Qadınlar.Biz'li xanımların sevimli şeiri - anonim (43)

Qadınlar.Biz'li xanımların sevimli şeiri - anonim (43)
Qadınlar.Co
10.09.2017 13
Salam Qadınlar.biz-in sevimll.şip-şirin.nazlı. qızları .Sizə yeni (daha doğrusu) ilk lahiyəmi təqdim edirəm. 

Bu günkü qonagım anonim nikli usermizdir

 

Ağ tellərin saçlarına yaraşıq

Gözəllikdi üzündəki qırışıq

Həyatıma sənlə yanır hər işıq

Sənsiz həyat sönür, inan anacan

Yanımda ol mənim hər an anacan

Ayırmasın bizi zaman anacan.



Əsəbləşirdim mənə ərk edəndə

Gec olacaq mən səni dərk edəndə

Sinifdə qoyub məni tərk edəndə

Axardı göz yaşım, dayan, anacan

Yanımda ol mənim hər an anacan

Ayırmasın bizi zaman anacan.



Sevindin subaylıq daşın atanda

Uşaqlıqda mən gecələr yatanda

Lay lay deyirdin mənə can ana

Yanımda ol mənim hər an anacan

Ayırmasın bizi zaman anacan.



Men gəlin köçəndə yaşardı gözün

Həm ağlayıb, həm də gülürdü üzün

Kövrəldiyin gizlətsən də sən özün

Edirdi gözlərin bəyan, anacan

Yanımda ol mənim hər an anacan

Ayırmasın bizi zaman anacan.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!