Mən və O - my_angel ilə maraqlı müsahibəm

Mən və O - my_angel ilə maraqlı müsahibəm
Qadınlar.Co
10.09.2017 9
1.Gözəl adın sahibkarı olan Billura Salam olsun)necəsiz?

Aleykum Salam. Yaxşıyam şükür. Siz yaxşı olun)



2.Müsahibəmdə
iştirak etmək istəməmin səbəbi dərsliyə çox önəm verməyinizdi.Necə
fikirlər bildirəsiz bu haqqda? Oxumaq ,bilik sahibi olmaq çətindirmi?


Oxumağa-dərsliyə
önəm verməyimin səbəbi gələcəyimi fikirləşməyim,təhsilə önəm
verməyimdir. "Təhsil millətin gələcəyidir" necə də gözəl deyib ümumilli
lider..

"Oxumaq iynə ilə gor qazmaq qədər çətindir". Bəli, oxumaq
çətindir. Amma əziyyət çəkib oxusaq,savada yiyələnsək,gələcəkdə
bəhrəsini görəcəyik. Qısacası gələciyimiz üçün oxumaq lazımdır..

 

3.Mənimdə ən böyük arzum həkim olmağıydı:)Çox təəsüflər olsun
reallaşdıra bilməsəmdə biliyimi bu sahədə artırmaq üçün hər zaman özüm
üçün faydalı məlumatlar toplayıram,reallaşdıra bilmədiyim sənədimi oğlum
bir gün reallaşdırar deyə çalışıram onun üzərində..Gələcəyin həkimi
olan Billur deyərdim(Allah izni ilə arzuva çatarsız)Bu haqqda nə
fikirləşirsiz?Bu sahədə özünüzü xəyal etmək sizə necə güc bəxş edir?


İnşaAllah oğlunuz həkim olar.)deyirəm mən də..

inşaAllah
hər kəs arzusuna çatar, bu haqda belə fikir irəli sürə bilərəm ki, mən
qəlbimdəki həkimliyə olan sevgi hissi ilə axıracan addımlasam,inanıran
gələcəyin ən savadlı,peşəkar ,mütəxəssis həkimi ola
bilərəm..inşaAllah..Amin.

özümü həkim kimi təsəvvür etmək mənə ilham,əzm və iradə bəxş edir..

 

4.Bəzi qızlar anasıynan dost olur sirlərini bölüşür,bəziləri isə
qorxur,amma bəzən də ana buna şərait yaratmır.Siz necə düşünürsüz
sirlərinizi ananızla bölüşməyi üstün tutursuz ya (Anama desəm reaksiyası
pis olar)deyə çəkinirsiz?)


Belə düşünürəm ki, ana şərait yaratmalıdı
qızının sirrini öyrənmək üçün. Məndə də bəzən elə olur ki, mən də
çəkinirəm anama bəzi şeyləri deməyə "reaksiyası mənfi olar"
düşüncəsiylə..





5.Hələ ki,məktəbli qızlarımızdan
birisiz,yaşınız 16 belə olsa sizin yaşınızda məktəbin az yaşlı uşaqların
oxuyan mərtəbəsində oğlanlarla görüşən qızlarımızda az deyil))Bir
çoxları yaşadıqları hisslərin adını "Sevgi"qoyur amma bəziləri üçün
sadəcə keçərli hissdi,bu yaşda "sevgi"sözünə inanırsınızmı?)


Sevgi sözünə bu yaşda inanmıram,xeyr. Elə bunyaşıma kimi sevgi yaşamamağımın əsas səbəblərində biri də budur..sevgi qaçmır ki..

 

6.Oxumaq bir dərmandır,oxumaq həyatı sevdirər,oxumaq düşüncələri
yetkinləşdirər,inkşaf etdirər,mədəniyyətimizi dünyaya baxışımızı
dəyişdirər-bu sadaladıqlarıma daha çox əlavələr edə bilərdim amma
sualıma yer qalmaz:)Sizcə oxumaqla daha hansı nahiliyyətləri əldə etmək
mümkündür?


Oxumaqla kamala yetmək, düşüncə tərzimizi
formalaşadırmaq,söz ehtiyatımızı artırmaq, nitq mədəniyyəti qazanmaq,
başqalarının yanında hörmətli olmağın bir növü oxumağa bərabərdir,məncə.
Çünki oxuyan savadlı insan kamallı olur və ictimai yerlərlə yanaşı hər
yerdə hörməti olur. Elə həkimlik sənətini götürək. Savadlı,alicənab
həkimə hər yerdə hörmət var..təbii ki, tək oxumaq deyil digər müsbət
xüsusiyyətləri özümüzdə cəmləşdirməliyik..

ümid edirəm fikrimi çatdıra bildim :)



7.Bir az yaşlı qız olaraq sizin dünyaya baxışacınız necədi?Ətrafını seyr etdikdə nələri görürsüz və görmək istəyərsiz?

Dünyaya baxışım müsbətdir.

Ətrafıma
baxdıqca görürəm ki, şükür etməyi bacarıram,sağlamam,dəyər verməyi
bacarıram,dinimi təbliğ etməyi bacarıram, arzuma çatmaq məqsədilə uğurlu
yolda addımlayıram..

görmək istədiyim sadəcə həkim olamğım olar..

 

8.Yol ilə gedirsiz ,sizin eyni addımlarınızı və görünüşünüzü biriləri
əks etdirərək yoluna davam edir:)Yazdıqlarım ola bilsin indi sizi
çaşdıracaq amma qoy qeyd edim,sizi təkrarlayan addımlar kimindi))günəşin
şualarından yerdə əksiniz olan kölgəniz))Uşaqlıq illərimizdə öz
kölgəmizi ayaqqlarımız ilə tutduğumuz anlar az olmayıb,mən indidə o
kölgəm ilə oynamağı sevirəm siz necə o anları xatırlamaq və təkrarlamaq
sizin üçün xoş olur ya daha böyüdüm belə anıları xatırlamağı sevmirəm
deyə düşünürsüz?)


Xeyr əsla belə düşüncə sahibi olamışam.

Uşaqlığımı xatırlamışam hər zaman şəkillərlə,videolarla,düşüncəylə..



9.Heç
sevmədiyim bir nüans varsa haqqsızlığa səssiz qalıb susmaqdı,siz necə
öz yerinizi digərlərinin yanında yaxşı etmək üçün susanlardansız ya pis
belə olsaz düz sözü deyənlərdən?)


İkinci variant) yəni pis belə olsam sözü yerində,düz deməyi bacararıram..

haqsızlığa biganə qala bilmirəm,heç vaxt..

keçən günlərdə bunu sinifyoldaşlarım və ingilis dili müəllimim də təsdiqlədi.)

 

10.Sizin üçün dost dediyiniz şəxs həyatınızda hansı təbəqədə yer almasına imkan yaradırsız?

Mən dostluğa və dost aşırı dərəcədə dəyər verirəm. Dostumu ən ali-yüksək təbəqədə yerləşdirərdim,sərhəddi aşmadığı sürəcə..



11.Bir
atalar sözü var:Qızını döyməyən dizini döyər,hardasa bəzən razılaşıram
bu atalar sözü ilə.Siz necə fikir bildirərsiz bu barədə?Dizlərinə
döyməmək üçün gərək qızlarınamı vursunlar,tərbiyəni vurmaqlamı bu
dizlərə döyməmək olar?


Bir tərəfdən razıyam bəli. Vaxtında övladı tərbiyələndirmək lazımdır ki, sonra "dizlərinə döyməyəsən"

Bir
tərəfdən də belə düşünürəm ki, ağıllı qız ya da oğlan valideynlərinin
başını aşağı edən hərəkətlər etməz. Bu mənim fikrimdir. Hər kəsin
fikrinə hörmətim var.

 

12.Əl bacarığınız necədi?Hansısa özəl bir qabiliyətə sahibsizmi?)

Əl bacarığı? :) boş vaxtlarımda həndəsi fiqurlar çəkməyi xoşlayıram.



13.Desəm
maraqlı bir bildiyiniz yanıltmac yazın hansını yazarsız?Amma bildiyiniz
dəftərinizə kitabınıza baxmadan )Əyər bilmirsinizsə qısaca qeyd edərsiz
bilmirəm:)


Kitab-dəftərdən baxmadım)) buyurun:

Aşpaz Abbas aş asmış, asmışsa da az asmış.

 

14.Saytda hörmət etdiyin userler kimlərdi deyə soruşsam qeyd etmək
istədiyiniz adlar kimlər olar?(etmiyədə bilərsiz məcburi deyil)))


Böyükdən kiçiyə hər kəsə hörmətim sonsuzdur..) bunu belə bilin..



15.Artıq müsahibəmiz sona çatdı.Qadınlar.biz saytının qadınlarına olan ürək sözlərin nələrdi buyurub yaza bilərsiz.

Sizlərə arzum Allahdan diləyiəm hər zaman xoşbəxt olun,arzularınıza çatın, uğurlu yollarda addımlayın daima..)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!