Xatirə dəftəri - Angela7 (42)

Xatirə dəftəri - Angela7 (42)
Qadınlar.Co
10.09.2017 7
Salam
saytımızın dəyərli xanımları.Yəqinki xəbəri görəndə təccübləndiniz
çünki zamanında ruzgargülüm xanım müəllif olaraq hazırlayırdı bu
xəbəri.Bu gündən mən davam etdirəcəm.Davam etdirdiyim layihədə müsahibim Angela7-dir. Buyurun cavablarla tanış olun. 

 

1. Soyadınız Adınız?

Angela  7



2. Doğum Tarixiniz?

20 İyun



3. Bürcünüz/iliniz?

Əkizlər



4. Ən böyük arzunuz?

Həyatımın istənilən anında hüzur içində və xoşbəxt olduğumu hiss etmək.



5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?

Bəli olub, 2 dostum edib bunu. 2 sini də anında silmişəm, indi
onlardan 1i peşman olsa belə gözünün yaşına qəti baxmıram, çünki
düşünürəm ki, məni 1 dəfə incidən nə vaxtsa yenə incidəcək. Yalan və
xəyanət bir çoxlarına olduğu kimi mənim üçün də vəziyyətdən asılı
olmayaraq qəbuledilməzdir. Amma günah özümdədir, mən saf olub
inanmasaydım, onlar bunu etməyə cəsarət tapmazdı.



6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?

Əla qiymətlərlə



7. Həyat sizcə maraqlıdır?

Əlbəttə maraqlıdır, həyat kəşf edilməsi üçün çırpınan bir
dünyadır. Amma bu kəşf uğrunda yola çıxarkən bir qədər ehtiyatlı və
diqqətli olmaq lazımdır.



8. Möcüzəyə inanırsınız?

Allahın möcüzələri sonsuzdur, bəli, inanıram.



9. Yenidən uşaq olmaq istərdinimzi?

Bəzən hə, bəzən isə yox. Yaşadıqlarıma, başıma gələn hadisələrə
görə dəyişir. Amma yenə də uşaqlıq illəri əvəzolunmazdır, əlimdə olsa
bir müddətlik səyahət edərdim.



10. Dünyaya yenidən gəlməy istərdiniz?

Xeyr, çünki düşünürəm ki, yenə dünyaya gəlsəydim, yenə hal-hazırda olduğum yolu, istiqaməti seçərdim.  



11. Həyatda kimə və nə üçün minnətdarsınız?

Bu gün tutduğum mövqeyə, ağlıma, tərbiyəmə əsasən, ilk Allaha, daha sonra isə valideynlərimə.



12. Necə insanları xoşlayırsınız?

Yalandan və ikiüzlülükdən uzaq səmimi insanları. Sevməyi, dəyər verməyi, hörmət etməyi, anlamağı bacaran insanları.



13. Sizcə gözəllik nədən başlayır?

Gözəllik hərə üçün bir məna ifadə edir. Mənim üçün ilk ağıldan və
bilikdən başlayır. Əgər mən gözələmsə, baxımlı və səliqəliyəmsə, bunu
məndən ağlım tələb edir. Və yaxud mənim danışıq tərzim, rəftarım əlavə
olaraq mənə gözəllik gətirirsə, bunu yenə ağlım tələb edir.



14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?

Bir çox şəhərlərdə olmaq istəyərdim, amma ilk Nyu Yorkda.



15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?

Kiminsə online olub olmaması önəmli deyil mənim üçün, sadəcə bəzi
maraqlı xəbərlər və müzakirələr olur, həmin an 5-6 xanımın şərhinə
siqqət yetirirəm. 



16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?

Düzünü desəm şəxsi mesajla demək olar heç kimlə danışmıram vaxt
azlığı ucbatından. Sadəcə şərhlərdən oxuduğum qədəriylə Tomiris, Fialka,
Arzum-aysum və Antikvar xanım, Miss-oxatan xanım. Bu xanımların
şərhlərini bəyənirəm, və bəzən fikir eyniliyinə əsasən, bəzən
beynimdəkiləri rahat ifadə edə bildiklərinə əsasən onları virtual olaraq
daha yaxın hiss edirəm



17.Saytda kimin xəbərlərini böyük maraqla oxuyusunuz?

Xəbəri oxuyarkən əksər vaxtlarda müəllifə fikir vermirəm, xəbərin adına əsasən daxil olub oxuyuram. 



18.Kimin bu saytda olmasi sizi qıcıqlandırır?

Heç kimin, şükr elə bir problem yoxdur, amma yazını necə gəldi
yazan azyaşlılar biraz məni əsəbiləşdirir, halbuki orta məktəbdə
oxuyurlar və necə yazmaq qaydası hal-hazırda onlara öyrədilir. Bəlkə
təvazökarlıdan kənar olacaq, amma, reklamla heç bir əlaqəsi yoxdur.Mən
özüm Azərbaycan dilindən 2 ildir ki, xeyli uzaq olduğum halda dilimizin
qaydalarını yazarkən nəinki burada hətta watsapp-da dostlarımla
yazışarkən belə qoruyuram, orta məktəb şagirdləri necə dilimizə bu cür
formaya rahatca sala bilirlər inanmıram. e,o,u hərflərindən
danışmıram,anladıq telefonda mövcud deyil, ağrayır sözünün axrıyır
şəklində yazılmasından danışıram. Yeri olmasa da dil mənim yaralı
yerimdir,odur ki, ürəyimi boşaldım.



19.Saytda ən çox sizi nə cəlb edir?

Qadınların bütün maraq dairələrini əhatə etməsi.



20.Nə kimi təklifləriniz var saytda?

Xarici xəbərlər yığışdırılsın mümkünsə,çox narahatlıq törədir.



21.Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?

Yuxarıda qeyd etdiyim xanımların. Hər xəbərdə yox, mən daxil
olduğum xəbərlərdə əgər onlar da şərh yazıbsa oxuyuram, xüsusilə
Antikvar xanımı, bir böyük kimi çox məsləhətləri olur, həqiqətən də
perfect user-dir :heart: Bir də Nərmin 666 rəqəmi ilə tanınan Nərminin
yaxşı mənada gülməli şərhləri  :03: 



22. Nə üçün məhz Qadınlar.biz?

Qeyd etdiyim kimi qadınların maraq dairəsində olan bütün hər şey bu saytda var.



23.Bu saytda sizə nə maraq doğurur?

Maraqlı və əyləncəli saytdır. 



24.Saytdakı ən yaxın dostlarınız?

Yazışma üçün vaxt tapa bilmədiyimdən burada dostum da yoxdur.



25. Özünüz haqda qısa və tam!

Səmimi, sakit, həmişə haqqın tərəfində olan, insanlara güvənməyən və sözləri çox sevən biri...



26.Burada hansısa bir haqsızlıq görmüsüz?

Xeyr, mən müşahidə etməmişəm.



27.Saytda başınıza gələn maraqlı bir hadisə

Bəzən upuzun yazmaq istədiyim şərhin səhvliklə bölünərək yarımçıq halda göndərilməsi.



28.Sayta olan ürək sözləriniz

Saytın ömrü uzun olsun, daha da inkişaf etsin və uğurlu yollar qət etsin :01:



29.Baş Admindən Razısız ?

Bəli, narazı olmaq nə həddimə, sayt idarə etmənin, o məsuliyyəti
daşıyıb xəbər hazırlamağın və onu vaxtında göndərməyin çətinliyini
bilirəm çünki.



30.Həyatda ən çox kimə inanırısınız?

Anama



31.İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)

Sual qəlizdir, hətta bir neçə dəfə oxudum, amma hər halda 2
düşmənin hakimi olmaq daha məqsədəuyğundur, çünki nə də olsa
düşməndirlər, iş-işdən keçib, amma 2 dostun hakimi olmaq çətin
məsələdir.



32.Həyatınızda əsas məqsəd nədir?

Həyatın məqsədi yaşa görə dəyişir. Hələlik təhsilimi bitirmək və işimin təməlini qoymaq.



33.Gələcəydə özünüzü kim görürsünüz?

Əsası gözəl ana və həyat yoldaşı kimi, sonra isə müvəfəqiyyətli
bir iş qadını kimi. İnşAllah arzum gerçək olar. :ltfen:  :xeyal:



34.Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?

Yuxarıda qeyd etdiyim xanımlar, Nərmin üçün darıxaram.

Layihədə mənə yer verdiyi üçün Tomiris xanıma xüsusi təşəkkürlər. :20: Oxuyan hər kəs sağolsun :01:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!