ,fikirlərinizi önəmsədiyimiz üçün cəmiyyətdən
ətrafdan olacaq suallarım.


Sizcə hər anda, saniyədə,dəqiqədə xoşbəxtlikdən,həyatdan narazı
olanlar bunu özlüyündə etirafı azmış kimi birdə qələmə almaları hətta
netlərdə belə etiraf etmələri..sizcə buna səbəb nədi,insanlar niyə
xoşbəxtliyi həyatın gözəlliyini başqa yerlərdə axtarmaqdadır?Cəmiyyətdə
olan insanların (bəziləri)bu pessimistliyə vadar edən hansı amillərdir?


- Zənnimcə həyatdan narazı olanlar həyatdan deyil özlərindən narazı
olsalar o zaman həyatlarından narazı olmazlar. Hamı hər şeyi atır
zamanın, həyatın üstünə) Heç kim demək olar üzərinə yük götürmək
istəmir. Netdə yazmağa gəlincə isə özünə qapanıb xəstəlik tapacağına
anonimliyi qorumaqla bu mənfi fikirləri yazmaqla özündən xaric etməsi
məncə daha məqsədə uyğundu.

İnsanları pessimistliyə vadar edən birinci qorxudu, ikinci isə əldə edə bilməmək...



3.Son günün qlobal sözlərindən deyərdim"Xəyanət",kimiləri dost
xəyatindən danışır,kimiləri isə ailədə olan xəyanətdən,bilirəm subaysız
amma dünya görünüşünüzə əsaslanaraq sizə bu sualı vermək istərdim,kişi
niyə qadınına xəyanət edir?Sizcə buna səbəbkar qadınıdırmı?Daha sonra
son zamanlar qadınlar da bu xəyanət mövzusunda ərlərindən geri
qalmır(bəlkədə kişiləri belə ötüb keçiblər))Qadın xəyanətinin səbəbi
olmaz deyirlər ,sizdə bu fikir ilə razısız?


- Bu barədə uzun-uzadı fikirləşmək mənasızdı mənə görə. Kişi
xəyanət edirsə demək alçaqlığı özünə şərəf bilir, qadın xəyanət edirsə
pozğunluğu özünə namus bilir. Hər 2 tərəfdə "canı cəhənnəmə" :)) Siz heç
xarab meyvənin yenidən ilk günki kimi təzə olduğunu görmüsüz?) O cür
insanlar da xarab canlılardı. Düzələn deyillər)



4.Kənddən gəlib bir neçə ay yaşayıb sonra yaşadığı böyüdüyü yeri
bəyənməyən insanlarımız var bu günki gündə ,buda azmış kimi birdə
məxsərəyə qoymaqları var bir misal yadıma gəldi(bişmiş toyuğun gülməyi
gələr onların görünüşlərinə)siz necə düşünürsüz belə insanların ağılları
geridəmi qalıb ya inkşafmı edib?)Bilirsiz niyə inkşaf edib sualını
verdim?Onlar özlərinə inkşaf etmişik deyirlər)


- Keçmişində ayıbı olmayan keçmişini pisləmir heç bir zaman. Əgər
pisləyirsə demək "gözəl" xatirələri var orda... O xatirələrdən qaçır...
Özünü azad hiss etməyə çalışır.



5.Sonuncu dəfə vətənimdə olanda bir qadınla maraqlı bir söhbətim
oldu,bu sual məni çox düşündürdü cavab vermək istəmədiyimi desəmdə
məcburən cavab almaq istədilər,bu verdiyim sualda sizində fikrinizi
bilmək istərdim.


Dediklərinə görə bir yanan yer olur, ora qardaşın,yoldaşın və
övladın düşür sənədə bir haqq verirlər ora düşən sevdiklərindən birini
çıxartmaları üçün mən birini seçdim amma cavabımın düzgün olmadığını
dedilər,mənə maraqlıdı (Allah eləməsin)siz seçim qarşısında qalsaydız
hansı seçərdiz?


- Qardaşı seçərdim. Çünki nə yoldaşa övladın yandı, nə övlada anan yandı deyə bilmərəm.



6.Necə düşünürsüz səbrli insansız?Səbirlisizsə burdan səbirsiz olan insanlara hansı məsləhətləri verərdiz?

- Əgər işimə gəlirsə səbrimə doyum yok türklər demiş) Yox əgər
işimə gəlmirsə o zaman səbrimi boşuna sərf etmirəm. Səbrsiz davrana
bilirəm (necə deyərlər akışına bıraxıram).



7."Sevgi"indiki gənclərin başına bəla olan hiss))Bəzilərini gözü
yaşlı qoyur,çox az faizini isə xoşbəxt sonluqla gözəl həyat yaşamasına
səbəbkar olur.Ağladan tərəf ən çox oğlanlarımızdı,bir əks cins
nümayəndəsi olaraq siz hansı tərəfdə olmaq istərdiz?Siz sevgi hissini
necə açıqlaya bilərsiz gənclərimizə və bununla bərabər bir neçə məsləhət
verə bilərsinizmi?


- Bu yaşıma kimi mənim başa düşdüyüm sevgini heç kimdə nə
görməmişəm, nə eşitməmişəm. İnsanların düşündüyü sevgi isə mənə görə
sadəcə bir hiss-dən o yana deyil) Ağlatmağa gəlincə ilk başlarda olan
şeylərə deyil nəticəyə odaklanmaq daha məqsədəuyğundu. Onsuz da oğlan
ağlatdığı qızı alırsa, ailə qurandan sonra qız onu elə ağladır haa)))))
Ya da əksinə))



8.Bir aralar səfh eləmirəmsə keçən illəri idi,satirik şeirləri
bölüşürdüz saytımızda ,bundan məlumuydu sevirsiz bu tərz şeirlər,əyər
bir bəndini bölüşmənizi istəsəm hansı satirik şeiri
yazarsız?Müəllifinidə qeyd edərsiz hansısa user bəyənibdə sonradan sizin
sahənizdə oxuya bilsinlər deyə)


- Saytda var o şeir linki verim)

http://qadinla.com/heyat-terzi/sheir/40424-bizim-qiz-satirik-seir.html



9)Bilirəm siyasətlə bağlı sualları elədə sevmirsiz,amma yenədə çox
açıq şəkildə yoxda, üstü qapalı bir sual verəcəm)İyirmi ildən çoxdu
torpaqlarımız alınacaq deyə millətə səslənirlər,yəni bir gün bu
boşu-boşuna səslənən bu sözlər reallaşacaq?Alınmamaqda səbəbkar və səbəb
kimlər və nədi desəm necə cavablayarsız?


- Hüquqi şəxs olduğuma görə bu sual məndən yan keçər) Soruşmadız sayın)



10)"Hüqüqlarımız qorunmalıdır",bu söz bizim xalq üçündə
keçərlidirmi?O hüqüqlar niyə pullu insanlar üçün var ,kasıb insanlardan
uzaqdır?


- Böyük məsələlərdə siz deyəndi, ancaq çox da böyük olmayan
məsələlərdə əgər kasıb hüquqlarını həqiqətən dolğun bilirsə, o zaman
haqqını ala bilir. Sadə misal verim özümdən. Hamı yol polislərdən giley
edir də ay belədilər elədilər. Məni bugünə kimi bir neçə dəfə polis
saxlayıb, amma 1 dəfə də olsun cərimə yaza bilən olmayıb)) Amma mən də
digər 90% sürücülər kimi olsam hər dəfəsində xamlıyıb mənə də cərimə
yazardılar.



11)Saytımızda son zamanlar hicab geyimində xəbərlər çox yayımlanır
düzü həmən xəbərlərə baxdığımda üzülürəm, müsəlmanlığa aid olan bir tək
bu geyimidə"Hicab modasına"çeviriblər,siz necə düşünürsüz əsl hicab
budumu,ayaqları görsənəcək şalvar,bədənini sıxacaq köynək,boynu çöldə
qoyacaq baş bağlama budurmu hicab?


- Saytda hicab yox örtüklü geyimlər bölməsi var. Örtüklü geyim isə
hicab demək deyil. Hicabdan danışmağa başlasam aylarla danışaram. Axırda
hamı ya deyəcəklər VC dəli olub ağlı zaylayıb)) Ya da gedib özlərinə
nifrət edəcəklər ki, biz nə anladıq bu illər ərzində.

Bilirsiz niyə belə deyirəm?) Çünki heç bir kitabda, yaxud hansısa
alimin dilindən hicabla bağlı tam informasiya eşitməmişəm. Nə də
eşidənini görməmişəm. Hər ölkənin adamları özlərinə sərf edəcək şeyləri
deyirlər. 

Qısaca bircə kəlmə ilə onu deyim ki, Hicab tək geyim deyil.



12)Qadınların xəyal gücü nədir?İnanıram bu sualın cavabı çox uzun və maraqlı olacaq)

- Cavab uzun olmayacaq təəssüf ki) Çünki bu yaşıma kimi xəyal
qurmamışam və xəyallar aləmində yaşamamışam. Qadınlar isə niyə xəyal
qurar onu heç anlamış deyiləm)) Reallığı qəbul edib, reallıqla barışıb,
reallığı yaşamaq varkən xəyallarda nə işləri var?!)



13)Belə dramatik,yorucu suallardan sonra biraz əhvalınızı açacaq
maraqlı sualım olacaq.İlk öncə maraqlıdı tapmacaları məktəb vaxtları
necə sevirdinizmi cavabını tapmaqda çətinlik çəkirdiz ya asand olardı?)


Bazarda tapılmaz,

Tərəzidə çəkilməz.

Baldan şirindi,

Amma yeyilməz))

Cavabı?:



Yarpağı var ağac deyil.

Tikilir ,paltar deyil

Danışır adam deyil

Cavabı?:



- Buların cavabına google əmidə baxsam siz inanassız, mən özümü
aldatmış olacam)) Amma tapmacanın T-sinə belə hazz etməm)) Amma cavab
atım da bəlkə tutdu)) Birinci yəqin övlad olar (amma övladı tərəziyə
çıxarmaq olur axı)))) İkinci də kitab olacaq. İlk 2 sətrinə baxmasam
"Danışır adam deyil" sətrinə baxsam kitabdı)



14)Mammadov V.C dedikdə həyata,çevrədəkilərə,baxışı necədi?Sizi siz
edən nədir gücünüzmü,bacarığınızmı,yoxsa həyatda qazandıqlarınız
uğurlarmı?


- Çevrəmdə ailəmdən başqa 2-3 adam var. Onlardan ətrafa baxmıram
maraqlı deyillər nədənsə) Həyata baxışım isə normal insanlardan 99%
tamam fərqli olduğundan və onların həyata baxış formaları ilə mənim
baxış formam ziddiyyət təşkil etdiyindən subayam)))))

Məni mən edən məncə güc, bacarıq və s. bu kimi şeylər deyil. Məni
mən edən bircə fərqliliyimdi))) Digər şeylər çünki çox adamda var. Amma o
şeylərə sahib olub da məni kimi ağlı gidik olan yoxdu)))



15)Mənim üçün dəyərli olan bir insanın sözü yadıma düşdü,"Pul
görməyən insanın əlinə pul düşsə nə davranışını bilir nədə istifadə
etməyini"bəzi anlarda məndə razılaşıram bu fikir ilə.Sizcədə bu deyilən
söz doğrudu?


- Bu sözü 2 cür adam işlədir. Bir pulu əzəlindən bugünə kimi
olmayan, bir də ciddən pulu görüb həyat tərzini dəyişib sevincərək
olanlar)

Bu sözlə isə tamamən razı deyiləm. Çünki 13-14 yaşıma qədər pul
görməmişəm) Pulu isə kimsə mənə göstərməyib (yəni müftə əlimə pul
gəlməyib). Özüm ağlımı işlədib pulu əldə etmişəm. Zərrədə olsun
davranışımda və s. dəyişiklik olmayıb. 13-14-də nə idimsə, indidə
eləyəm.



16)Artıq müsahibənin sonuna yaxınlaşırıq ,ümid edirəm bəyənərsiz
sualları çalışdığım qədər sualları düşünüb sizin öhtənizə vermişəm)Hansı
useri bəyənirsiz suallarını vermədim ,cavabını mənlə bərabır digər
userlerde bilirlər.Bir saytın Admini olaraq nə arzunuz və sözünüz varsa
buyurub bildirə bilərsiz,bununla bərabər özünüzdən yaşca balaca
xanımlara məsləhətiniz də varsa onuda qeyd edin kim istəsə qulağında
sırğa edib lazım olan vaxtlar istifadə edər ,kim istəsə etməz əsas odur
siz böyüklüyünüzdən qalmayın:)


- Xəyal qurmadığım kimi arzu da tutmuram)) Sadəcə məqsədlər qoyuram
qarşıma və o məqsədlərə çatmağa çalışıram. Bəzən olur çata bilirəm,
bəzən çata bilmirəm. Məqsədlərimi isə reallaşmadıqca kimsəylə bölüşmürəm
(təbiətim deyil). 

Saytla bağlı və saytdakı xanımlarla bağlı isə onu deyə bilərəm ki,
8-10 istifadəçinin saytda olması zənnimcə uğurlarımız siyahısına düşə
biləcək istifadəçilərdi. Həm aktivlikləri, həm özünü apara bilmələri,
həm hörmətləri... Qalan istifadəçilər isə hələ tam püxtələşməyiblər mənə
görə. Yaşı az olanlar isə həmişə demişəm əsas dərslərinə üstünlük
vermək əvəzinə sayta üstünlük verib, bununla "ay görürsüz mən saytı necə
sevirəm" imajı yaratmağa çalışırsa, əmin olsun ki, əks imajı yaradır. 

İstifadəçilərin sayı çoxalıb deyə dəqiq yadımda deyil üzrlü hesab
edəsiz gərək) Amma burda bir istifadəçi bir dəfə mənə yazdı ki, mən
sayta 1 il girəmməsəm nikimi siləssiz? Mən də yazdım ömürlük gedilirsə
silinir. Yox əgər qayıdırsa, silinmir. Yazdı yox arada girəcəm, amma
şərh falan yazmayacam çox. İnstituta hazırlaşım, daxil olum sonra
gələcəm.

Bilmirəm indi həmin user sayta daxil olur ya yox amma mənə fb
ünvanına yazmışdı ki, tələbə oldum))) Bu daha gözəl imajdı məncə. Nəinki
aktiv user imajı.

İndi bəzi userlər deyəcək bu necə admindi)) Userləri saytdan
soyudur)) Artistlik etmək mənə görə deyil. Dolğun addım nədirsə o addım
atılanda mənə zövq verir. Əks addım sadəcə vaxtımı alır, sinirimi pozur)



Dastan yazdırdız özəl günümdə mənə)))) Nəyisə əskik yaxud qaranlıq
yazmışamsa sual verilə bilər. Deyilənə görə biraz qəliz insanam (danışıq
və yazı tərzinə görə elə deyir çoxusu). Məndən bu qədər...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!