Mənim son zəng xatirəm - Əkizlərin maması (18)

Mənim son zəng xatirəm - Əkizlərin maması (18)
Qadınlar.Co
10.09.2017 12
 Salam saytımızın şirin-şəkər xanımları. İlk lahiyəmlə qarşınızdayam.
Bir vaxtlar aliceWOnDer nikli xanımın təqdim elədiyi lahiyəni, Admin
bəyin və lahiyənin əvvəlki rəhbəri Fidan (aliceVOnDer) xanımın icazəsi
ilə mən davam etdirirəm.

 Hər birimizin həyatında şirin, acı, yaxşı, pis hadisələr baş verir.
Elələri olur ki, arasında hətta ömür boyu unudulmur. Belə hadisələrdən
biri də Son zəngdir. Məktəbin qayğısız, duyğulu, şirin illərini arxada
qoyuruq həmin gün. Həmin xoş günü bizimlə bölüşməyiniz də xoş olar.
Bügunkü qonağımız isə Əkizlərin maması xanımdır. Buyurun userimizin xatirəsi ilə tanış olaq.

 

  Saytımızın bütün xanımlarına Salam. Lahiyəyə məndə dəvət olunmuşam
amma biraz işlərindən dolayı gec yazdım üzrlü saysın gərək Fi-Ra xanim
:06: İnsanın həyatı xatirələrnən dolu olur. Uşaqlıq gənclik və s.
İllərdən gözəl vəya xoşagəlməz anlar çox olur. Məktəb illərimdə çox fəal
olmuşam. İllər bir birin tez qovdu birdə baxdıq son zəngə hazırlaşırıq.
Məktəb vaxtı xor kapellasının üzvü idim. Həm də solo mahnılar oxuyurdum
şeirlər deyirdim. Son zəng gününə 2 mahnı hazırlamışdiq. Son zəngin
açılışında ilk bizim sinif çıxdı. 1ci mən idim qabaqda 2 göyərçin
uçurdum. Sonra çıxışımız oldu. Hazırladığımız mahnının əsasın mənlə bir
qız oxudu. Ardıyca şeir dedim və ağladım. Çox kövrəlmişdim  həmin günü.
 :27: Səhnədən bir neçə gül dəstəsiylə düşdüm. Həmin ili 3 sinif
bitirirdi məktəbi ən fəalı bizim sinifiydi. Ardıyca direktorumuz 4
şagirdi fəxri fərmanla təltif etdi onlardan 1-i də mən idim. Məktəb
vaxtı bir neçə olimpiadalarda 1-cilik gətirmişdim mektebimize. Mamagil
necə sevinmişdi həmin an. Çıxışlar bitdi biraz çaldıq oynadıq keçdiy
sinfimize sonuncu dəfə parta arxasında əyləşdik və oki var ağladıq.
Sinif rəhbərimiz də bizə qoşuldu. Heqiqətən məktəbdə ən yaxşı sinif
bizimki idi. Nəisə universitetə daxil olduq bir neçəmiz sonra yenə
getmişdik mektebe məllimlər bizi maraqla qarşılamışdı. İndidə bir neçə
sinif yoldaşımla tez tez görüşürük. Artıq ailə uşaq sahibiyik. Ancaq o
günləri yada salanda yenədə usaqlasiriq.


 

Lahiyəyə qatıldığınız üçün təşəkkürlər. Sizə həyatda uğurlar arzu edirəm. Allah şirin əkizlərinizi qorusun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!