Başıma gəlmiş mistik hadisə - arzum_aysum (2)

Başıma gəlmiş mistik hadisə - arzum_aysum (2)
Qadınlar.Co
10.09.2017 29
Salam,
Qadınlar.Biz saytının xanım-xatun qız gəlinləri.Ani ağlıma gələn bir
layihəni sizlərə təqdim etmək istədim.Sağolsun, Adminimizdə razılıq
verdi və bir an öncə başlamağa qərar verdim.Aznetdə azdan-çoxdan fəal
olan biri kimi deyə bilərəm ki,mən bu mövzuda layihəyə heç bir saytda
rast gəlməmişəm. Maraqlı alınacağına inanıram.Keçim layihəmin
məzmununa.Qorxunc layihə ilə gəlirəm  )))Fövqal-təbii
qüvvələrlə bağlı olacaq.Cəmiyyətdə hec bir zaman birmənalı
qarşılanmayan mövzulardan biri,bəlkə də birincisi.Kimlər inanar,kimlər
psixoloji haldır deyib keçər və s.Ancaq hər nə qədər inanmasaqda belə
hekayələr eşidəndə ildırım surəti ilə qorxu dolu titrəmə keçər
vücudumuzdan.Gözə görünməz mifoloji varlıqlar,kiminin cin kiminin ruh
adlandırdığı və s.bunlarla bağlı mistik hadisələr kimin başına gəlibsə
mənə şəxsi ismarıc vasitəsi ilə ətraflı şəkildə yazıb göndərə
bilər.Ancaq yuxuda gördükləriniz olmasın.Yuxu ilə bağlı olsa direk copy
edib arzum_aysuma göndərəjəm)))Çünki bu onun layihəsidir,malı mala
qatmayın))

 

Elə iştirakçımızda saytımızın xanım-xatun gəlini arzum_aysumdur))).Gəlin birlikdə oxuyaq görək onun başına nə qorxulu haqq-hesab gəlib.



Saytımızın
gözəl göyçək, şirin şəkər qızlarını Günayımın bu mistik layihəsindən
salamlayıram. Saytımızda yaman qorxulu dövr başlayıb deyəsən. Mən
deyərdim ki, ürəyi zəif və özü qorxaq olanlar heç əziyyət çəkib bu
layihəyə daxil olmasın. Çünki hər dəfə qorxulu bir hekayə, və axırda
sarılıq... Təbii ki, zarafat bir yana, inanıb ürəyinə salanlar oxumasa
yaxşıdı, sonra başlayacaqlar fövqəl təbii varlıqlar görməyə. Düzdü bu
yaşıma qədər elə də qorxunc bir varlıqlar görünməyib gözümə. Yaxşı da,
görünməyib, yoxsa çoxdan ürəyim qorxudan dayanardı və bu gün belə bir
qızı tanımazdız... Amma bir iki dəfə açıqlaması mənə qaranlıq qalan
hadisə yaşamışam. 

Deməli hardasa 20-21 yaşım olardı. Gecə hər kəslə sağollaşıb getdim
yatmağa. Artıq Yuxuya getmişəm, bir an boğulduğumu və üstümdə ağır
nəyinsə olduğunu hiss elədim. Qan tərin içində yuxudan ayıldım,
gözlərimi açan anda üstümdən qara bir kölgənin sürüşüb yox olduğunu
gördüm. O kölgənin üstümdən sürüşən an bədənimdən keçən o ürpərti və
ürəyimin yerindən çıxacaqmış kimi döyünməsi hələ də indiki kimi
yadımdadı. Bu günə qədər o nə ola bilərdi deyə heç bir fikrə gələ
bilmirəm. Yuxunun təsiri idi, ya həqiqət onu bir Allah bilir. 



Bir dəfə də, rayona getmişdim. Ana nənəm rəhmətə gedəndən sonra
birinci dəfə idi ki, gedirdim. Gecə hər kəs yatmışdı artıq. Gördüm evin
çöl qapısı, yəni eyvanın qapısı döyülür. Qapının döyülmə səsini açıq
aydın eşidirdim. Xalamı nə qədər səslədim hay vermədi, dedim durum baxım
görüm kimdi. Çıxdım eyvana, heç kəsi görmədim. Amma qapının döyüldüyünü
yüz faiz eşitmişdim. Gəlib girdim yerimə, başımı saldım adyalın altına,
qorxa qorxa yuxuya getdim. Və iki üç gün əvvəl etdiyimiz bir söhbəti
xatırladım. Xalamın gəlni arada nənəmin ruhunu evdə hiss etdiyini
demişdi. Bilmirəm o söhbətin təsiri idi, ya yox, həmin an qapını döyənin
nənəmin ruhu olduğunu düşündüm

Bax belə qızlar, bu iki hadisənin nə demək olduğu hələ də mənə
qaranlıq. Uca Allah qorusun hər birinizi, ağlımıza muğayat olsun  amin
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!