Mənim sevdiyim mahnım - Miss_Oxatan (27)

Mənim sevdiyim mahnım - Miss_Oxatan (27)
Qadınlar.Co
10.09.2017 14
Qadınlar.biz
xanımlarının hər birini salamlayıram.Sizə ilk layihəmlə qonaq gəlmişəm
inşaALLAH bəyənərsiz. Layihəmin adı "Mənim Sevdiyim Mahnım"dır.Bu
layihəni yaratmaqda məqsədim xanımlarmızın ən sevdiyi mahnısıyla bağlı
hər hansı bir xatirəsi varmı kiməsə xitab edirlərmi, maraqlı bir layihə
olacağına inanaraq təbii ki, siz xanımlarmızın köməkliyi ilə yaratmaq
qərarına gəldim.Bu dəfəki qonağım Miss_Oxatan-dır.Layihədə iştirak etdiyi üçün təşəkkürümü bildirirəm.

 

Musiqi
ruhun qidasıdır və hər kəsin həyatda bir yox bir neçə musiqi var
ki,onun üçün bir neçə məqamları xatırlatsın və ya həyatında bir şeyləri
ifadə etsin.Mənim də həyatda müəyyən məqamlarımı xatırladan bir neçə
musiqi var.Sevgili və nişanlı vaxtımız idi,bilənlər bilir də biz
Rusiyada tanış olmuşuq mən burda işləyəndə,nəysə,bir dəfə baldızımla
Azərbaycana gəlirdik hələ onda evli deyildik sevgiliydik kocamla,yol
uzundu deye telefonda muzikalara qulaq asmağa başladım.Bu məqamda Elçin
Ceferovun Əsən yellər musiqisi başladı heç iki saat deyildi yola
düşmüşdük və bir anda özümdən asılı olmadı sel-su başladı elə gic
ağlamaq tutdu ki,məni nə qədər çalışıram dayana bilmirəm.Elə dəli kimi
darıxmağa başladım aşkım üçün.Hər kəs mənə baxırdı,axırda bərk hönkürdüm
kriz keçdi)))indi o mahnını harda eşidirəm o anım,həmən gün və
hal-hazırda evli də olsaq həyatımın mənası yadıma düşür.

Ancaq
belə əslində sevdiyim musiqilər tam fərqlidir,Əsən yellər sadəcə
ayrılıq anıma dənk gəlmişdi deyə hisslərimə toxunmuşdu.Sevdiyim və hər
dəfə qulaq asdığım musiqilər başqadır.Həmən musiqiləri dinləyəndə xüsusi
rahatlıq,hüzur tapıram və hər kəsə qulaq asmağı tövsüyə edirəm.Ufuk
Çalışkanın Yeni limanlara adlı musiqisi-çox sevirəm,müəyyən anlarım olur
ki,o mahnını dinləyirəm.Sonra Barış Akarsunun Rüzgar musiqisi.Bu
mahnıya uzaq yol gedəndə qulaq asmağı sevirəm.Ceyla-Zamanina
gəlsin-nədənsə çox sevirəm bu mahnını.Sonra bir ərəb musiqisi var
Tamally Maak,heçnə başa düşmürəm düzdü ancaq çox sevirəm qulaq asanda
rahatlıq gəlir sanki.İllər əvvəl Ans telekanalında Qadağan olunmuş meyvə
adlı İran seriyalı var idi,o filmin soundtrackı var,İran
musiqisidir,yenə də heçnə başa düşməsəmdə qulaq asanda hüzur verir
insanaşİllər əvvəl bir arladaşım qulaq as deyib göndərdi o gündən vaz
keçilməz musiqilərimdən biri oldu.Arzu edən Qadağan olunmuş meyvə mp3
yazb axtarıb qulaq asa bilər.Emre Aydının Hoşçakal adlı musiqisi
var,bunu da sevərək dinləyirəm.Siyahım bir xeyli oldu,bilirəm.Ancaq
inanın axarıb tapıb dinləsəniz sizdə sevərsiniz.Hər musiqini
sevmirəm.Bir neçə dəfə qulaq asıram sonra yadıma düşmürlər.Ancaq bu
mahnılar mənim illərdir vaz keçilməzlərimdir.Bu musiqilərə hər dəqiqə
qulaq asmıram,müəyyən anlarım olur ki,sakitləşmək və özümə gəlmək üçün
qulaq asıram.Ancaq adi vaxtlarda,gündəlik həyatda hərəkətli,templi
mahnılara qulaq asıram və ziplayıb düşürəm)))Bu musiqilər artıq fərqli
ola bilər.Pop,estrada,milli rəqslərimiz,ritmlər və s.Mən demişəm bir gün
rus qonşularım Qafqaz ritmləri eşitməkdən məni şikayət edəcək.Ev işləri
görərkən də,bekar olarkəndə mütləq qoşuram kalonkaları qulaq
asıram.Nağara zurna musiqiləri favorilərimdəndir)))Əsasəndə Şəki
zonasında həm Azərbaycanlı həm də ləzgi xalqının nümayəndələrinin
musiqiləri.Nəysə,məndən bu qədər.Yenə çox yazdım.Mənim yazım
digərlərindən fərqli oldu ancaq ətraflı yazmaq istədim.İnşAllah qəbul
olar
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!