Yuxularımdakı həqiqət - arzum-aysum (1)

Yuxularımdakı həqiqət - arzum-aysum (1)
Qadınlar.Co
10.09.2017 5
Saytımızın şirin şəkər, gözəl göyçək qızlarını yeni
layihəmdə salamlayıram  :03: Necəsiz? yəqin artıq xəbər daxil
olmamışdan qabaq layihəmin adı ilə tanış oldunuz. Və mənə elə gəlir ki,
:26: çoxlarınız layihəmdə nədən və nələrdən danışacağıq anladınız. 

Bəli, yeni layihəmin məzmunu yuxularımız olsun
istədim. İki ildən artıqdır ki, saytda qeydiyyatdan keçmişəm bu məzmunda
layihə ilə qarşılaşmamışam hələ. :salakpc: İlk hazırlayan özüm olmaq
istədim. Axi mən ilkləri və yenilikləri sevirəm. :09: Təvazökarlıqdan
uzaq... :09:

 

Həəə qızlar, hamımız bilirik ki, :fu: yuxular insan
aləminin hələ də sirri açılmayan möcüzəli bir dünyasıdır. Hansı dünya
ki, insan heç görmədiyi yerlərə gedir, heç görmədiyi insanlar ilə
görüşür, sevincli, kədərli, sirrli bir həyat yaşayırıq yuxularımızda. Və
bəzən də.... :cadu: elə olur ki, yuxularımız  heç gözləmədiyimiz bir
anda bir neçə gün sonra baş verə biləcək bir hadisənin müjdəçisi olur.
Xoş və kədərli bir hadisənin... bu da uca Tanrının ən böyük
möcüzələrindən biridir.... :melek: yeni layihəmdə başınıza gələn bu cür
sirrli yuxuları bizimlə bölüşməyinizi istəyirəm. Əminəm ki, hər biriniz
ömrünüzdə bir dəfə də olsa bu cür möcüzəli hadisə ilə qarşılaşmısınız.

İlk olaraq mən baş verə biləcək hadisələri qabaqcadan mənə ayan edən bir neçə sirrli yuxumu sizinlə bölüşmək istədim....

 

Yuxularımdakı həqiqət - arzum-aysum (1) 

 

Əvvəlcə onu deyim ki, mən o cür yuxuları çox
görürəm... və bəzən özüm öz yuxularımdan qorxuram... çünki pis bir şey
görəndə günlərlə, hətta elə olur həftələrlə o hadisə baş verənə qədər
ürəyim üzülür, narahat oluram... o yuxunu grməmiş olum istəyirəm,
yadımdan çıxarım istəyirəm... 

Amma bu gün sizlərlə xoş hadisələrin müjdəçisi olan yuxularımı bölüşəcəyəm...

 

Deməli belə... hardasa 13-14 il bundan öncə
olardı... o gördüyüm yuxunun həyəcanı hələ də yadımdan çıxmayıb. Bir
gecə yatarkən yuxuda bir bədheybət bir varlığın :mamba_mini: (sonralar
onun Şeytan olduğunu düşündüm) məni ayağımdan tutaraq qaranlıq və
alov-alov yanan bir yerə sürüdüyünü gördüm. Yuxuda nə qədər qışqırıram,
kimi köməyə çağırıramsa xeyri olmur. O qorxunc şey məni sürüyüb tamam
alova yaxınlaşdırır. Yuxu olsa da keçirdiyim o qorxu sanki həqiqət idi.
Artıq öləcəyimi düşünürdüm. Son çarə balaca bacımı çağırıram ki, mənə
kömək eləsin. Bacımın adını çəkən kimi o qorxunc varlıq ayaqlarımı
buraxır və Cəhənnəm kimi olan o yer gül çiçəkli bir Cənnətə çevrilir.
:TATLIASKIMCILAR2016: O an yuxudan ayıldıb , qorxudan qan tərin içində
idim. Gördüyüm yuxunu heç yerə yoza bilmədim, heç kimə də danışmadım. Bu
yuxunun üstündən hardasa 1 həftə 10 gün keçmişdi ki, həmin balaca bacım
heç gözlənilməyən bir anda namaz qılmağa başladı. :ltfen: Və o an
həmin gördüyüm yuxu yadıma düşdü... Anladım ki, o gördüyüm Şeytan imiş
və bacım namaza gələcəyi üçün Şeytan məğlub olub...

 

Yuxularımdakı həqiqət - arzum-aysum (1) 

 

Sİzinlə bir sirrli yuxumu da bölüşüm. Allah hər
kəsin ölənlərinə rəhmət eləsin, 7-8 il bundan əvvəl tez tez rəhmətə
gedən baba və nənələrimi görürdüm. Hər zaman ağlayırdılar yuxumda, bizə
gəlirdilər amma qapıdan içəri keçmirdilər, ya da onları tikanlı,
qaranlıq yerlərdə görürdüm. :ciyy: Hər səhər ayılanda onları bu cür pis
vəziyyətdə gördüyüm üçün çox üzülürdüm. Bu yuxular xeyli çəkdi, bir ilə
yaxın. Bir gün bunları anama danışdım ki, onları o cür görmək məni çox
incidir, istəmirəm elə görüm. Dedi ki, bir dəfə Yasin oxu onların
ruhuna. Və məndə bir cümə axşamı hər birinin ruhuna Yasin oxudum, o gün
axşam onları yaşıllıq, gül çiçəkli bir çəmənlikdə gördüm, :star:
gülürdülər və bu məni çox sevindirdi. Anladım ki, ruhları harayda imiş,
oxuduğum o Yasin onların ruhlarına dinclik verdi... Və o gün bu gün hər
cümə axşamı yaxın uzaq bütün qohumlarımızın ruhuna Yasin oxuyuram... Qoy
Allahım savabını onlara bəxş etsin....

 

Yuxularımdakı həqiqət - arzum-aysum (1) 

 

Və müjdəçi olan bir yuxumu da bölüşüm sizinlə....
Deməli ifadəmə görə üzr istəyirəm, ikinci dəfə ana olacağam... :laylay:
baldızım da boylu idi... hələ heç bir uşağın cinsiyyəti bilinmirdi...
bir gün yuxuda gördüm ki, böyük bir meyvə bağındayam.... nə meyvə ağacı
desəz var.... ağacdan meyvə dərib yeyirəm... bu an fikirləşirəm ki,
baldızım deyəcək ki, özü yeyib mənə heç nə vermir. Ağacdan nar qırıram
bir də armud. Narı özüm yeyirəm , armudu isə baldızıma verirəm. Yuxuda
nar görmək qız :miwka: övladına, armud görmək isə oğlan :sowu:
övladına işarədir. Belə də oldu.... mənim şirin bir qızım, baldızımın
isə oğlu oldu...

 

Yuxularımdakı həqiqət - arzum-aysum (1) 

 

Mənim möcüzəli yuxularımdan bu qədər.... Uzun oldu bir az, amma ümid edirəm ki, çox maraqla oxudunuz...

 

Əziz
bacılarım, layihəmin davamlı olması sizdən asılıdır... əgər sizin də
hansısa möcüzəli və sirrli yuxunuz olubsa mesajla mənə yazın , mən də
qızlarımızla bölüşüm... öpürəm hər birinizi....
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!