Mənim son zəng xatirəm - Tomris Müslümova (17)

Mənim son zəng xatirəm - Tomris Müslümova (17)
Qadınlar.Co
10.09.2017 34
Salam saytımızın şirin-şəkər xanımları. İlk lahiyəmlə sizin
qarşınızdayam. Bir vaxtlar aliceWOnDer xanımın rəhbərlik etdiyi "Mənim
son zəng xatirəm" adlı lahiyəni Admin bəyin icazəsi ilə mən davam
etdirirəm. 

Hər birimizin məktəb həyatında yaxşı, pis, acı, şirin, unudulmaz
xatirələr olur. Həmin xatirələrdən biri də Son zəngdir. Son zəng
xatirələri unudulmaz olur. Və buyurun siz də öz Son zən xatirənizi
bizimlə paylaşın. 

Lahiyəmin ilk qonağı Tomris Müslümova xanımdır. Buyurun userimizin Son zəng xatirələri ilə tanış olaq.

 

Salam olsun Qadınlar.biz saytının bütün xanımlarına.

Dəvətiniz üçün təşəkkür edib,layihənin davamçısı və indiki müəllifinə
isə uğurlar arzu edirəm.Davamlı olsun sayt fəaliyyətiniz inşAllah.

Mənim həyatıma yazılan və heç zaman xatirələrimdən silməyən illər
varsa oda məktəb illəridir.Həm sinif uşaqlarımızın məktəb üzrə ən
savadlılar olması,həm qızlarımızın tərbiyəli olması baxımından məktəbdə
birinci idik.Sinif rəhbərimizdə hər zaman bizim təsibimizi çəkirdi.Heç
zaman namımızı yerə verməzdi.Son zəng isə ən üzücü gün idi bizim
üçün.Onda hələ bu qədər dərk eləmirdik amma hamıda gizlin bir üzüntü
vardı.

Bilirsizki,10-11 də hamı hazırlığa gedir,ona görədə məşqlərdə bir
araya gəlmək elədə asan olmurdu.Müəlliməmiz bizi bir araya gətirənə kimi
dinnən imannan çıxırdı :08: 

Səhər durdum getdim salona.Əvvəlcədən gedib danışmıdım ki,gələcəm bu
formada düzəldərsiz.Qızda razılaşdı.Getdik mənnən qabaq başqa məktəbin
məzunu saçını düzəltdirirdi məndə jurnal vərəqliyirdim ki indi bu
duracaq mən oturacam.Birdən gözüm başqa saç formasına dəydi.Qız durdu
indi mən oturasıyam dedim yox bu formada yox indi jurnalda gördüyüm
formada yığın.Qız dedi ki risk eləmə birdən yaraşmaz gəl tərslik eləmə
əvvəl dediyin kimi yığaq.Dedim yoxee bu formada. :08: Qızda razılaşdı
yığdı.Son zəngdən sonra hazırlıqda qızlar yaxınlaşıb soruşdular ki,sən
saçını harda düzəltdirmişdin? Qəşəy alınmışdı  :23:  Dedim ee Tomris bir
şey bilirdə deyirdə  :fonn:  Nəysə hamının xoşuna gəlmişdi.Tanış qızda
uzaqdan mənim şəkillərimi çəkmişdi mənim xəbərim olmadan.Çox maraqlı
şəkillər idi heç xəbərim yox idi ki,şəklimi çəkir.

 Nəysə o gün gəldi yetişdi.Mənim boyum uzun olduğu üçün ən axırda
düşdük.9. sinifdən uşaqlarla söhbət edəndə hamı özünə tərəf müqabili
seçdi ki,kim kiminlə düşəcək.Məndə seçdim.Heç kim sözündə durmadı amma
bizim boyumuzda uyğun gəlirdi deyə elə ikimiz düşdük.Ən axırda.Qızlar
qara göy rəngdə don geyinmişdi.Oğlanlarda eyni rəngdə
şalvar,köynək,qalstuk.Gəldi mikrafon işləmədi,mahnımız yarımçıq
kəsildi.Digər sinifn uşaqları qəsdən telefona zəng edirdilər ki,mahnı
kəsilsin.Məndə əvvəlcədən oğlanlara demişdim ki,nömrənizi çıxarın sonra
taxarsız.Mahnımız kəsilməsin.Dedilər həə yaxşı narahat olma.Mahnı
kəsiləndə çöndüm bunlara tərs-tərs baxdım.Onnan sonra bunlara ağzıma
gələni dedim ki,3 dəqiqəlik nömrəni çıxarsaydız nolardı? Xoşunuza gəldi
biyabır olduq?  :kzgn:  Gedib studiyada mahnı yazdırmışdıq.Onnan ötrüdə
nə əziyyət çəkmişdim oda uzun istoriyadı.Diskdədə düşüb mənim onlara o
ilanvari baxışım.Nəysə başına-gözünə döyə-döyə son zəng bitdi.Kürün
qırağında keçirəcəyimiz qonaqlığın qapısının açarını tapmırıq.Hamıda
yığışıb bizə ki ora gedək.Aldım yanıma oğlan sinif yoldaşımı ayağımda
vetnamka istidə getdik açar axtarmağa.Yiyəsi tapılmır.Acınnan
susuzluqdanda mələşirik. :agla:  Nəysə itkin adamı tapdıq.Özümü ora atan
kimi cumduq suya.Onnan sonra gecəyə kimi çaldıq-oynadıq. :dj:
 :dancing:  Onnan sonra atestat imtahanının ikinci mərhələsi
oldu.İmtahannan çıxdıq tökülüşdük şəhərə.Getdik əyləncə mərkəzinə,ordan
da Kürün qırağnda gəzməyə.

Belə yarı əsəb,yarı xoş xatirələrlə Son zəngimizi belə başa vurduq.Ümid varam oxumaqdan yorulmadınız.Hələlik :03:

 

 Əgər təhsilini davam etdirirsə Tomris xanıma dərslərində uğurlar arzu edirəm. 


 

Xanımlar mən burda yeni olduğum üçün kimin məktəbli, kimin təhsilini
bitirmiş olduğunu bilmirəm. Kim lahiyədə iştirak etmək istəsə mən
mesajla müraciət edə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!