Qadınlar.Biz'li xanımların sevimli şeiri - fialka (46)

Qadınlar.Biz'li xanımların sevimli şeiri - fialka (46)
Qadınlar.Co
10.09.2017 46
Salam Qadınlar.biz-in sevimll.şip-şirin.nazlı. qızları .Sizə yeni (daha doğrusu) ilk lahiyəmi təqdim edirəm. 

Bu günkü qonagım fialka nikli usermizdir

 

Salam təşəkkür edirəm. 

Ən çox sevdiyim şeir demək olar ki, budur ) buyurub oxuya bilərsiz)).

Kişilər bir olmur atam balası 

Qorxağı var, igidi var, 

Amma hər kişinin öləndən sonra 

Qəbri üstdə ağlamağa 

Bir qara paltarlı gözəl bir qadına ümidi var



Sən öləndə kim olacaq gözlərini bağlayan? 

Qardaşmı olacaq, yadmı olacaq? 

Bu dunyada bəlkə sənə ən çox ağlayan, 

Ən çox ağlatdığın qadın olacaq?!



Göz yaşları yuduqca baş daşını 

Qəbrində qurcalanıb,deyəcəksən: ilahi 

İllər boyu ağlatdığım bu qadın 

Görən necə saxlayıbdır bu qədər göz yaşını?!



Bircə kərə nə saçını oxşamışam, 

Nə gözünü silmişəm. 

Gözlərimə batır indi saçlarının hər dəni, 



İllər boyu bu qadına mən axı dərd vermişəm 

İndi görən niyə çəkir dərdimi?



Bu qadın baş daşımı öpüb sığallamaqdansa, 

Yumruğuyla döysə-döysə yaxşıdı. 

Qəbrimin üstündə ağlamaqdansa, 

Məni söysə yaxşıdı.



Yeri-yeri,qara paltarlı qadın, 

Kiri-kiri,qara paltarlı qadın. 

Bu qəbir də min qəbirdən biridir. 

Baş daşımı bəsdir basdın bağrına, 

Bütün mənə ağlayanlar kiridi, 

Sən də kiri, qəbrim damır, ağlama...



Müəllif: Ramiz Rovşən
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!