Mənim toy günüm - naz_vefa (35)

Mənim toy günüm - naz_vefa (35)
Qadınlar.Co
10.09.2017 6
:toy: ..Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın naz_vefa-dı..

bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə
bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın
cavablarını oxuyaq

 

Mənim toy günüm - naz_vefa (35) 

 

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

 Biz qohumuq, amma sevgimiz yoldaşımın əmisi oğlunun toyunda başladı.



2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

 Qız qalasına çağırdı məni, getdim və çox gözəl bir sürpirizlə
qarşılaşdım, yoldaşım əlində qırmızı çiçəklər bir əlində də üzük diz
çökdü və dedi, ömrünü mənimlə sonlandırmağa, mənimlə evlənməyə
razısanmı?... 

Mən də hə dedim (valideynlərimin qərarından sora oldu təklif)



3. Neçə müddət nişanlı qaldınız?

 1 ilimiz tamam olan günü evləndik..



4. Toy hazırlıqları necə irəlilədi?

 Hər şeylə biz ikimiz maraqlanırdıq, çox gözəl irəliləyirdi



5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?

 1 il hazırlaşdıq, vaxt bol idi



6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

 Gəlinlik seçmək ..



7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

 Xeyr getmədik, mən istəmədim.



8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

 çox axtardıq, nəhayət ki, istədiyim yeri tapdım ...



9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?

 Qaynımın dostu çəkdi



10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?

 Vaxt olmadı



11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?

 Bəli, xəyalını qurduğum gəlinliyə sahib oldum 



12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

 Mən internetdə baxıb bəyənmişdim



13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

 Internetdə bəyənmişdim, yoldaşıma göstərdim o da bəyəndi, aldıq



14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?

 Bəli qərar vermişdim



15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

 əlbətdə istədiyimnən də çox qəşəng alınmışdı



16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

 Bizdə bəy özü almalıdı



17.Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

 Heç vaxt unutmaram - 10.01.2016



18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?

 Bəli, salona gedəndə yerə dəymişdim..



19. Toy günü unutduğunuz bir şey oldumu?

Xeyr



20 Toyunuzun ən gözəl anı nə idi?

 əmimin toya gəlməsi, 18 ildi görmədiyim əmim mənim toyuma gəldi, heç
kimin xəbəri yox idi, birdən içəri daxil oldu, mənə yaxınlaşıb
qucaqlayıb təbrik etdi, çox sevinmişdim



21. İlk rəqs parçanız hansı idi?

 Mustafa Ceceli - gül rengi



22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

 Ilk rəqsimiz



23. Bir tərslik yaşandımı toy günü?

 Böyük bir tərslik yaşamadım



24.Ən çox nə vaxt həyəcanlandınız?

 Atam evini tərk edib gedəndə



25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

 Bəli, mənim uşaqlıq dostlarım dəvət olunmuşdu toya



26. Bal ayınızı harada keçirdiniz?

 Bal ayına getmədik



27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?

4 ay



28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?


 Mənim hələ ki təcrübəm o qədər də yoxdu, bunu deyə
bilərəm ki, sevdiyin insan üçün, xoşbəxt bir evlilik üçün güzəştə
getməyi bacarın, hər kəsə xoşbəxtlik arzulayıram

 

Mənim toy günüm - naz_vefa (35)

 

Canım mənim,
hələ çox gənc olan bu ailənizin uzun ömürlü olmasını, 4 ayın 40 il
olmasını diləyirəm... diləyim sevginiz, məhəbbətiniz, bir birinizə olan
hörmətiniz heç bir zaman bitməsin.... inşallah gələn il bir ilinizi qeyd
edən zaman qucağında şirin bir körpə olar.... amin... öpürəm canım...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!