Bu günün SƏBƏBKARI - Mira199591

Bu günün SƏBƏBKARI - Mira199591
Qadınlar.Co
10.09.2017 19
Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,,
layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla
oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi
dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın

:zhappy%20birthday:  Mira199591-dı...   :zhappy%20birthday: 

buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın..
 

 Bu günün SƏBƏBKARI - Mira199591

 

1. Salam canım. Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.

Salam canım. İlk öncə lahiyəndə mənə də yer verdiyin üçün çox sağol. Adım qısaca Mira.



2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?

Doğum tarixim 1995.05.19. 



3.Bir yaşıni geridə qoyub yeni yaşına qədəm qoyursan bu gün. Necə hiss edirsən özünü bu yaşda?


Bu yaşda özümü çoox qəribə hiss edirəm, çünki həyatımda köklü dəyişikliklər baş verdi :06: 

 

4. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?

Gözəl duyğudu.... Özümü həyatın mərkəzi kimi hiss edirəm, çoxx sevincli oluram.



5. Bu günə qədər çox hədiyyələr
almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə
söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?


Mən nəslin ilk qız övladı olmuşam, ona görə də yolumu gözlüyənlər çox
olubdu. Buna görə də 1 yaşımda hədiyyələrim çoooox olubdu. Bir neçəsini
mamam hələ də saxlıyır. Ən çox sevdiyim isə çəhrayi rəngdə olan donumdu.
İnşAllah qızıma geyindirəcəm :09: 



6. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?

Nənəmin rəhmətə getməmişdən əvvəl mənə verdiyi öz nişan üzüyü :ciyy:



7. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?

Olubdu, amma heç kimə bildirməmişəm.



8. Hədiyyə ilə bağlı bir sual da
verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını
istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə
verilə?


Təssüfki elə bir şey olmuyubdu :24:



9. Sevdiyinlə keçirdiyin ilk doğum günün yadindadirmi?


Bəli yadımdadır çox maraqlıydı :128: 

 

10. Bəs sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?

Əlbətdə xatırlayıram ikimizin baş hərfləri yazılı sep.



11. Hər bir insan doğum günü
yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç
nə vaxtsa doğum gününü unudublar?


Yox unutmayıblar, çünki bir ay əvvəldən hamının yadına salıram :23: 



12. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?

Mənnən gizli heçnə etmək olmur həmişə planlarını suya salıram :122:



13. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?

15 yaşım çox yadda qalan olmuşdu heç vaxt unutmaram. 



14. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?


Qardaşım unudub bir dəfə, 1 həfdə danışdırmamışdım :125:

 

15. Bilirəm ki,
bu gün doğum günün olsa da çoxlu işləyəcəksən. Doğum günündə işləmək
necədi? Axı necə də olmasa doğum günümdür deyə insan bir az ərköyün
olur.


Yaralı yerimdiii bu mövzu... Guya ad günü mənimdi hammıdan çox mən işləyirəm :15: 



16. Bildiyim qədəri ilə bu
qadinlar. biz-lilərlə keçirdiyin birinci doğum günündür. Bu il doğum
gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?


Bəli ilk dəfədi. Maraqlı hissdi qızlarımızın hər birinin diqqətcil olduğunu bilirəm ümüd edirəm unutmazlar :09: 



17. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?

Saytda hec kimlə əlaqəm demək olarki yoxdu ona görədə hec kimnən :15: 




18. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin? 

Tanrıdan istədiyim ən birinci sevdiklərimin canının sağlığıdır. Bu yaşımda ALLAHIMDAN istədiyim xoşbəxt ailədir. :toy:

 

Bu günün SƏBƏBKARI - Mira199591

 

Canım
mənim , təbrike dirəm doğum gününü... yeni yaşını yeni ailənlə,
sevdiyinlə keçirəcəksən inşallah... Tanrıdan diləyim hər il doğum gününü
sevdiyin əzizlərinin ətrafında deyib gülə gülə, can sağlığı ilə
keçirəsən... amin... öpürəm...

 



 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!