Mənim son zəng xatirəm - Şəbnəm Vüsal (19)

Mənim son zəng xatirəm - Şəbnəm Vüsal (19)
Qadınlar.Co
10.09.2017 6
 Salam
saytımızın şirin-şəkər xanımları. İlk lahiyəmlə qarşınızdayam. Bir
vaxtlar aliceWOnDer nikli xanımın təqdim elədiyi lahiyəni, Admin bəyin
və lahiyənin əvvəlki rəhbəri Fidan (aliceVOnDer) xanımın icazəsi ilə mən
davam etdirirəm.

 Hər
birimizin həyatında şirin, acı, yaxşı, pis hadisələr baş verir. Elələri
olur ki, arasında hətta ömür boyu unudulmur. Belə hadisələrdən biri də
Son zəngdir. Məktəbin qayğısız, duyğulu, şirin illərini arxada qoyuruq
həmin gün. Həmin xoş günü bizimlə bölüşməyiniz də xoş olar. Bügunkü
qonağımız isə Şəbnəm Vüsal xanımdır. Buyurun userimizin xatirəsi ilə tanış olaq.

 

"Salam  əziz  və  dəyərli  Qadınlar.bizin  xanımları :03: .Əvvəla
 bu  layihədə  mənə  yer  verdiyi  üçün  Fi-Ra  bacıma  təşəkkür  edirəm
:01: . Keçim  son  zəng  xatirələrimə. Düz  4 ildi  qutarmışam  orta
 məktəbi :27: . O vaxt  yəni  11 sinifin  sonlarında son  zəngim  olacaq
 deyə  həm  sevinirdim,  həm  də  kədərlənirdim. Çünki  artıq
 anlayırdım  ki  məktəbə  əlvida  deyirəm. Sevinirdim  ona  görə  ki
 böyük ümidlə   universitetə  qəbul  olunmağımı  gözləyirdim  və  bu
 hadisə  yavaş-yavaş  yaxınlaşırdı. :128:  . Son  zəngə  həvəslə
 hazırlaşırdıq. Aparıcı  özümüz  idik. Gözəl yazılmışdı  senarimiz.
Sinifdə  mən  və  əmimoğlu, biz  ikimizdə  müəllim  ailəsi  idik  deyə
 hamı  tədbirimizin  yaxşı  olması  üçün  çalışırdı. Anam , atam, əmim
müəllimdi  oxuduğum  məktəbdə. Onların  da  köməyi  az  olmadı. Tədbir
 başlamazdan  əvəl  otağımızı  güllərlə  bəzədik. Sinifimizdən  tədbir
 salonuna  qədər,  stollarımız  düzülən  yerə qədər güllər  tökdük. Himn
 çalındı  hamımız  sırayla  gəldik  himn  oxuduq və  tədbirimiz
 başladı. Çoooxlu  oynadıq :dj: . Oynamagı  sevirəm :dancing: . Çox
 məktəblərdə  1ci  sinif  uşaqlarına  hədiyyə  alınır. Bizdə  də var  o
 ənənə. Amma  bizdə  1ci  sinif  çox  idi. Hərəmizə  2  uşaq  düşürdü.
Mən  də  1  oğlan  bir  qız  götürdüm. Qəşəng  şirin-şirin  də
 hədiyyələr  aldım  ikisinə  də. Oğlan   mənə  iri  özüm  boyda  ayı
 kuklası  aldı. Birdə  bir  buket  gül  almışdı :20: . Amma  sonra
 gülümü  orda  kiməsə  verdilər :18: . Bir  sözlə  gülüm  eləcə  getdi.
Qız  da  ətir  almışdı. Çooox  gozəl  ətir  idi. Hələ də  saxlayıram
 dibində  azca  qalıb. Ətiri  uniyə  girənə  kimi  açmadım  o  ki  uniyə
 girdiyimi  bildim  tez  gəlib  açıb  iyinə  baxdım :etir: . Qız  da
 buket  bağlatmışdı  mənə. Ağ  qızılgüllərindən. Amma  onu    şükür  heç
kim  özünə  çıxmadı. Gəlib  çatdı  gülüm :20: . Həə  birdə  qız  bir
 səkil  cəkib  ürək  sözlərini  yazmışdı. Amma  itirdi  uşaqlar :18: .
Anası  dedi ki,  elə  həvəslə  çəkmişdi  ki, şəkli. Ona  pis  oldum, çox
 pis  oldum. Bir  sözlə  əlim  dolu  gəldim  evə. Hə  bizdə  belə  bir
 ənənə  də  var  ki,  məzunlar  bir  məktub  yazır. Həmin  ilin  1ci
 siniflərinə. O  məktub  düz  10 il sonra  bu  uşaqların  son  zəngində
 acılır. Məktubu  mən  yazdım. Xəttim  və  gözəl  cümlə  qurmaq
 qabiliyyətim  olduğu  üçün :09: . Tədbirdə  onu  da  direktora  teqdim
 etdik. Bizə  də  məktub   vardı. Düz  10  il  əvəl  yazılmış  məktub.
Vərəqi  saralmış məktub. Oxundu  direktor  tərəfindən. Ürək  sözləri,
 uğurlar, müvəfəqqiyətlə  dolu  məktub. Sonra    ən  kövrəldici  məqam
 SON  ZƏNG  vuruldu  :agla: . Ağladım am a  sakit,  səssiz  və içimdə.
Məktəbi  çox  sevirdim. Bəzi  uşaqlar  kimi  bəzənib  ad olsun  deyə
 getmirdim. Oxumağı çox  sevirdim. Müəllimlərimi də. Onunçün  mənə daha
 cox  təsir  edirdi. Tədbirimiz  qutaranda  çoxlu  şəkil  çəkdirdik
 müəllimlərimizlə. Bizdə  ürək  sözləri  lentlərə  yazılır  köynəyə
 yox. Hər  birimiz  ürək sözlərimizi  yazdıq  lentlərimizə. 1-2
 müəllimim  də  mənim  lentimə  ürək  sözlərini  yazdı. O  lentdə  canım
 aşkımın  da  ürək  sözləri  var. 1-2  gün sonra  onunla  görüşdüm və
 o,  da lentə  urək  sözlərini  yazdı. Mənə  də  hədiyyə  almışdı. Qara
 saat. Hələ də  təptəzə  durur. Bu  arada  bu  görüş  bizim  ilk
 görüşümüz  idi :09: . Belə  bacılarım . Son  zəng  xatirələri  bunlarla
 bitmir. Amma əsas hadisələri  yazdım. Bilmirəm  yadımdan  bəlkədə
 nələrsə  çıxdı. Amma çalışdım  hər  seyi  qeyd  edim.


 

Usərimizə uzun ömür, can sağlığı, qadın xoşbəxtliyi, həyatında uğurlar arzu edirəm. Təşəkkürlər.

 

P.S: Xanımlar burda yeni olduğum üçün kim məktəbi bitirib və son
zəngi olub bilmirəm. Lahiyədə iştirak etmək istəyən mənə müraciət edə
bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!