Yuxularımdakı həqiqət - Tomris Müslümova (2)

Yuxularımdakı həqiqət - Tomris Müslümova (2)
Qadınlar.Co
10.09.2017 36
Saytımızın şirin şəkər, gözəl göyçək qızlarını yeni
layihəmin növbəti bölümündə salamlayıram :03:Həəə qızlar, hamımız
bilirik ki, :fu: yuxular insan aləminin hələ də sirri açılmayan
möcüzəli bir dünyasıdır. Hansı dünya ki, insan heç görmədiyi yerlərə
gedir, heç görmədiyi insanlar ilə görüşür, sevincli, kədərli, sirrli bir
həyat yaşayırıq yuxularımızda. Və bəzən də.... :cadu: elə olur ki,
yuxularımız heç gözləmədiyimiz bir anda bir neçə gün sonra baş verə
biləcək bir hadisənin müjdəçisi olur. Xoş və kədərli bir hadisənin... bu
da uca Tanrının ən böyük möcüzələrindən biridir..  :melek:  buyurun
başınıza gələn bu cür sirrli yuxuları bizimlə bölüşün. Əminəm ki, hər
biriniz ömrünüzdə bir dəfə də olsa bu cür möcüzəli hadisə ilə
qarşılaşmısınız.
Layihəmin bu bölümündə saytımızın Tomris Müslümova-sı  baş verə biləcək hadisələri qabaqcadan ona ayan edən bir neçə sirrli yuxusunu bizimlə bölüşəcək....

 

Yuxularımdakı həqiqət - Tomris Müslümova (2) 

 

Hər kəsə salam. Canım Türkan bacım növbəti layihəniz uğurlu olsun. Çox maraqlı gəldi mənə və sevə-sevə qatılmaq istədim.

 

Deməli,keçən ilin sentyabrın 7-si gecə yuxuda Ümidi
görmüşdüm. Yuxunun dəqiq tərəfləri yaxşı yadımda deyil. Heç xatırlamaq
belə istəmirəm. Amma onu bilirəm ki, ağlıyan, ağrıyan, narahat
görmüşdüm. Səhər durdum bu yuxunun təsirində. Bacım zəng elədiki, sizə
gələcəm. Dedim məndə sizin tərəfə marketə gələcəm gözlə sizə çatanda
zəng edərəm düşərsiz marketə birgə gedərik. Getdim binanın qabağına
çatanda zəng elədim düşdülər. Mənim balama da qırmızı geyindirdim. Qonşu
bunu görüb deyib ki, bunu belə geyindirmə göz dəyəcək. Nəysə, düşdü
görüşdük getdik marketə. Ümid onda yerimirdi qucağımda idi. Marketdən
çıxa çıxda bunu verdim bacıma. Marketin qabağında da 5-6 pilləkan var.
Elə düşmək istiyəndə elə bil bacıma badalaq verdilər çırpıldı yerə.
Ümiddə qucağınnan elə həmin pilləkən səviyyəsində çırpıldı yerə. O an
gözüm sanki qaraldı gözüm ancaq Ümidin gözünə baxırdı ki, görüm sağdı?
Çünki çox balaca uşaq olub çətin əmələ gəlib. İndi 2 yaşı var 1 yaş
vermək olar. Əlimdəkiləri tulladım yerə tez uşağı götürdüm. Gördüm yox
ağladı. Tez mağazadan çıxdılar dedim su gətirin. Elə anlarda özümü
itirən deyiləm. Bacımın çantasında butulkada çayı var idi. Verdim içdi
su vurdum üzünə gördüm yox qorxub amma hər şey yaxşıdı. Bacım yadımnan
çıxıb heç bilmirəm nağarır?  Evə gələndə axşam ki, yuxum düşdü yadıma.

 

 Yuxularımdakı həqiqət - Tomris Müslümova (2)

 

Yuxuları məndən də betər çin çıxan mamamnan danşmaq
istərdim sizə. Onun yuxuları isə nötqə vergül düz çıxır. Məsələn:
hansısa problemimiz var. Deyir gecə fikirləşib yatacam. Gecə fikirləşir
yatır yuxu görür. O yuxu olduğu kimi çıxır. Səhər deyir ki, filan şey
yaxşı olacaq belə yuxu görmüşəm.

Bir dəfə yuxuda görüb ki, uzun ağ saqqalı bir kişi,
əlində Şaxta babanın çomağı kimi çomaq. Yaxınlaşıb mamaya. Bu çomağını
uzadım mamaya tərəf mama deyir gördüm ki, çomağın içi eləcə qızıldı.
Mənə dedi ki, bu yuxunu heç kimə danışma bu qızıllar sənin olacaq. Deyir
səhər duran kimi mamama danışdım. Nənəm də dalaşıb ki, kaş danışmazdın.
Həmin gecə mama yuxuda yenə o kişini görüb. Gəlib mamamın üzünə 3 dəfə
tüpürüb gedib.

 

 Yuxularımdakı həqiqət - Tomris Müslümova (2)

 

 

Atam isə çox kasıb və yetim oğlan olub. Öz savadına
İqtisad universitetinə ( o vaxt ki, Xalq təsərrüfatı universiteti) daxil
olub. Elə həmin ili universitetdə dəhlizdə dayananda görüb ki,
dəhlizdən asılmış böyük saatın altında nabələd adam durub. Qoca,
saqqalı, geyimi nimdaş. Yaxınlaşıb buna. Deyib siz kimsiz, burda nə
gəzirsiz? O kişi atama deyib ki, mən məhz sənə görə gəlmişəm. Saata bax!
Sən bun universiteti bitirən günü elə eyni bu vaxtda yenə gələcəm.
Deyib çıxıb gedib. Atam ətrafdakılardan soruşub onu atadan başqa görən
olmayıb. Nəysə, atam bu məsələni unudub. Universiteti bitirən ili elə
eyni saatda o kişi həmin görkəmdə, həmin geyimdə yenə gəlib. Bu real
hadisə idi.

Belə.Ümid varam maraqlı oldu.

 

Yuxularımdakı həqiqət - Tomris Müslümova (2)

 

Əziz
bacılarım, layihəmin davamlı olması sizdən asılıdır... əgər sizin də
hansısa möcüzəli və sirrli yuxunuz olubsa mesajla mənə yazın , mən də
qızlarımızla bölüşüm... öpürəm hər birinizi....
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!