Mən və O - Anar Mammadov ilə maraqlı müsahibəm

Mən və O - Anar Mammadov ilə maraqlı müsahibəm
Qadınlar.Co
10.09.2017 9
Salam saytımızın gözəl,şirin,sevimli qızları.Yenidən çox gözəl lahiyə
ilə sizlərnəyəm.Demək lahiyəm haqqında sizlərə qısada olsa məlumat
verim.Saytda müsahibə tərzli lahiyələr ,suallar çox olub həmçinin
iştirak edənlərdə ,amma bu dəfə fərqli , daha düşündürücü dolğun suallar
olacaqdır.Lahiyəmdə iştirakını istədiyim unsurleri mən özüm seçim edib
ismarıc göndərəcəm suallarla bərabər.Bu dəfəki iştiraçkım saytımızın
Admini Anar Mammadovdu.Buyurun oxuyun.
1.Salam Saytımızın dəyərli Admini)İlk öncə özünüzü özünəxas tərzdə təqdim etməyinizi istəsəm necə edərdiz?
Qısaca olaraq Anar Məmmədov, Qadınlar.Biz saytının rəhbəri (admini) kimi tanısaz kifayət edər.
2.Haqqınızda
məlumatı olan azdı saytda ,subaysız evlisiz sualını vermiyəcəm
sizə,bilirəm ki,evlisiz(bilməyənlərədə bildirmiş oldum))Bəlkə
yaşınızı,ali təhsilinizi qeyd edəsiz qoy azda olsa userlerimizin sizin
haqqınızda məlumatı olsun)

Mən özüm haqqımda yalan informasiya
verməyi sevmirəm. Ya digər admin qardaşımız Mammadov VC kimi heç bir
məlumat verilməməlidir ya verilirsə tam verilməlidir deyə düşünürəm)))
Haqqımda profilimdə UPDATE edib hər şeyi yenilədim. Maraqlı olan hərkəs
yaşımdan təhsilimə qədər profil səhifəmdə suallarına cavab tapa
bilərlər.
3.Bir gün iki dost oturur birlikdə el dili ilə
desək mırtlaşırlar))Dostlardan biri deyir gəl arvad saytı açaq,amma
digər dostu zarafat olduğunu sanır gülməyə başlayır))Zarafat etməyən
dost ciddi olduğunu deyir və saytı dizayn edir verir digər dostunun
öhtəliyinə dostuda çalışdığı qədər saytı yüksəklərə gətirib çıxarda
bilir,bu qədər əziyyətdən sonra saytdan uzaqlaşmaq sizə ağır
gəlmədimi?Bilirəm deyəcəksiz mən uzaqlaşmamışam hələdə saytdayam amma
əvvəlki saytda olan fəaliyyətinizə baxsaq indi daha az məşğul olursuz
saytla)

Sual xoşuma gəldi :) Özünüzdə yuxarıda bildirdiyiniz
kimi uzaqlaşmamışam 1 gün belə olsa. Biz ele bir sistem qurduq ki, sayt
yeni açılandan mən saytı demək olar tək idarə etdim və kifayət qədər
bəlli bir səviyyəyə gətirdim Allahın və bəzi userlərin köməkliyi ilə (
Aytən Mələk və Karamela nikli istifadəçilərin əməyi ən azı biz adminlər
qədər çoxdur bu saytda). Sonradan gördüm ki, bu layihəmiz
düşündüyümüzdən də artıq ciddi işlər,ciddi rejim tələb etməyə başlayır
və bu yükün altında qalmaq ağırlıq edir. Həm dövlət işimlə bağlı zaman
qıtlığı həmçinin texniki işlərlə bağlı zəif bilməyim bu işdə saytın
digər ortağı (əslində isə qardaşdan da yaxın olan Mammadov VC) devrəyə
girdi :) Hansıki bu vaxta qədər o saytda görünmürdü , o gündən də sonra
yerimizi dəyişdik. Amma siz saytda birimizi belə görsəniz inanın ki,
bütün sosial şəbəkələrdə saatımız ayrı keçmir 111)))))
4.Necə xarakterə sahibsiz?Ciddimi ,zarafatcılmı,yoxsa deyəcəksiz yeri və zamanına görə xarakterimi sərgiləyirəm?)
Yeri
və zamanına görə xarakter sərgiləmirəm)) Qarşımdakı insana görə necə
xarakter göstərəcəyimə bağlıdır o. İnsanına görə dəyişir yani)
5.Sizə
indi yazdığım sualı vermək istəyərkən ağlıma bir mahnı gəldi (İfrat
Şahin meyxanaçılarına aid olan -Ağlın varsa evlənmə)))Siz bu musiqinin
sözləri ilə razısınızmı?Desəm ki, sizə həmyaşıdlarınıza və
həmcinslərinizə burda evlənmə barəsində bir iki məsləhət verin siz
qarşılığında "Ağlınız varsa evlənməyin"deyəcəksiz ya "Ağlınız varsa
evlənin"?)))

Düzü o mahnını yaxud meyxananı eşitməmişəm. Amma hər kim oxuyubsa çox yalnış oxuyub. Evliliyi hər kəsə tövsiyyə edirəm.
6.Şəxsi
həyatınızla bağlı suallarıma son qoyub birazda ətrafdan sizə suallarım
olacaq.Qabaqlarda bir komedi izləyirdim tv-də,sizdə tanımamış olmarsız:)
Coşqun və Rafelin komedi konsertini:)deyilmiş sözləri insanların üzündə
təbəssüm yaratmaqlarına görə olsada həqiqət çoxuydu.Demək yas
mərasimində olan yemək verilmə qaydaları,sanki toy keçirirmişlər kimi
meyvəsinə qədər hər bir keşidlər olmalıdı süfrədə(özlərinə söz veriblər
sanki).Sizcə cəmiyyətimizin bu addımları nədən irəli gəlir?Qonşudan dala
qalmamaları üçünmü ya acgözlük yoxsa özlərini ətrafa sübut etmələrinə
görəmi?

Burada yalnızca bir səbəb var. Verilən ehsan ehsanlıqdan çıxıb sadəcə gələnlərin yanında prestij qazanmaq rejiminə keçib.
7.*Qadın
xasiyyəti pul yoxkən, kişi xasiyyəti isə pul çoxkən aydınlaşır.-Bu
proflinizdə olan statunuz məni çox düşündürüb bir o qədərdə maraqlı
gəlib açıqlaması,demirəm ki,mənasını anlamıram amma bu statusun
paylaşanı olaraq ayıdınlıq gətirə bilərsinizmi ?Bir kişinin xasiyyəti
pulla ölçülürmü?

Burada əslində məna heçdə çətin deyil. Pul çox
olarkən kişi o kişidir ki, mənliyini itirməsin. Pul yox olarkən isə
qadın o qadındır ki, iffətini itirməsin. Halbuki indiki zamanda bu
dediklərimin əksi təəssüfki yaşanmaqdadır.
8.Sizi
indi çoxxx uzaqlara aparacam bəlkə)Əsgərlik illərinizdən sualım
olacaq:)Yəqin əsgərliyinizi etmisiz indiki gənclər kimi "Xəstə
vayinni"bileti alıb evdə oturanlardan deyilsiz məncə))Bizim stilnni gənc
oğlanlarımız evdə şkaflarında "xəstə vayinni"biletini alıb gizlədirlər,
çöldə isə güc nümayişinə çıxırlar))Siz necə əsl gücünüzü əsgərlikdə
göstərib çöldə sakit xarakterlisiz ya hər iki slujbada sakit həyat
tərzini sevirsiz?

:)))) Dəyərli xanım, mən 14 yaşımdan
əsgərlikdəyəm və hələdə 15 ildir ki, əsgərliyimi davam etdirirəm. Ona
görə sualınızı əsgərliyi çəkib gələnlərdən soruşun :))
9.Deyirəm Admin bəy
Kimlərə qaldı dünya,
Dolub boşaldı dünya
Olmadı sirrin açan
Misirli qaldı dünya:)
Allah
Məmmədbağır Bağırzadəyə qəni-qəni rəhmət eləsin,çox mənalı ,indidə
musiqilərini dinlədikdə dinləməyə davam etmək istəyirsən.Yuxarıda qeyd
etdiyim musiqinin nəqarətinin sözlərini çox bəyənirəm.Sizcə bu dünya
kimlərə qalıb və kimlərə qalacaq?

Onu bilirəm ki, bütün cihanı
(dünyanı) fəth edən Çingiz xana, Makedoniyalı İsgəndərə və Sultan
Suleymana qalmayan dünya nə mənə qalaca nədə ki sizə.))) Odur ki,
dünyanı sevməyi heç kəsə arzulamıram.
10.Varlı
balalarının uşaqlıqda oynadıqları maşın böyük kamazlar,kasıb balalarının
uşaqlıqda oynadıqları məftildən düzədilmiş təkər,rol sonunda gözləriylə
gördükləri böyük maşın....Varlı balalarının uşaqları böyüdüklərində(18
yaşlarında)altlarında BMV, porşe,kasıb balalarının uşaqları
böyüdükdə(18yaşlarında) 06,07 ...Mən bu Vətənimizdə olan haqqsızlıqdan
danışsam sizə sualımı unudaram deyə keçid alıram suala)..Niyə
vətənimizdə insanların hər biri eyni təbəqədə yer almırlar ?Niyə varlı
insanlar öz övladlarını pulla gözlərini bağlayırlar(Hamısı karrupsiya
nəticəsində əldə etdikləridi)?

Bunun adı sadəcə Kapitalizimdir.
Bunu biz yaxud da siz seçmirsiz. Bunu dünyanı idarə edən ailələrin
qərarlarıdır ki, buna uymağa istəsək də istəməsək də məcburuq))
11.Vətənimizdə
Qadın və kişi hüqüqları bərabərdimi?Sizdə bəzi kişilər kimi
düşünürsüz(Arvad nədi işləmək nədi,arvad dediyin ancaq evdə
oturmalıdı)deyə deyimləri "kişilər"dedikdə nədənsə simalarına baxırsan
bir an qeyrət gəlir))Amma həmən sözü deyən kişinin evdə arvadıyla
danışığını belə görmək istəmərsiz(olur quzu bala)inanırsız çoxdu
belələri))Sizində bu barədə fikriniz bizlər üçün maraqlı olar.

Qadın
kişi bərabərliyi Vətənlə bağlı olmur). Onu bərabərləşdirən yaxud
nataraz saxlayan Cəmiyyətdir. Qadın Kişi bərabərliyi ilk öncə ailələrdən
başlanmalı və fərq qoyulmamalıdır. Əlbəttə qadının ali təhsilli, dünya
görüşlü olması şərtdir. Çünki dünya fanidir, kişi xəstələnə yaxud ölə
bilər. Dediyiniz kimi desək "arvad" kişisi öldü deyə əllərə baxmaması
üçün, qapılara düşməməsi üçün təhsilli olub işləyərək namusu ilə
balalarına baxmalıdır.
12.Bu sualı sizə verməsəm olmaz))Hər
müsahibəmdə bu sualı hər kəsə verməyi düşünürəm,çünki necə ki,insanlar
fərqli xarakterə sahibdilər həmçinin fikirləri düşüncələridə fərqli
olur.Siz sevgi hissini bizə necə açıqlaya bilərsiz?İndiki zamanda olan
sevgi hissləri niyə bu qədər ucuzlaşıb,adiləşib ya
adiləşdiriblər,günahkar qismində oğlanlarımı görürsüz ya qızlarımızımı?

Bu sualı bu hissi yaşayan birinə verin zəhmət olmasa)))
13."Mentalitetin" açıqlamasını istəsəm necə cavablayarsız?Sizcə ölkəmizdə mentalitetimiz qorunurmu?
Bir
cümlə ilə ifadə edəcəm. Mentalitet - bəzi kəslər üçün "geridə qalmış
qaydalar", bəzi kəslər üçün isə həyat devizi, formalaşmaqda yardımçı
olan bir yol.
14.Azda olsa sayta daxil
olursuz,fikirlərini,şərhlərini bəyəndiyiniz userler varmı?(Ad
şərtidir))Bir neçə hörmət etdiyiniz userlerin adını qeyd edərsinizmi?

İnanın
bu sözümdə çox ama çox səmimiyəm. Saytımıza girən hər bir useri, 1 şərh
yazandan 100.000 şərh yazanına kimi eyni baxıb hörmət edirəm.
15.Artıq
müsahibəmizin sonuna çatdıq,ümid edirəm suallarımı
bəyəndiz,saytımıza-saytımızın qadınlarına arzularınız, özünüzdən balaca
qızlarımıza məsləhətləriniz varsa buyurub yaza bilərsiz.

Saytımızın
həm qadınlarına həm balaca qızlarımıza Fatimə anamız kimi iffətli və
imanlı olmağı, Sara xatun kimi savadlı olmağı və ölkəmizin 1-ci xanımı
kimi baxımlı olmağı arzu edirəm)))скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!