Bu günün SƏBƏBKARI - Fi-Ra

Bu günün SƏBƏBKARI - Fi-Ra
Qadınlar.Co
10.09.2017 9
Salam
gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə
qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün
SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan
deyirəm.... bu günün səbəbkarı saytımızın :zhappy%20birthday: Fi-Ra-di... :zhappy%20birthday:
buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın.. 

 

Bu günün SƏBƏBKARI - Fi-Ra 

 

1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.

- Babayeva Fidan.



2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?

- 29 mart 1997-ci il



3.Bir yaşını geridə qoyub yeni yaşına qədəm qoyursan bu gün. Necə hiss edirsən özünü bu yaşda?

-Çox yaxşı hiss edirəm özümü. Get- gedə yaşımın üstünə bir yaş daha
gəlir qocalıram yavaş-yavaş :23: Amma özümü hələ də uşaq kimi hiss
edirəm baxmayaraq ki, artıq anayam.



4. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?

- Gözəl duyğudur. Həmin gün sənə daha çox fikir verirlər, daha çox
əzizləyirlər və daha çox sevilirsən. Hətta elə olur ki, heç gözləmədiyin
adam səni təbrik edir. Get- gedə yaşlandığın üçün, uşaqlığını geridə
qoyduğun üçün bir az hüznlü, amma öz ad günün olduğu üçün də sevincli
duyğudur.



5. Bu günə qədər çox hədiyyələr
almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə
söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?


_ Yox onu heç vaxt bilməmişəm.



6. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?

- Bir az gülməli çıxacaq desəm. Aldığım hədiyyələr hamısı mənim üçün
dəyərli və gözəl olub. Amma bu aldığım hədiyyə tamam başqa idi. Mən
minionlar multikini çox sevirəm. Doymuram ona baxmaqdan. Keçən il ad
günümdə qayınım mənə onun kuklasını almışdı. Hədiyyəni mənə verəndə o
qədər sevindim ki, sevincimnən gözlərim yaşardı. :30: 



7. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?

- Xeyr olmayıb. Əsas odu ki, sayıb alıblar. Hədiyyənin böyüklüyü və ya kiçikliyi, baha və ya ucuz olması önəmli deyil mənimçün.



8. Hədiyyə ilə bağlı bir sual da
verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını
istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə
verilə?


- Yox olmayıb.



9. Sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?

- Hə sevgilim yox nişanlım deyək. Mənə mələk qanadı boyunbağı almışdı.



10. Ailə həyatı qurduqdan sonra sevdiyinlə keçirdiyin ilk doğum günün yadındadırmı?

- Hə yadımdadır. Gözəl gün idi. Öz ailəmdən ayrı amma yeni ailəmlə keçirdiyim ilk ad günüm idi.



11. Ana üçün bu dünyada ən gözəl
hədiyyə onun balaları ilə birgə keçirməsidir doğum gününü. Şirin qızının
sənə ilk etdikləri doğum günü hədiyyəsi nə olmuşdur?


- Qızım hələ çox balacadı. Hələ əli ilə nəyisə tam tuta bilmir. O ki, qaldı mənə hədiyyə verə))))



12. Hər bir insan doğum günü
yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç
nə vaxtsa doğum gününü unudublar?


- Hə unudulub. Yaxın qohumumuz rəhmətə getmişdi baş qarışıq idi. Heç kəsin yadında deyildi ad günüm.

Heç bacılarım və qardaşımda xatırlamamışdı. Pis
olmuşdum. Axşam atam məktəbdə xərclik üçün pul verəndə soruşdu nə olub
dedim mənim ad günümdü bugün. Amma bəhrəsini də gördüm ata mənə yaxşı
pul verdi ki, mən unutmuşam özünə hədiyyə əvəzi nəsə alarsan)))



13. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?

- Yox olmayıb. Hardandı məndə o bəxt :23: 



14. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?

- Hə məktəbdə keçirmişdim bir dəfə sinif yoldaşlarımla. Çox maraqlı alınmışdı.



15. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?

- Hə yuxarıda da qeyd etdiyim kimi ailəm unutmuşdu.



16. Bilirəm ki, bu gün doğum günün
olsa da çoxlu işləyəcəksən. Doğum günündə işləmək necədi? Axı necə də
olmasa doğum günümdür deyə insan bir az ərköyün olur.


- Mən işləməyi sevənəm. Hələ ki, öz ad günümdə daha çox iş görməyi
xoşlayıyam. Çünki, işin sonunda istəyirəm gözəl nəticə alınsın. Hətta ad
günü tortumu da özüm bişirirəm.



17. Bildiyim qədəri ilə bu
qadinlar. biz-lilərlə keçirdiyin birinci doğum günündür. Bu il doğum
gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?


- Super hissdir. Hələ ki, yeniyəm burda amma qızlar mənə o qədər doğma gəlir ki, elə bil neçə illik tanışımdılar.



18. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?

- Yeniyəm deyə burda hələ ki, dostum yoxdur. Eləyən də sağolsun, eləməyən də.



19. Bu yaşına qədər keçirdiyin
doğum günlərində səni çox adam təbrik edib yəqin ki.Bəs o təbriklərin
içində sənə təəccüblü gələni, maraqlı, süpriz olanı hansı olub?


-Çox olub maraqlı hədiyyələr. Amma ən gözəli yuxarıda da yazdığım kimi qayınımın aldığı minion kuklası olub.



20. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?

- Sağlamlıq, xobəxtlik və bütün dünyaya sülh, əmin-amanlıq diləyirəm.

Mənə lahiyədə yer verdiyiniz üçün çox sağolun təşəkkürlər.

 

Bu günün SƏBƏBKARI - Fi-Ra

 

Canım mənim, doğum günün mübarək olsun... diləyim
Tanrı hər günündə xoşbəxt olacağın sevgi və səadət dolu bir həyat nəsib
eləsin... amin... öpürəm....

 



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!