Mənim sevdiyim mahnım - ulduz (24)

Mənim sevdiyim mahnım - ulduz (24)
Qadınlar.Co
10.09.2017 12
Qadınlar.biz
xanımlarının hər birini salamlayıram.Sizə ilk layihəmlə qonaq gəlmişəm
inşaALLAH bəyənərsiz. Layihəmin adı "Mənim Sevdiyim Mahnım"dır.Bu
layihəni yaratmaqda məqsədim xanımlarmızın ən sevdiyi mahnısıyla bağlı
hər hansı bir xatirəsi varmı kiməsə xitab edirlərmi, maraqlı bir layihə
olacağına inanaraq təbii ki, siz xanımlarmızın köməkliyi ilə yaratmaq
qərarına gəldim.Bu dəfəki qonağım ulduz-dur .Layihədə iştirak etdiyi üçün təşəkkürümü bildirirəm.

 

Salamlayiram ilk öncə saytımızın bütün qızlarını..  bacımında
layihəsi çox gözəldi uğurlar..mənim ən sevdiyim dəfələrlə qulaq asdığım
mahnı MƏTANƏT İSGƏNDƏRLİ nin BU GÖZLƏRİM SƏNİN ÜÇÜN AĞLADI mahnısıdır
...



Gözlərimin etibarı çox imiş.

Dayanmadı gecə gündüz ağladı.

Sədaqətdə bircə imiş,tək imiş.

Bulaq kimi həzin-həzin çağladı



Ucaldı göylərə ahım ,

Kədərlə açıldı hər sabahım.

Allahım nəymiş günahım?

Gəl sinəmi çalın çarpaz dağladın.



Haray çəkdim, haray saldım ellərə.

Döndüm xəzan olan qönçə güllərə

Nəğmə oldum düşdüm dildən dillərə

Bu gözlərim gecə gündüz sənin üçün ağladı



Sözlərin hər kəlməsi qəlbimdə,

Nalə çəkib, kaman kimi sızladı.

Sənə bənzər, sənə oxşar görəndə

Bu gözlərim gizli-gizli ağladı.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!