Mənim toy günüm - Sara035 (34)

Mənim toy günüm - Sara035 (34)
Qadınlar.Co
10.09.2017 5
  :toy: ..Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın Sara035-dı..

bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə
bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın
cavablarını oxuyaq

 

Mənim toy günüm - Sara035 (34) 

 

Əvvəla hər kəsi salamlayiram.Əziyyət çəkib oxuduğunuz üçün sizə,dəvəti üçündə Türkan bacima təşəkkür edirəm.

 

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Tanişligimiz elə də qeyri-adi olmayıb. evləri xalamgilin evinə yaxindi,
ora gedərkən görüb balaca vaxtdan sonra denk gəlməyib, bir müddət sonra
məktəb çıxışında görüb, əmimqiziyla, dostu əmimqızının sevgilisi idi
onlardan nömrəmi götürüb mesaj yazdı, bir neçə gün cavab vermədim,
bildim bunların işidi, dalaşdım əmimqızıyla, bilsəm dalaşmazdım :09:
sonra məktəbə, hazırlığa gəldi getdi, dedim hazırlaşıram əl çək, dedi
birlikdə oxuyarıq heç nə olmaz, təki razılaş, çəkinirdim balaca rayon bu
imkanlı qızları görürdüm bunu görəndə necə hərəkət edirlər, uzaqda yox
elə sinifimizdə padruqam dediyim qız da başladı buna yazmağa, mənə qədər
heç kimlə danışmaması, ciddi olması şans verməyimə səbəb oldu. Əgər
kimləsə danışmış olsaydı o qıza ilişib qalasıydım burnundan gəlməliydi
:23:



2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

Telefonda evlənərsəmi mənlə dedi "hə"dedim :06: son zəngdən bir həftə
sonra elçi gəldi, Atestat imtahanım günüdə nişanimiz oldu, 24 iyun hər
şey qarışmışdı bir-birinə, həyəcandan ölürdüm, o gün ölmədimsə dedim
mənə ölüm yoxdu daha

 

3. Neçə müddət nişanlı qaldınız?

6ay nişanlı qaldıq


 

4. Toy hazırlıqları necə irəlilədi?

Çox gözəl, hər şey yolunda idi


 

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?

Bir neçə ay evvəl ,biz rahat idik, amma yoldaşımgil ev tikirdilər deyə
tələsirdilər bir az, həm də qaynanam 2013-ə keçməsini istəmirdi

 

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

Hər həftə birlikdə Bakıya getməyimiz

 

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

Mən və qaynanam istəyirdi, yoldaşım da nə desəm razılaşırdı, amma vaxt çatmadı sonra deyir nə yaxşi heç istəmirdim :24:



8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

Qayanamla qaynatam seçib, yoldaşım zəng vurub dedi anagil danışıblar salonla, 15-i noyabr toyumuzdu şok oldum :23:



9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?

Salondakı fotoqrafçıya



10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?

Yox etdirməmişdik, amma hər Bakıya gedəndə çəkdirmişdik, toyda ikimizin
də uşaqlıq şəkilləri bir də birlikdə çəkdirdiyimiz şəkilləri slide
show elədilər, çox gözəl alındı, bizdən sonra dəbə düşdü



11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?

Hə xəyalımdaki gəlinlik idi



12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

Bir gün, Bakıdan tapdıq, iki toyun da gəlinliyini, amma qız toyununkunu
qaytarmalı olduq, atamın bibisi oğlu rəhmətə getdi, qız toyu olmadı



13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Yox, onda hər şey ilə razılaşırdı, indi deyir sənə qoydum açıq seçdin, heç də açıq deyildi :hh:



14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?

Yox, bir gün əvvəl gedəcəkdim mənasız şey üstündə dalaşdıq, tərsliyim tutdu getmədim :06:



15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

Hə, cox gözəl olmuşdu, hər kəs bəyənmişdi



16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Yox, bizdə elə adət yoxdu, onu da Bakıda birlikdə seçmişdik


 

17.Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

əlbəttə 15.11.2012



18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?

Hə, hamı getmişdi salona bəzənməyə, evdə nənəmlə mən qalmışdım,
yoldaşım maşın xəstəsidi, o gündə ustada idi saat 1-də gəlib aparıb məni
salona :24:



19. Toy günü unutduğunuz bir şey oldumu?

Yox, heç nə çox şükür, bir istərdim Mətanətin gəl xoşbəxt olaq mahnısı
1, 2həftə olardı çıxan, onu istəmişdim, yoldaşım demişdi karta köçürdüb
verəcəm onu çalsınlar, amma yaddan çıxmışdı :(



20 Toyunuzun ən gözəl anı nə idi?

Hər ani gözəl idi, amma sinif rəhbərimin çıxışı çox kövrəltdi məni, o qədər gözəl sözlər dedi ki, həm utandım, həm də sevindim

 

21. İlk rəqs parçanız hansı idi?

Bir şarkısın sen parçası oldu



22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

İlk rəqsimiz çox gözəl və romantik idi :128:



23. Bir tərslik yaşandımı toy günü?

Elə də böyük tərslik yox, atam tərəfdən az qohumum vardı, bir də sinif
yoldaşlarımla oynamağa qoymadı özünün dostları, sinif yoldaşları bir də
mənim dostlarıma söz birlikdə verildi, iki toy bir yerdə idi deyə
oğlanlar çox idi ortada 


 

24.Ən çox nə vaxt həyəcanlandınız?

Salondan çıxarkən fişənglər atıldı hər kəs həyətdə idi, atama sarıldım
sağollaşdım, çox kövrəldik ikimiz də, evə gəldik, ikimiz tək başladıq
yemək axtarıb yeməyə bütün həyəcanım keçdi



25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

Hə, dizaynerlər çox gözəl bəzəmişdilər evi də otağı da, çox bəyənmişdim



26. Bal ayınızı harada keçirdiniz?

Türkiyəyə getdik, 18 yaşımı da orda keçirdim, yaşim bitdi deyə pasport
lazim oldu, heç ağlımıza gəlməmişdi, amma səfirliyə getdik sənəd
verdilər

 

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?

3il 5ay-dı



28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?[/quote]

Qızlar, nə qədər istəyirsiz gəzin, evlənəndən sora
aparmırlar, sevirsizsə sevginizin arxasında durun, sahib çıxın, heç
kimin sözü ilə aranızda söz söhbət eləmiyin. Hər birinizə xoşbəxtlik
arzu edirəm, öpürəm

 

Mənim toy günüm - Sara035 (34)

 

Canım
mənim, dilərəm o gözəl yuvanızdan sevgi, məhəbbət, ruzi bərəkət heç bir
zaman əskik olmaz... balalarınızla birgə hər zaman ancaq və ancaq
xoşbəxt günlər yaşayın inşallah... amin...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!