Mən və O - Miss_Oxatan ilə maraqlı müsahibəm

Mən və O - Miss_Oxatan ilə maraqlı müsahibəm
Qadınlar.Co
10.09.2017 12
1.Salam Gülka)mən Adıvın hər zaman
qısadılmış formasını yazsamda ,birdə sən özüvü istədiyin tərzdə
Qadınlar.biz saytın qızlarına təqdim elə.Buyur söz sənindi)


Və alekum salam.Yaxşı eliyirsən qısalt.Qızlar var adları ya
Bağdagüldü ya  Səkinədir ya Ümbülnisə saytlarda türk adları ilə
qeydiyyatdan kecirlər,Aylin,Cansu,Nihan.utanırlarda guya.təki bu fasonda
qısaltayaq adlarımızı. :bookiz: Mən Günay,Psosta Günay :09: 

 

2.Yaşını soruşmayacam
həmçinin evli olub olmadığınıda,hansı peşəyə sahib olduğun haqqda sual
versəm nələri bizlərə bildirərsən?Bu sualı verməyimin səbəbi gələcəyinə
hazırlaşan, oxuyan qızlarımız hansısa sənəd sahibi olmağın nə qədər
vacibliyini öyrənsinlər.


Mənim ixtisasım İngilis dili müəlliməsidir.Ancaq heç vaxt müəllimə
işləməmişəm.Dəfələrlə cəhd elədim,ancaq o vaxt elə məbləğ (rüşvət) tələb
etdilər ki,verəcəkləri maaşla həmən məbləğı yeməyib içməyib 10 ilə
yığardım.Məndə razılaşmadım.Ancaq boş da dayanmadım.Atçılıq turizm
mərkəzində 3 il turizm üzrə baş mütəxəssis vəzifəsində çalışdım.İşim çox
maraqlı idi.Müəyyən səbəbdən istehfa etdim daha sonra.Bir neçə aydan
isə Rusiyaya gəldim,tamamən başqa bir sahədə işləməyə başladım.İndi
bəlli səbəbdən dolayı işləmirəm.Müvəqqətidir.Çünki,mən işləməsəm vavam
suyum çatmaz)))

 

3.Saytımızın Zəlimxanı deyərdim
sənə(fikirlərini bizlərə dərindən uzun şəkildə bildirdiyin üçün))Həyatda
da belə xarakterə sahibsən?Birilərinə sözünü çatdırmağ üçün uzun uzadı
danışırsanmı yoxsa (əşii)kimdi bunlarla başını yoran dilinin altında
pıçıldayanlardansanmı?)


O baxır adamına.Vallah elə insanlar var həyatda görürsən ki,səhv
yoldadı,bir şeyləri düz eləmir.Oturursan hər vəchlə başa salırsan.Elə
lal dinməz qulaq asır elə bilirsən yola gələcək,sözlərinin xeyri
olacaq.Ancaq qulaq asır-asır axırda yenə də əvvəl dediyi sözü deyəndə
adam lori dildə desəm lap yanır tökülür.Onda bərkdən deyirəm Heyvanina
şükür.Ona görə də daha baxıram o insan kimdir,hansı əqidədədir.Elə
insanlar var həyatda onlar səhv yolda olanda bütün insanlar yığılır başa
salır görürsən xeyri olmur öz bildiyini deyir və edir,belə insanlar
başı divara dəyir sonra ağıllanır.Ona görə də başqa çarə yoxdur.Qoy elə
getsin bildiyini etsin qansın ki,özü yıxılan ağlamaz.Sən idin bu qədər
insanın sözünü,məsləhətini heçə sayıb özünü daha ağıllı hesab edən?İndi
get suyu süzülə-süzülə qayıt o insanların üstünə.Sözü də gərək qanana
deyəsən.Qanmaza xeyrı yoxdur elə qanmazdır.Necə deyərlər,quyuya su
tökməklə quyu dolmaz.



4.Saytın adminlərinə bu sualı
verdikdə sualdan yayındılar,şəxsi işə sahib olduqları üçün)Amma sən
şəxsi işlərdən uzaqsan tanıdığım qədəri ilə:)Vətənimizdə yuxarıda oturan
başçımız  torpaqlarımızdan danışanda
"Alınacaq,qorxurlar,qaytıralacaq,sülh yolu ilə həll olunacaq"deyimlərini
hər dəfəsində desədə artıq bu 20 ildən çoxdu boşuna verilmiş vədlər
olur cəmiyyətə)Sən necə düşünürsən bu barədə səbəbkarlar kimlərdi?


Nə 20 il?Bir əsrdir artıq.Erməni təkcə Qarabağı yox,İrəvanı,Zəngəzuru
və s.zəbt elədi.Bir söz deyim də.Müharibəni də gərək kişi kimi edəsən
ki,sülh olsa da ürəkdın əl sıxasan.erməni kişi kimi döyüşmədi axı,neçə
neçə qadınların namusunu kirlətdilər,namusunu ləkəyən millətlə əl
sıxışıb sülh etməyə utanmayacaqlarsa onda daha onlara sözüm olmaz.Yaxşı
sülhlə aldın torpaqları geri qaytardın bəs o qadınların təcavüz
səs-sədalarına qulaqlarınl nə ilı tıxayacaqsan?Hələ min bir işgəncə ilə
qətlə yetirilən qocaları,uşaqları demirəm.Ona görə də məsələyə bu
prizmadan yanaşmaları lazımdır.Onsuzda hər gün şəhd veririk də.bir
dəfəlik müharibə olsaydı bu yalançı atəşkəs rejimindən sonra  Vallah hec
bu qədər şəhid verməzdik.Həm torpaqlar alınardı həmdə daha az şəhid
verilərdi.Müharibə eləmirlər ki,guya şəhid olmasın.Oturub hesablasınlar
onda müharibə olmaya-olmaya nə qədər şəhid olub və muqayisə etsinlər
muharibə olsaydı nə qədər şəhid olardı.Çünki sərf eləmir.Belə daha
məqbuldur.

 

5.Xəyanətlə bağlı saytımızda
xəbərlər olduqda (türklər demiş tüklerin diken diken olur sənin)Xəyanəti
bağışlayan qadınlara ya savadıszlıqdan,ya qorxaqlıqdan yada cəsarətsiz
olduqları üçün bağışlayırlar deyirsən,Amma savadlı olubda bağışlayan
qadınlarda var,onları hansı qrupa aidd edəcəksən?Bir gecəlik nəfsinə
qurban olmuş kişini hansısa küçə qadına görə qadının ailəsinin dağıtmağı
səncə düzgündürmü?


Yox bunun savadsizlıqla bir o qədərdə əlaqəsi yoxdur.Cahillik təhsillə
ölçülmür.Güclü xarakter deyə bir söz var.İnsan təhsilidə,puluda hır şeyi
qazana bilər öz arzuları ilə ama güclü xarakter,tək başına ayaqda qala
bilmək bacarığı nə alınmır nə qazanılmır.O ya anadan gəlmə olmalıdır
qadında (genetika vacibdir) , ya da güclü qadınlardan bəhs edən
romanlar,kitablar oxumalıdır.ya da ətrafında birilərindən görüb
götürməlidir.İllər əvvəl bir qadin tanıyırdım,imkanlı ailə q idi və 2
ali savadi var idi.Ər xəyanətinə məruz qalmışdı dəfələrlə,hər kəs
məəttəl qalırdı bu qədər imkan savad bu qadın niyə dözür qəul edirşYoxsa
bu qədərmi sevir?ailəsi də geri gəlsə qəbul edirdi.Ona niyə buna özünü
məcbur edirsən sualını soruşanda deyirdi ki,iki uşaqla ayrı
bacarmaram.Nəyi bacarmarsan axi sualını verəndədə susurdu.özüdə çox
yaxşı yerdə çalşırdı maaş yüksək.çünki zəif xarakterde bir insandir.Hər
şeyi var ama qorxaqdır.İşburasındadır ki qorxduğu bir şeydə yoxdur hec
pzudə bilmir nədən qorxur.Səbəb isə cəsarətsizlik və özünə
güvənsizlikdir.İnsan gərək özünə güvənsin ən birinci gerisi kolay.Ancaq
bir qadında tanıyıram,heç yeri oxumayıb onunda 2 övladı var,cavan
qadındır,əri xəyanət etdi,həmən həftə sivil yolla ayrılmağa addım
atdı,indi toylarda qab yuyur iki ovladınada baxır üstəlik ali mətkəbədə
qəbul oldu uşaqlar.Qadını güclü nə pul edir nə də təhsil.Yenə də
özgüvən.

 

6.Qabaqlarda çox mənalı bir status
eşitdim hətta neçə günlərdi öz -özümə təkrar edib ,gələcəyim üçün
qulağımda sırğa etdim:)Həmən status budu:

"Ey insan bağlanma bu fani dünyaya nə qədər qar dənəcikləri
olsanda,günəşin istiliyi bir gün sənidə əridəcəkdi"-bilirəm indi sənidə
düşündürəcək bu sözlər bu statusu oxuyarkən daha hansı sözləri əlavə
etmək istərdin?


Çox dərin mənalı sözdür.Dəvədən böyük fil var.İnsanda özgüvən çox gözəl
haldır ancaq hər şey gərək qədərində olsun.Özgüvənidə daxili aləmdə elə
tarazlaşdırmaq lazımdır ki,ozündən razılığa çevrilməsin.Ancaq bu özüdə
xislətdir.Nəfisdən irəli gəlir.Əlində olanla kifayətlənmək lazımdır,gözü
tox olmaq lazımdır.Yoxsa əlindəkini də itirərsən.



7.Ailə münaqişələri son zamanlar
artmaqda davam edən başlıca problemlərdən biri,kimiləri vəhşiliyi
öhtəliyinə götürüb cinayətlə sonlandırır,kimiləri qadının hər gününü
dustaq həyata məhkum edir.Belə münaqişələrdə səbəbkar olaraq kimləri
görürsən bir ailəli xanım olaraq?Hansı tərəfin susması lazımdı və əsas
hansı yolla problemləri həll etmək olar?


Haqlısansa susmamalısan.istər ailədə,istər işdə,istər harda
olursansa ol.Əgər mən hansısa mövzuda haqlıyamsa,ərim ya da başqası
səsini ya da əlini qaldıraraq mən kişiyəm mən desəm qatıq qaradır səs
susmalısan desə mən ondan qabaq cumaram.Tam səmimiyyətimlə deyirəm,kim
necə istəyir elə də başa düşsün.Əvvəla məsələni o həddə çatdırmamalısan
ki,sphbət "əlbayağa" döyüş həddinə çatsın.Ancaq neynəsən ki,elə adamlar
var,o saat qabaqdan gəlmişlik edib həyasızlıqlarına salırlar.Sözün demək
tərzi var.Qız vaxtıda eləydim evdə.Tutaq nəsə etməliyəm və bilirəm ki
onu etsəm mən ondan bir yox min xeyir götürəcəm.Əgər evdə onu məbə əmr
tələb formasında desəydilər vur öldür etmirdim.Axı sən nəbilirsən mən
narazı olacam?Normal şəkildə söylə əvvəldən mən  niyə "otkaz" edim
ki?Bir sözlə məcburiyyət,sıxışdlrlmaq,əmr mənlik deyil.istəmədiyim
hecnəyi heç kim mənə zorla elətdirə bilməz lap işgəncədə versələr))))Ona
görə də ərə gedəndən sonra,gedənə kimi o istəkli nişanlı dövründə özünü
necə tanıtdın elədə gedəcək.Yoxsa qızar öz evlərini belə yıxırlar.Alsın
deyə əvvəldən özünü bundan mehribanı,hər sözə amin deyəni yoxdur kimi
gosterirlər gedəndən sonra vapşe bilirsən nə var dədəm evində mən
beləydim.Əlbəttə o ailədə o ərdə şoka düşəcək.deyəcək axı əvvəl belə
demirdin?Oğlanlardan da var beləsi.qıza əvvəl özünü başqa cür tanıdır
toydan sonra buynuz çıxardır.Səmimi olasan gərək.Pis tərəflərini də
əvvəldən göstərə biləsən.

 

8.Bir misal var filankəs o insanı suyla aparar susuz gətirər))Bəs Gülkanı nəylə aparıb nəylə gətirərlər?))

Əvvəla istəmədiyim bir yerə həvəs yoxdusa getmirəm)))bir dı hır adamın
yanına düşüb getmirəm)))ikinci də biz tərəfdə o işə mən baxıram,zəhləm
gedənləri elə məharətlə suyla aparıb susuz gətirirəm ki fələyi şaşır
:girl_witch:

 

9.Desəm ki,hansı xarakterə mənsub olan insanlarla yola getməyi bacarırsan, necə kriyeteraları nəzərə alıb yazarsan?

Səmimi və vicdanlı olsun.Üzdə mənimlə yaxşı ol üzümü çevirən kimi
qeybətimi et,belə insanları avtomatik olaraq çevrəmdən silirəm.Özdə
səssiz səmirsiz də yox.Əvvəl yaxşıca bir ortam yaradıram,ürəyimdə ki
sözləri deyirəm sonra.Yəni qansın ki qanmaz onun özüdür,mən onun nə mal
olduğunu bilirəm.



10.Saytda az yaşlı qızların olduğunu
görən Gülka ,dayanmayıb öz açıqsözlüyünü şərh vastəsilə qısada olsa
bildirməyə çalışana fürsət yaradıram indi daha aydın şəkildə sözünü
bildirməsi üçün:) Özündən yaşca balaca qızlarımıza nə məsləhət vermək
istərdin vaxtını daha çox harda necə keçirsinlər?


Elə o gün birini xatirə dəftəri layihəsində gördüm.5ci sinifdə
oxuyur.Yaxşı onlar qanmır,bu analar hara baxır,uşaq əlinə telefon
komputer alanda niyə maraqlanmır neynir axi orda saatlarca?Çatmir mənə
elə analar atalar.Adminlərdə də görürəm gunah.artıq sən bildin də bu
uşaqdı,elə də ban.detski mirdi elə bil.Ay uşaqlar,gedin oturun ders
oxuyun,siz birde 10-12-13-14-15 yaşlarda olmayacaqsız.Öz yaşınızı
yaşınıza uyğun işləri görməklə kecirin.Xəbər yox dərs oxuyun.Sonda
budunuzda cimdikləyib agziniza qoyanda deyəcəm sizə.-Bu da onlara
özümsayağı sözüm :yay:

 

11.Birinə baxırsan
"paxıllıq",digərinə baxdıqda "dede-qodu",üzünü döndərib daha birinə
baxdıqda isə "onda var məndə niyə yoxdu"fikirləri ilə olan insanlarımız
,üzdə mələk rolunda arxamızda isə "min üzlü"rolunda ,səncə insanlar niyə
bu qədər bir- birilərindən soyuyub mənfi hisslər keçirirlər?


Bunun əsas səbəblərindən biri,pula,maddiyata daha çox dəyər
vermələridir.paxıllıq edirlər bir birinin evlərinə,əşyalarına,dedi qodu
edirlər çunki bir birini gözləri götürmur,onda var mende niye yoxdur
deyirlər səbəbi nəfislərinin əsiri olmasıdır.Bunlarda dolayısı ilə yenə
də bağlanır insanların bugun hər şeydən daha çox pula önəm
verməsinə.belə insanlardan tərbiyyə alan övladların gələcəyindən heçnə
gözləmə.Korrupsiya evdən başlayar.Sonrada deyirlər flankes özünü
asdi,niye,kredit borcu var.Gunahar kimdir?Bank.Sadecə bəhanədir.Sənin
nəfsin tox deyil,qonşuda var məndə niyə olmasın deyib girirsən borca
xərcə alırsan özünə maşın,övladına bahalı telefonlar,arvadına şuba sonra
da get özünü as kendirdən iş bilmişəm.Əlində olana qane olsa insan
övladı belə olmaz.Təbii ki istisnalar var.hami bu səbəblərdən
borclanmır.Belə hallar paxıllıqdan eqozimdən yaranır.Cahillikdir sadəcə.

 

12."Papağımı belə qoysam onda qız
məndən qorxar elə bilər ki,Bakı ofisiyəm:)yox belə qoysam onda da qız
məndən güvüşər elə bilər ki,Qarabağın pambuq veyləsindənəm))yaxşı ancaq
belə qoysam onda da qızın məndən lapp zəhləsi gedər elə bilər ki,Gəncə
qumarbazıyam")))-Köhnə filmlərimizdən olan "O olmasın bu olsun"bu
sözləri deyən Məşdibad hər dəfə tv-də görsəmdə yenədə izlədiyim
filmlərdən biridi)Bəs Gülka öz papağını necə qoyur ki,ona yaxın olan
şəxslər onu daha çox sevsinlər?))


Məşədi İbadlar indi daha çoxdur cəmiyyətimizdə.Cib dolu baş boş.Bir var
millət bir var kütlə.Savadlı agıllı cahillikdən uzaq toplum millət
adlanır.Cahil,savadsız,intellekt seviyyəsi sıfıra bərabər toplum isə
kütlə adlanır.Bugün savadsızlar cahillər daha çoxdur deyə kütlə
adlandırsam kimsə inciməz yəqin məndən.Ona görə də xalq bugundədir
indi.İndiki uşaqlar gənclər məhvə doğru gedir.Əllərində telefon axmaq
işlərlə məşğulduıar.Bir qphumum var 10cu sinifdə oxuyur.2 ildir
Coğrafiyadan məşğələyə gedir ailəsi pullar tökür sual versim
Azerbaycanın ərzasisi neçə kvadrat kilometrdir,qoyun kimi gözünü
döydü.Gör indi gələcəkdə Məşədi İbadlar nə qədər olacaqda bizim bu
"kütləmizdə".Mən bu suala cavab onda verərdim ki,Məşədi İbadlar kimi
başım boş olardı.Ona görə də bu suala bu tərzdə cavab verdim.

 

13.Əslində bu sualı vermək
istəməzdim daha doğrusu bu mövzu haqqında danışmağı sevmirəm,amma bir
evli xanım olaraq fikirini bilmək maraqlı olacaq.Qaynana gəlin
münasibətləri neçə illər davam etsədə bitməz -tükənməz söz-
söhbətlər...Günahı ilk növbədə kimdə görürsən?)


Belə söz var.Deyir bir gun dunyada bütün muharibələr bitəcək bircə
qaynana gəlin muharibəsindən başqa :23: Bilirsən necədir?Biz qadınıar
hiyləgərik və paylaşmağı sevmirik.Qaynanada qadındir gəlində
qadındır.Biz iki qadın eyni cinsdə ola-ola bir birimizi başa
düşmədiyimiz halda,qaynana ilə gəlin dalaşanda ərdən tələb edirik
ki,məni başa düş.Ortaq məxrəci tutmaq lazımdır.Yox əgər görsım ki,yoxe
qarşı tərəf çox cığallıq edir onda neyyyo var külahlari deyişirəm.Oluram
bam-başqa Günay.sonunu düşünən qəhrəman olmaz.Yuxarıdada dediyim kimi
mən məcburuyyət,əmr belə şeylər qəbuı eləmirəm onda qeyri ixtiyari
deyişilirəm.Qabağımdakı kimdir,mənim nəyimdir,ay beıə etsəm onu
itirərəme birdən qətiyyən düşünmürəm heç vecimədə almıram axıra kimi
gedirəm.Haqsızlıq gördümsə mən tamamən dəyişilirəm.Heç özümdə özümü
tanımıram.Pislikdə edərəm hətta etiraf edirəm.Məni dəyişməyə məcbur
etməsinlər luçşe)))Qaynana gəlin munsibətindən getmir tək sohbət hər
hansı munasibətdə haqsızlıq görsən dəyişilirəm.

 

14.Bu qədər düşündürücü suallardan
sonra saytımızdan danışmasaq olmaz:)Hər gün saytın (PERFECTY)useri
olaraq sayta daxil olub şərh yazma əsnasında digər qızlarımızında
şərhlərinə fikir verməmiş olmarsan)Kimin şərhlərini oxuyub fikirlərinə
diqqət yetirirsən?)


Perfect-yəni mükəmməl)))Mən xəbərə keçirəm rəy yazıram sonra
həvəsim olsa oxuyuram başqa şərhləri.oxusam hamisini oxuyuram oxumasam
hec birini.konkret şərhlərini izədiyim user yoxdur.Hərənin öz fikri var.



15.Və sona doğru çatdıq ümid edirəm
səndə sualları bəyənmiş olarsan)Sonda qadınlarımıza,balaca qızlarımıza
arzuların və sözlərin.


Əlbəttə çox bəyəndim.Əlinə sağlıq)))Xanımıarımıza sözlərim nə
olsun.Xəbərlərə şərh yazanda statusum artsin deyə şablon sozlər
yazmayın.Yaşınız düşmürsə bu saytlara daxil olmayin.Bu sayta dair
sozlərim.Həyatda isə cahil olmayın.Heç yerdə qoymayın sizi
əzsinlər.Haqqlarınızı huquqlarinizi bilin və izn verməyin
tapdasinlar.Seriayallara az baxin,ona ayiran vaxtinizi uşaqlarin təlim
tərbiyəsinə ayırın.Ərlərinizə sadiq olun və onlarinda sizə sadiq olub
olmamasina həmişə nəzarət yetirin.Xəyanəti bağışlamayın.Əsası
budur.Özünüzə güvənin,qadınlıq qururunuza sahib çıxın.Vicdanlı olun.Bir
sözlə Allahın sizi qadın olaraq yaratdiği üçün qadin olmağın haqqını
verin.Qadın olmaq daha şərəflidir əks halda əhli-beyt qadından şəcərə
etməzdi!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!