Qadınlar.Biz''li xanımların sevimli şeiri - Roza (52)

Qadınlar.Biz''li xanımların sevimli şeiri - Roza (52)
Qadınlar.Co
10.09.2017 9
Salam Qadınlar.biz-in sevimll.şip-şirin.nazlı. qızları .Sizə yeni (daha doğrusu) ilk lahiyəmi təqdim edirəm. 

Bu günkü qonagım Roza nikli usermizdir

 

Salam
gözəl bacilarim. Bu gün də, mən sizlərə bəyəndiyim şe''irlərimdən birini
paylaşiram. Təşəkkür edirəm bacima məni də öz layhəsinə, dəvət edib. 



BIZ BELE SEVIRIK BIR-BIRIMIZI



Mən həmin insana candan əziz can

O da mən dediyim hər sözə heyran

Ayrılsaq damarda ,hətta donar qan

Biz belə sevirik bir-birimizi…



"Hələlik” sözü də kədərləndirir

Xeyli boğazı qəhərləndirir

O da mənim kimi dəyərləndirir

Atdığım addımı,qoyduğum izi

Biz belə sevirik bir-birimizi…



Hər dəfə yalvardıq əl açıb göyə

Şeytan aramıza girməsin deyə

Baxıb aramızda olan sevgiyə

Şeytan da ayırmaq istəməz bizi

Biz belə sevirik bir-birimizi…



Zaman çox tez keçir,aylar ötüşür

Sevgimiz dəyişmir,illər dəyişir

Nəinki ayrılaq ,hələ söz düşür

Ölür xəcalətdən "Ayrılıq” sözü

Biz belə sevirik bir-birimizi…



Oturub baxanda bəzən üz-üzə

Ürəklər danışır,yer olmur sözə

Hətta,qarşımızda diz çöküb bizə

Təşəkkür eyləyir məhəbbət özü

Biz belə sevirik bir-birimizi…



Mən sənə "Həyatım”,”Balam " demirəm

Qoy desin deyənlər,mən istəmirəm

Mən sənə mənalı,sakit ömürəm

Sevgimin nəfəsi,ruhumun gözü

Biz belə sevirik bir-birimizi.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!